Say: 454 / 2007

Tarix: 15 May 2007

Guney Azerbaycan Problemi

 BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

          Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

 Üzü   Xanım Harrison Dyke bəy,  Amnesty International, London

 Cənab. Abbas Leysanlı

 Vicdan dustağı

Sayın cənablar

İLƏTİŞMƏ:  CƏNAB ABBAS BEY LEYSANLI HAQQINDA 6-INCI SON DURUM

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün Son Durum 6-nı hüzurlarınıza sunuruq. O Güney Azərbaycanın milli hərəkətinin görkəmli bayraqçılarından olaraq İranın irqçilik siyasətinə qarşı mübarizə aparanlardandır. Onun dosyesini sizə xatırlatmaq istəyirik ki,  Son Durum 5 (Müraciət: 432/2007, Tarix: 2 Yanvar 2007) və ondan sonra beş dənə bülleten (sonuncusu 1 Fevral 2007-də idi) hüzurlarınıza təqdim olunmuşdu. Cədvəl 2 o zamandan bu yana gedən olayların xülasəsini və Cədvəl 3 sizə yazdıqlarımızın kötüyünü təqdim edir.

İltətişmə 6-nin diqqət mərkəzi cənab Leysanlının son məktubunun tərcüməsini təqdim etməkdir. Bu tərcümə Cədvəl 1-də təqdim olunur ki, 12 May 2007-də Ərdəbil zindanından qaçağı eşiyə çıxarılmışdır. Bildiyiniz kimi, indi “May 2006 Kütlə Etirazları”nın birinci ildönümünün ərəfəsindəyik. Leysanlı bəy də məktubunda öz doğma millətinə səslənir ki Güney Azərbaycan millətinin milli və insan haqlarını tapdayanlara qarşı qalxıb və bu ildönümünü qeyd etsinlər. Burada sizin fikrinizi onun başlıca mesajına tuşlamaq istəyirik ki, o İran yetgililəri tərəfindən öz-xoşuna dustaq olunmasına baxmayaraq şəxsi mücadilə yürütməyir; zorakılığı rədd edir; və bu ildönümü dinc və mədəni surətdə aparmaq üçün Güney Azərbaycan millətini haraylayır.

Cənab Leysanlının məktubu və bu günlərdə gedən hazırlaşmalar bu həqiqətlərin konkret göstəricisidir: (a) Güney Azərbaycan milləti, sıravi fəallar və milli hərəkətin başçıları aralarında möhkəm məqsəd birliyi vardır; və (b) Güney Azərbaycan milləti öz qurtuluşunu insan haqları varlığında axtarır. Leysanlı bəy dahicəsinə başa düşür ki, qarşıdakı yol yaman ağırdır lakin o yaxşı bilir ki Azərbaycan milləti qatlaşmaq ilə qatılaşmış səciyyə qazanır. O əmindir ki, mədəni dünya öz-xoşuna davranan İran yetgililərinə meydan verməyəcəkdir.

Bizim milli və insan haqlarımızı müdafiəniz, demokratik mübarizəmizə beynalxalq kimlik qazandırır. Ona görədə Güney Azərbaycanın müqəddəratı daha İranın daxili problemi deyil və bu millətin apardığı demokratik mübarizə ümumdünya siyasətinə uygunlaşmışdır.

Qayğınız üçün öncədən təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net