Say: 464/ 2007

Tarix: 9 Sept 2007

                                                                                               

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

Lütfən bu İlətişməni Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrupa çatdırasınız. Eləcə də bu İlətişmə aşağıdakılara da dəxli var:

·         Qazıların müstəqilliyi üzrə Özəl raporter;

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter;

·         Qadınlara qarşı zorakılıq üzrə Özəl Raporter

Üzü:   Dyke bəy vəXanım Harrison, Amnesty International, London

 

Xanım Şahnaz Qulami

   

Xanım Qulami Babək Qurultayında (2004)

Həsna xanım Qulamının qızı Babək Qurultayında (2004)

Sayın cənablar,

            XANIM SHENAZ QULAMI HAQQINDA BİRİNCİ İLƏTİŞMƏ

Xanım Qulamının insan haqlarını qorumaq üçün İlətişmə 1-i Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupun hüzurlarına sunuruq. O İran yetgililəri tərəfindən sərbəstliyindən yoxsun edilmiş və özəllikləri Cədvəl 1-də təqdim olunur.

Xanım Qulami İran təhlükəsizlik məmurları tərəfindən qaçırılmışdır və əldə olan son bilgi bundan ibarətdir ki, təqribən 20 gündür  ondan heç xəbər yoxdur və hələ də yetgililər  ona görə bir rəsmi xəbər buraxmamışlar. Bizim güvənli qaynağımız bildirir ki, xanım Qulamının istəyi bu idi ki, həm Güney Azərbaycanlıların tərəfindən savunulsun və həmdə adı verilmiş bir Fars-mərkəzli vəkil tərəfindən. Azərbaycanlılar onun savunmasını imkan daxilində öhdələrinə almışlar, lakin xanım Qulamının xahişini yerinə yetirmək üçün bu adı verilmiş vəkil ilə əlaqə qurandan sonra, o bu işi boynundan ataraq demiş ki, “madam ki bu iş Təbrizdə baş verib, Təbriz vəkillərinə baş vurulmalıdır.” İndi bunu hamı yaxşı bilir ki, İran yetgililəri hətta Güney Azərbaycanın görkəmli vəkili, cənab Saleh Kamranıya da vəkil tutma haqqını danmışlar.

Vurğulamaq istəyirik ki, bu İlətişmə bizim təşəbbüsümüzdür və bunun üçün xanım Qulaminin təmsilçisi ilə (olursa) biz heç məşvərət etməmişik. Bu bəyanı ifadə etmək bizcə gərəkdir ki, bu yol ilə xanım Qulamı və ailəsindən məsuliyyət götürülmüş olsun və bəhanə axdaran İran yetgililəri onları daha çox basqıya məruz edə bilməsin.

Ən sonda qayğılı diqqətinizə müraciət edirik və ümid edirik ki, xanım Qulamının insan haqlarını qorumaq üçün kampaniya aparacaqsınız. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net