Say : 459/ 2007

Tarix : 23.07.07

Guney Azerbaycan Problemi

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

Üzü     Xanım Harrison Dyke bəy,  Amnesty International, London

 

 

Cənab. Abbas Leysanlı

 

Vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ:    SON DURUM 7 – CƏNAB ABBAS LEYSANLININ QOVLUĞU

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün Son Durum 7-ni hüzurlarınıza sunuruq. O Güney Azərbaycanın milli hərəkətinin görkəmli bayraqçılarından olaraq İranın irqçilik siyasətinə qarşı mübarizə aparanlardandır. Bu  Son Durum 7 onun insan haqlarının tapdanması barədə üç başlıca olay ifadəsinə şamildir və eləcə də göstərilir ki, İran yetgililəri bu baxımdan yeni boyutlar quraşdırmaqdadırlar. Bu Son-durumdan bəllidir ki, demokratik ölkələr İranda insan haqlarının tapdamasına göz yummaları nəticəsində İran yetgililəri cəsarətlənib. Aşağıdakı başlıca olayları yığcam surət sənəd olaraq diqqətinizə çatdırmaq istəyirik:

  1. Cədvəl 1.1, bir doğru xəbəri təqdim edir ki, İran yetgililəri cənab Leysanlını həbsxananın ruhi xəstəliklərə məruz dustaqlar bölməsində saxlamaq istəyirlər. Bəllidir ki, cənab Leysanlının çevik ağılı bu hərəkət içrə qurğunu qanıb və ona boyun əyməmiş. Bu hədə hələ də canlıdır və sizin müdaxilənizin ciddi təsiri ola bilər.
  2. Cədvəl 2.1 İran yetgililərinin cənab Leysanlının üzərinə gətirdikləri bir istinaf (apelyasiya) məhkəməsinin hökmünün kəskinləşməsini yığcam olaraq təqdim edir. Sizə yazdığımız kimi (Say: 378/2006, tarix: 10 Septambr 2006) İran yetgililəri onu 5 ya 6 məhkəmə qovluq üzrə təqib edir. Neçə dənə Təcili Aksiya buraxan Amnesty International ilə biz eyni qənaətdəyik ki, bu hökmlərin hamısı yetgililərin öz-xoşuna apardıqları mühakimədən əmələ gəlmiş və ümid edirik ki, onların ləğvində ciddi addım atacaqsınız.
  3. Cədvəl 3.1 cənab Leysanlı ilə xəstəxanada aparılmış bir müsahibəni təqdim edir. Buradan öyrənirik ki, İran yetgililəri onu hədələmişlər ki, bir şərtli sərbəst buraxılmasına boyun əysin və öz qadaqda saxlanmasına qol çəksin. Cənab Leysanlının heysiyyətinin toxunulmazlığı bir dəfə daha büruza çıxır və sözünün qüvvəti belədir: “sərbəstlik uğrunda üzərimə gətirilən heç bir şərti qəbul etmərəm. Bzim çalışmalarımız şəffafdır və doğal insan haqlarımızı qorumaq üzərində əsaslanmış və bu da yerli-dibli dartışılmaz.”

Cənab Leysanlı Güney Azərbaycan millətinin milli hərəkətinin rəmzinə çevrilmişdir və ona qarşı onun insan haqlarının tapdanmasının dərinliyini sizə çatdırmaqdayıq. Sizə çatdırdığımız sənədlər bir canlı şahiddir ki bu insan müstəsna bir şəxsdir və onun erəki (missiyası) İran irqçiliyinin iç-qatlarında dustaq olsa da insan haqlarının prinsiplərini qorumaqdır. Cənab Leysanlıya ədalət yalnız sizin mandatlarınız ilə sağlana (təmini) bilər. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Medafiə Komitəsinin Sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net