Tarix: 06. 08. 2007

Say: 460/ 2007

Guney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

 

Üzü     Xanım Harrison Dyke bəy,  Amnesty International, London

 

Sayın cənablar

 MÜRACİƏT: ÖZ XOŞUNA MÜHAKİMƏYƏ VƏ TUTUQLAMAĞA MƏRUZ QALAN BEŞ GÜNEY AZƏRBAYCANLI HAQQINDA İLƏTİŞMƏ

Beş nəfər Güney Azərbaycanlının insan haqlarını qorumaq üçün beş dənə ayrıca İlətişmə hüzurlarınıza sunuruq ki, İran yetgililəri onların üzərinə öz-xoşuna hökm kəsməkdədir. Təqdim olunan bəlgələr bunlardan ibarətdir:

Cədvəl 1:      Bu təqiblərə məruz qalanların uğrunda kampaniya məktublarımızın kötükləri

Cədvəl 2:      Onların tutuqlanandan bəri başlarına gələn öz-xoşuna olayların geri-yönlü çağınsırası (xronoloji)

Cədvəl 3:      Onların Şərqi Azərbaycan Ədliyyə başqanına yazdıqları məktubun tərcüməsi ki, bu məktub sancaqlanacaq beş İlətişmələrə yetgili qaynaq hesab olunur

Cədvəl 4:      İlətişmə 1 – Hamid Yeganəpur bəyin insan haqlarının qorumaq üçün hazırlanmış

Cədvəl 5:      İlətişmə 2 – Yaşar Həkkakpur bəyin insan haqlarının qorumaq üçün hazırlanmış

Cədvəl 6:      İlətişmə 1 –Davud Əzimzadə bəyin insan haqlarının qorumaq üçün hazırlanmış

Cədvəl 7:      İlətişmə 1 – Məcid Pəjuhfam bəyin insan haqlarının qorumaq üçün hazırlanmış

Cədvəl 8:      İlətişmə 1 – Əlirza Həqqi bəyin insan haqlarının qorumaq üçün hazırlanmış

Bir daha vurğulayırıq ki, bu İlətişmələrin hazırlanması bizim təşəbbüsümüzdür və biz bu haqsızlıqlara məruz qalan fərdlər, ailələri yaxud onların vəkilləri ilə heç cür əlaqəyə girməmişik. İran yetgililəri tərəfindən daha cəsarət etmək riskinə qarşı bu ifadəni qeyd etmək zorundayıq.

Sunulacaq İlətişmələr bir daha neçə söz-qonularını diqqət mərkəzində tuşlayır ki, İran yetgili nazirlikləri və təhlükəsizlik məmurları aralarında iftizah surətdə gizli sözləşmə (düzəlişmə = collusion) gedir; İran yetgililəri irqçi siyasət yürüdür; İran yetgililəri öz-xoşuna qəddarlıq etməkdə yeni mexanizmlər quraşdırmaqda; Güney Azərbaycan milli hərəkətinin fəallarını uzun-sürən məhkəmələrdə süründürməklə onları qadaqda saxlayır. Bu arxa-plan üzrə savunduğumuz fərdlər öz insan haqlarını qorumaq üçün hər bir təşəbbüsə can atmışlar lakin hələ də bir olumlu nəticəyə uğramamışlar.

Bu fərdlərin insan haqlarını qorumaq indi sizin qarşınızdadır. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net