Say: 457/ 2007

Tarix: 4 iyul 2007

Guney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

Üzü     : Amnesty international / London

Sina Tariq bəy

Qanun-dışı qətlə məruz qalan Güney Azərbaycanlı

Sayın cənablar

İLƏTİŞMƏ :   İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN BASQIYA MƏRUZ QALMIŞ 200 NƏFƏRDƏN ARTIQ GÜNEY AZƏRBAYCANLININ DURUMU

Güney Azərbaycanın 200 nəfərdən  çox Birgələşmiş İlətişmə dosyelərini hüzurlarınıza sunuruq. May 2006 xalq Etirazlarnın birinci il dönümü  münasibəti ilə bunların İran yetgililəri tərəfindən milli və insani haqları tapdanmışdır. 215 şəxsə aid olan məlumatlar, tərtib edilmiş bu ilətişmədə, Cədvəl 1-də təqdim olunur. Bu İlətişməyə aid olan basqı dalğası qabaqdakılar ilə əlaqəli olsa da, onlardan ayırd edilməlidir. Buna görə ilk növbədə məsələləri xatırlatmaq istərdik:

  • May 2006 xalq Etirazları barədə sizi bir sıra raport və ilətişmə vasitəsi ilə yetərincə bilgiləndirmişik. Bu olay Güney Azərbaycan Milli Hərəkətini halən Güney Azərbaycanın da tərkibində olan İran yetgililərinə qarşı bir ümum-millət mübarizəsinə çevirdi. Bu müddət ərzində sunduğumuz bəlgələr İran yrtgililərinin cəsarətini Güney Azərbaycan milləti əleyhinə göstərmiş ki, minlər suçsuz insanları tutuqlamışlar, 100-dən çoxuna öz-xoşuna həbs hökmü kəsmişlər və 20 nəfəri də qanun-dışı qətlə məruz etmişlər.
  • Bir neçə gözə çarpan örnək də sunmaq istərdik ki, i. Cəlil Abidini bəyin qanun-dışı qətlindən bəri onun qohumları beynəlxalq qurumlara dəstək üçün müraciət etmişlər ki İran yetgililərinin hədsiz təzyiqləri qarşısında bunlara haray olsunlar – baxın Cədvəl 2-yə; ii. Ərdəbil həbsxanasında cənab Abbas Leysanlını və Urmu həbsxanasında cənab Elyaz Yekanlını və qədimdən zindanda olan başqaları cədvəldə göstərilməsədə, onların ağır şkəncələr qarşısında sınmazlığı Güney Azərbaycanın İran irqçiliyinə qarşı dirəniş rəmzlərinə çevrildiyini bildirmək istərdik.
  • May 2006 xalq Etirazları bir dönüş nöqtəsi oldu, beləki, İran yetgililərinin basqılarına baxmayaraq o gündən bəri bütün milli günlərimiz milli ölçüdə aparılmağa başlamışdır.
  • 12.05.07 tarixli, 453/2007 sayılı müraciətdə sizə yazdıq ki, May 2006 xalq Etirazlarını anmaq üçün bu il 22 May 2007-də ümum-millət hazırlığı gedir.
  • 22 May 2007 ildönümündən sonra da gedişatlar barədə sizi bilgiləndirdik (bax məktubumuz: 3 İyun 2007, Say 455) və Güney Azərbaycanlıların milli və insani haqlarını qorumaq üçün dəstəyinizə müraciət etdik

Sizi Hazırkı durum barədə daha dərindən bilgiləndirmək üçün və Güney Azərbaycan millətinin əzmlərini başa salmaq üçün bu faktları bir dəfə daha yadınıza salmağı uygun görürük: 30 milyon millətimizin ana dilində bir sinif belə məktəbi yox; şəhərlərimiz xarabaya çevrilib; iqtisadiyyatımız dağıdılıb; kəndlərində su-işıq və yol olmadığına görə boşalıb; bölgədə iş imkansızlığı ucbatından xalq başqa yerlərə köçmək məcburiyyətində qalmışdır. Başqa sözlə ölkə əhalisinin yarısını təşkil edən bu millətin bütün milli, iqtisadi, ictimai və siyasi varlığı talanmışdır və talanmaqdadır.

Bu durumu təhəmmül edə bilməyən millət ayağa qalxmış və tam demokratik üsullarla öz milli haqqını tələb etməkdədir. Ancaq Tehran hakimləri bu demokratik mübarizəni və beynəlxalq hüquq çərçivəsində “milli müqəddəratı”  təyin istəklərini bütün şiddətlə əzir, hətta qana bulayır. Biz bu faktı sizə ardıcıl olaraq qeyd edirik ki, sizin üzərinizdə olan mandatlar Güney Azərbaycanın təkcə qoruqçusudur və bunların tətbiq olmadığı surətdə İran yetgililəri qəddarlıqlarının meydanlarını genişləndirəcəklər. Sunulmaqda olan Birgələşmiş ilətişmə, müddəamızın sübutunda bir daha canlı sənəddir. Göründüyü kimi İran Güney Azərbaycana qarşı qəddarca davranır və sizin  bu xalqın tapdalanmış haqlarını qorumaq üçün təcili olaraq səfərbər olmanız insani bir görəv sayılmaqdadır. Aydındır ki, artıq  Güney Azərbaycan məsələsi İranın daxili məsələsi deyildir.

Diqqətinizi Birgələşmiş İlətişmənin Cədvəl 1-ində dərc olunan 215 şəxs haqqında məlumatlara çəkmək istəyirik.. Qəsdimiz hər şəxsə bir İlətişmə sunmaq idi lakin bu bugün imkanlarızdan xaricdir və eləcədə sizin də məhdud imkanlarınıza ağır yük olardı. Hər iki tərəfin imkanlarını nəzərdə alaraq birgə ilətişmə sunmaq bizim çarə yolumuzdur və ümid edirik siz hər bir adı verilən fərdin insan haqlarını qorumaq üçün can atacaqsınız. Diqqətiniz bir neçə bilgi üzərinə tuşlamaq istərdik:

Bu il May ayının sonlarında Zəncanda tutulan və bugün Tehranın dəhşətli Evin zindanının 209-cu bəndində işgəncə altında olan cənab Səid Mətinpur və Cəlil Qənilu haqqında Amnesty International-ın verdiyi bəyanatı da xatırlatmaq istərdik. Onlara əlavətən May ayında tutulan, müxtəlif işgəncələrə məruz qalan və halən Urmu zindanında tək sellulda saxlanılan  Əkbər Paşayı və Sulduz zindanında saxlanılan 21 yaşındakı Mehdi Babainin durumlarının ağır olduğunu bildirmək istərdik.

  • Cədvəl 1-də verilənlər heçdə hamıya şamil deyildir. İnanırıq ki, 1000-dən çox basqıya məruz qalmışlar, lakin yaxalanma, tutuqlanma ya buraxılma barədə rəsmi bəyan yoxdur. Əldə olan seyrək bilgi də insan haqlarını savunan və fəal fərdlərimizin özlərini  təhlükəyə salmaq  bahasına sağlanmışdır.  Cədvəl 1-də dərc olunandan daha çox bilgimiz olduğuna baxmayaraq sizə ən güvənilənlərini təqdim edirik.
  • Təbriz zindanında saxlanılan Çəngiz Bəxtavərin ailəsinin şikayət məktubuna görə bu ailəyə olmazın basqılar edilir, onun qardaşı Cahanbəxş Bəxtavərdə həmin zindanda saxlanılır. Təbrizin hörmətli millət vəkili cənab Dr. Əkbər Ələmiyə yazılmış bu ailənin məktubunun orijinalı və tərcüməsi də cədvəl 3- də təqdim edilir.
  • Amnesty International da bir neçə təcili aksiya buraxmış (MDE 13/067/2007 Tarix: 7 İyun 2007; MDE 13/068/2007 Tarix: 7 İyun 2007;  və MDE 13/070/2007 Tarix: 7 İyun 2007). Bu təcili aksyalarda da göstərildiyi kimi diqqətinizi  neçə nəfərin ağır duruma məruz edilməsinə tuşlamaq istərdik:

Səid Mətinpur görkəmli insan haqlarını savunan  Güney Azərbaycanlı bir jurnalistdir ki, indi onu qorxunc Evin zindanına aparmışlar və eləcə də Cəlil Qənilu Zəngandan Evin həbsxanasına aparılmışdır. Əkbər Paşaini Urmu həbsxanasında tək sellulda saxlayırlar və Elman (Mehdi) Nuri  bu anda Sulduz zindanındadır. Bunların hamısısnın ağır şkəncələrə məruz qaldıqları aldığımız xəbərlər daxilindədir.

  • Çingiz Bəxtavər bəy və qardaşı Cahanbəxş Bəxtavər, Güney Azərbaycan milli hərəkətinin qocaman simaları sərbəstliklərindən öz-xoşuna yoxsun edilmişlər və İran yetgililəri bunları hazırda gedən etirazların səngiməsinə qədər saxlamaqdadırlar. Onların ailələri də hədsiz basqıya məruzdurlar. 
  • Bu basqıların təkcə yaxalanıb, zindana salınıb, işgəncə ilə bitmədiyini, eşikdə olanlarında haqqında hədə-qorxuların çeşidli üsullarla davam etdiyini bildirmək istərdik. 22 May ildönümündə Güney Azərbaycanın Xoy şəhərində polis və ittilaatin 300 nəfərə yaxın gəncə göndərdiyi sorğu-suala çağırış məktubu da bir nümunə kimi təqdim edilməkdədir.
  • Tutuqluluğa məruz qalanların içində bir dəfə daha 16 yaşlı yeniyetmə Əlirza Əvəzpurun adına rast-gəlirik. Bu əziz bala indi İran yetgililərinin qəddarıqlarının küt ucuna məruz qalmışdır. Onun barəsində qabaqlarda sizə İlətişmə göndərmişik və Amnesty International-da ardıcıl kampaniya aparmış. 
  • Cədvəl 1-ə diqqət edildikdə tutulanlar və ya çağırılanların təqribən 90% məhkəmə gözləməkdədir. Tehran hakimiyyəti beynəlxalq təşkilatların münasibətindən qorxaraq bu gözləmə siyasətin yeritsə də ən əsas hədəfi milləti qadaqda saxlamaqdır. İran məhkəmələrini sizlər və bütün aləm yaxşı tanıdığına görə orada məhkəmə gözləmək hər an edam hökmu ilə qarşılanmaq təhlükəsi ilə yaşamaqdır. Bu qeyri insani şkəncəyə məruz qalanların dadına çatmaq hər insanın borcudur.

Bu vəsilə ilə sizdən xahiş edirik ki, bu duruma son qoymaq üçün əlinizdən gələni əsirgəməyəsiniz. Öz imkanlarınızdan istifadə edərək Güney Azərbaycana bir araşdırma ekipi göndərərək, adları çəkilən və ya cədvəldə yazılan insanlarla ilişgiyə girəsiniz. Biz əminik ki, Təbrizdə BMT qrupu az müddət yerləşib, bu məsələ ilə ilgilənirsə zindanlarda olan minlər insanın ailəsi və ya yaxınları müraciət edərək onların azadlığı üçün baş vuracaqdır.

Fikrimizcə insan hüquqlarını qorumaqla görəvli olan sizin kimi bir qurumdan bunu tələb etmək bizim ən təbii haqqımızdır.

Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmətlə :

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

1.Cedvel (Excel dosya)

ب.م.ت، اينسان هاقلاري اوزره عالي کوميسسارليق، ژنو
‎ ‎
لوتفن بو مکتوبو آشاغيداکي قروپلارا چاتديراسينيز
:
چاغداش ائيرقچيليک، ائيرقي آيري-سئچکيليک و قاتلاشمازليق اوزره ‏اؤزل راپورتئر
ميللي آزليقلار اوزره موستقيل موتخصيص‎ ‎
اؤز-خوشونا توتوقلانما اوزره چاليشان قروپ، ‏
‏ •‏ قاضيلارين و وکيللرين باغيمسيزليغي اوزره اؤزل راپورتئر ‏
‏ ‏
اوزو‏ ‏: آمنئستي اينتئرناتيونال / لوندون ‏
‏ ‏
سايين جنابلار ‏
‏ ‏
ايلتيشمه :‏ ايران يئتگيليلري طرفيندن باسقييا معروض قالميش ۲۰۰ نفردن ‏آرتيق گونئي آذربايجانلي نين دورومو ‏
‏ ‏
گونئي آذربايجانين ۲۰۰ نفردن چوخ بيرگلشميش ايلتيشمه دوسيئلريني ‏هوزورلارينيزا سونوروق. مي ۲۰۰۶ خالق اعتيراضلارنين بيرينجي ايل دؤنومو ‏موناسيبتي ايله بونلارين ايران يئتگيليلري طرفيندن ميللي و اينساني ‏هاقلاري تاپدانميشدير. 215 شخصه آيد اولان معلوماتلار، ترتيب ائديلميش بو ‏ايلتيشمه ده، جدول ۱-ده تقديم اولونور. بو ايلتيشمه يه آيد اولان باسقي ‏دالغاسي قاباقداکيلار ايله علاقه لي اولسا دا، اونلاردان آييرد ائديلمه ليدير. ‏بونا گؤره ايلک نؤوبه ده مثله لري خاطيرلاتماق ايسترديک:

‏ •‏ مي ۲۰۰۶ خالق اعتيراضلاري باره ده سيزي بير سيرا راپورت و ‏ايلتيشمه واسيطه سي ايله يئترينجه بيلگيلنديرميشيک. بو اولاي گونئي ‏آذربايجان ميللي حرکتيني حالن گونئي آذربايجانين دا ترکيبينده اولان ايران ‏يئتگيليلرينه قارشي بير عوموم-ميلت موباريزه سينه چئويردي. بو مودت ‏عرضينده سوندوغوموز بلگه لر ايران يرتگيليلري نين جسارتيني گونئي ‏آذربايجان ميلتي علئيه اينه گؤسترميش کي، مينلر سوچسوز اينسانلاري ‏توتوقلاميشلار، ۱۰۰-دن چوخونا اؤز-خوشونا حبس حؤکمو کسميشلر و ۲۰ ‏نفري ده قانون-ديشي قتله معروض ائتميشلر.

‏ •‏ بير نئچه گؤزه چارپان اؤرنک ده سونماق ايسترديک کي، اي. جليل ‏عابديني بيين قانون-ديشي قتليندن بري اونون قوهوملاري بين الخالق ‏قوروملارا دستک اوچون موراجيعت ائتميشلر کي ايران يئتگيليلري نين ‏حدسيز تزييقلري قارشيسيندا بونلارا هاراي اولسونلار - باخين جدول ۲-يه؛ ‏ايي. اردبيل حبسخاناسيندا جناب عباس لئيسانلي و اورمو حبسخاناسيندا ‏جناب ائلياز يئکانليني و قديمدن زينداندا اولان باشقالاري جدولده گؤستريلمه ‏سه ده، اونلارين آغير شکنجه لر قارشيسيندا سينمازليغي گونئي ‏آذربايجانين ايران ائيرقچيليگينه قارشي ديره نيش رمزلرينه چئوريلديگيني ‏بيلديرمک ايسترديک. ‏

‏ •‏ مي ۲۰۰۶ خالق اعتيراضلاري بير دؤنوش نؤقته سي اولدو، بئله کي ، ‏ايران يئتگيليلري نين باسقيلارينا باخماياراق او گوندن بري بوتون ميللي ‏گونلريميز ميللي اؤلچوده آپاريلماغا باشلاميشدير. ‏

‏ •‏ ۱۲/۰۵/۲۰۰۷ تاريخلي، ۴۵۳/۲۰۰۷ ساييلي موراجيعتده سيزه يازديق ‏کي، مي ۲۰۰۶ خالق اعتيراضلاريني آنماق اوچون بو ايل ۲۲ مي ۲۰۰۷-ده ‏عوموم-ميلت حاضيرليغي گئدير.

‏ •‏ ۲۲ مي ۲۰۰۷ ايلدؤنوموندن سونرا دا گئديشاتلار باره ده سيزي ‏بيلگيلنديرديک (باخ مکتوبوموز: ۳ ژوئن ۲۰۰۷، ساي ۴۵۵) و گونئي ‏آذربايجانليلارين ميللي و اينساني هاقلاريني قوروماق اوچون دستگينيزه ‏موراجيعت ائتديک ‏
‏ ‏
سيزي حاضيرکي دوروم باره ده داها دريندن بيلگيلنديرمک اوچون و گونئي ‏آذربايجان ميلتي نين عزملريني باشا سالماق اوچون بو فاکتلاري بير دفعه ‏داها يادينيزا سالماغي اويگون گؤروروک: ۳۰ ميليون ميلتيميزين آنا ديلينده بير ‏سينيف بئله مکتبي يوخ؛ شهرلريميز خارابايا چئوريليب؛ ايقتيصادياتيميز ‏داغيديليب؛ کندلرينده سو-ايشيق و يول اولماديغينا گؤره بوشاليب؛ بؤلگه ده ‏ايش ايمکانسيزليغي اوجباتيندان خالق باشقا يئرلره کؤچمک مجبوريتينده ‏قالميشدير. باشقا سؤزله اؤلکه اهاليسي نين ياريسيني تشکيل ائدن بو ‏ميلتين بوتون ميللي، ايقتيصادي، ايجتيماي و سياسي وارليغي تالانميشدير ‏و تالانماقدادير. ‏
‏ ‏
بو دورومو تحمل ائده بيلمه يه ن ميلت آياغا قالخميش و تام دئموکراتيک ‏اوسوللارلا اؤز ميللي حاقيني طلب ائتمکده دير. آنجاق تهران حاکيملري بو ‏دئموکراتيک موباريزه ني و بين الخالق هوقوق چرچيوه سينده ” ميللي ‏موقددراتي ” تعيين ايستکلريني بوتون شيددتله ازير، حتّی قانا بولايير. بيز بو ‏فاکتي سيزه آرديجيل اولاراق قئيد ائديريک کي، سيزين اوزرينيزده اولان ‏مانداتلار گونئي آذربايجانين تکجه قوروقچوسودور و بونلارين تطبیق اولماديغي ‏صورتده ايران يئتگيليلري غدارليقلاري نين مئيدانلاريني گئنيشلنديره جکلر. ‏سونولماقدا اولان بيرگلشميش ايلتيشمه، مودعاميزين سوبوتوندا بير داها ‏جانلي سنددير. گؤروندويو کيمي ايران گونئي آذربايجانا قارشي غدارجا ‏داورانير و سيزين بو خالقين تاپدالانميش هاقلاريني قوروماق اوچون تجيلي ‏اولاراق سفربر اولمانيز اينساني بير گؤرو ساييلماقدادير. آيديندير کي، آرتيق ‏گونئي آذربايجان مثله سي ايرانين داخيلي مثله سي دئييلدير. ‏
‏ ‏
ديقتينيزي بيرگلشميش ايلتيشمه نين جدول ۱-اينده درج اولونان ۲۱۵ ‏شخص حاقيندا معلوماتلارا چکمک ايسته ييريک.. قصديميز هر شخصه بير ‏ايلتيشمه سونماق ايدي لاکين بو بوگون ايمکانلاريزدان خاريجدير و ائلجه ده ‏سيزين ده مهدود ايمکانلارينيزا آغير يوک اولاردي. هر ايکي طرفين ‏ايمکانلاريني نظرده آلاراق بيرگه ايلتيشمه سونماق بيزيم چاره يولوموزدور و ‏اوميد ائديريک سيز هر بير آدي وئريلن فردين اينسان هاقلاريني قوروماق ‏اوچون جان آتاجاقسينيز. ديقتينيز بير نئچه بيلگي اوزرينه توشلاماق ‏ايسترديک: ‏
‏ ‏
بو ايل مي آيي نين سونلاريندا زنجاندا توتولان و بوگون تئهرانين دهشتلي ‏ائوين زينداني نين ۲۰۹-اونجو بندينده ايشگنجه آلتيندا اولان جناب سيد متينپور ‏و جليل قنيلو حاقيندا آمنئستي اينتئرناتيونال-اين وئرديگي بياناتي دا ‏خاطيرلاتماق ايسترديک. اونلارا علاوه تن مي آييندا توتولان، موختليف ‏ايشگنجه لره معروض قالان و حالن اورمو زيندانيندا تک سئللولدا ساخلانيلان ‏اکبر پاشايي و سولدوز زيندانيندا ساخلانيلان ۲۱ ياشينداکي مهدي باباي ‏نين دوروملاري نين آغير اولدوغونو بيلديرمک ايسترديک. ‏
‏ ‏
‏ •‏ جدول ۱-ده وئريلنلر هئچده هامييا شاميل دئييلدير. اينانيريق کي، ۱۰۰۰-دن چوخ باسقييا معروض قالميشلار، لاکين ياخالانما، توتوقلانما يا ‏بوراخيلما باره ده رسمي بيان يوخدور. الده اولان سئيرک بيلگي ده اينسان ‏هاقلاريني ساوونان و فال فردلريميزين اؤزلريني تهلوکه يه سالماق ‏باهاسينا ساغلانميشدير. جدول ۱-ده درج اولوناندان داها چوخ بيلگيميز ‏اولدوغونا باخماياراق سيزه ان گووه نيلنلريني تقديم ائديريک.

‏ •‏ تبريز زيندانيندا ساخلانيلان چنگيز بختاورين عاييله سي نين شيکايت ‏مکتوبونا گؤره بو عاييله يه اولمازين باسقيلار ائديلير، اونون قارداشي ‏جهانبخش بختاورده همين زينداندا ساخلانيلير. تبريزين حؤرمتلي ميلت ‏وکيلي جناب دکتر اکبر اعلميه يازيلميش بو عاييله نين مکتوبونون اوريژينالي و ‏ترجومه سي ده جدول ۳- ده تقديم ائديلير. ‏

‏ •‏ امنئستي اينتئرناشنال دا بير نئچه تعجيلي آکسييا بوراخميش (م.د.ئ ۱۳/۰۶۷/۲۰۰۷ تاريخ: ۷ ژوئن ۲۰۰۷؛ م.د.ئ ۲۰۰۷/۰۶۸/۱۳ تاريخ: ۷ ژوئن ‏‏۲۰۰۷؛ و م.د.ئ ۱۳/۰۷۰/۲۰۰۷ تاريخ: ۷ ژوئن ۲۰۰۷). بو تجيلي آکسيالاردا دا ‏گؤستريلديگي کيمي ديقتينيزي نئچه نفرين آغير دوروما معروض ائديلمه ‏سينه توشلاماق ايسترديک: ‏

سعيد متين پور گؤرکملي اينسان هاقلاريني ساوونان گونئي آذربايجانلي بير ‏ژورناليستدير کي، ايندي اونو قورخونج ائوين زيندانينا آپارميشلار و ائلجه ده ‏جليل غنيلو زنگاندان اوين حبسخاناسينا آپاريلميشدير. اکبر پاشائيني اورمو ‏حبسخاناسيندا تک سئللولدا ساخلاييرلار و ائلمان (مهدي) نوري بو آندا ‏سولدوز زيندانيندادير. بونلارين هاميسيسنين آغير شکنجه لره معروض ‏قالديقلاري آلديغيميز خبرلر داخيلينده دير. ‏

‏ •‏ چينگيز بختاور بئي و قارداشي جهانبخش بختاور، گونئي آذربايجان ‏ميللي حرکتي نين قوجامان سيمالاري سربستليکلريندن اؤز-خوشونا ‏يوخسون ائديلميشلر و ايران يئتگيليلري بونلاري حاضيردا گئدن اعتيراضلارين ‏سنگيمه سينه قدر ساخلاماقداديرلار. اونلارين عاييله لري ده حدسيز باسقييا ‏معروضدورلار. ‏

‏ •‏ بو باسقيلارين تکجه ياخالانيب، زيندانا سالينيب، ايشگنجه ايله بيتمه ‏ديگيني، ائشيکده اولانلاريندا حاقيندا حده-قورخولارين چئشيدلي اوسوللارلا ‏داعوام ائتديگيني بيلديرمک ايسترديک. ۲۲ مي ايلدؤنومونده گونئي ‏آذربايجانين خوي شهرينده پليس و اطلاعاتين ۳۰۰ نفره ياخين گنجه ‏گؤندرديگي سورغو-سوالا چاغيريش مکتوبو دا بير نومونه کيمي تقديم ‏ائديلمکده دير. ‏

‏ •‏ توتوقلولوغا معروض قالانلارين ايچينده بير دفعه داها ۱۶ ياشلي ‏يئنييئتمه اليرزا عوضپورون آدينا راست-گليريک. بو عزيز بالا ايندي ايران ‏يئتگيليلري نين غداريقلاري نين کوت اوجونا معروض قالميشدير. اونون باره ‏سينده قاباقلاردا سيزه ايلتيشمه گؤندرميشيک و آمنئستي اينتئرناشنال-دا ‏آرديجيل کامپانييا آپارميش. ‏
‏ ‏
‏ •‏ جدول ۱-ه ديقت ائديلديکده توتولانلار و يا چاغيريلانلارين تقريبن ۹۰٪ ‏محکمه گؤزله مکده دير. تئهران حاکيميتي بين الخالق تشکيلاتلارين ‏موناسيبتيندن قورخاراق بو گؤزله مه سيياستين يئريتسه ده ان اساس هدفي ميلتي قاداقدا ساخلاماقدير. ايران محکمه لريني سيزلر و بوتون عالم ‏ياخشي تانيديغينا گؤره اورادا محکمه گؤزله مک هر آن اعدام حؤکمو ايله ‏قارشيلانماق تهلوکه سي ايله ياشاماقدير. بو غئيري اينساني شکنجه يه ‏معروض قالانلارين دادينا چاتماق هر اينسانين بورجودور. ‏
‏ ‏
بو وسيله ايله سيزدن خواهيش ائديريک کي، بو دوروما سون قويماق ‏اوچون الينيزدن گله ني اسيرگمه يه سينيز. اؤز ايمکانلارينيزدان ايستيفاده ‏ائده رک گونئي آذربايجانا بير آراشديرما ائکيپي گؤندره رک، آدلاري چکيلن و ‏يا جدولده يازيلان اينسانلارلا ايليشگييه گيره سينيز. بيز امينيک کي، تبريزده ‏ب.م.ت قروپو آز مودت يئرلشيب، بو مسئله ايله ايلگيله نيرسه زيندانلاردا اولان ‏مينلر اينسانين عاييله سي و يا ياخينلاري موراجيعت ائده رک اونلارين ‏آزادليغي اوچون باش ووراجاقدير. ‏
‏ ‏
فيکريميزجه اينسان هوقوقلاريني قوروماقلا گؤرولي اولان سيزين کيمي بير ‏قورومدان بونو طلب ائتمک بيزيم ان طبيعي حاقيميزدير. ‏
‏ ‏
قايغينيز اوچون قاباقجادان تشککور ائديريک. ‏
‏ ‏
حؤرمتله : ‏
بؤيوک رسولوغلو ‏
دونيا آذربايجانليلاري نين هاقلاريني مودافيعه کوميته سي نين سدري
 
بیرینجی جدولین اکسل دوسیاسی

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net