Say : 453 / 2007

Tarix: 12 May  2007

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup,

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Xanım Harrison Dyke bəy,  Amnesty International, London

Sayın xanımlar və bəylər,

İLƏTİ.ŞMƏ         GÜNEY AZƏRBAYCANIN MAY 2006 KÜTLƏVİ ETİRAZLARI İLƏ BAĞLI İLDÖNÜMÜNÜN QARŞISINI ALMAQ ÜÇÜN İRANIN AMANSIZ BASQILARI !

Güney Azərbaycanlılar tərəfindən anılacaq May 2006 xalq etirazlarının birinci ildönümünü diqqətinizə çatdırmaq istəyirik. İranın yaramaz hökumətinin irqçilik siyasətindən irəli gələn millətimizin qatı dirənişməsi, əsil mənada tariximizdə tektonik parçalanma yaratmaq hadisəsi kimi təzahür etdi. İndi bu hadisəni açıq-açığına qeyd etmək əzmi bunu göstərir ki, Güney Azərbaycanlılar milli haq və mənafe uğrunda mübarizədə kompromizə girən deyillər. Bu İlətişmə vasitəsi ilə Tehraının qeyri insanı davranışlarının kəsilməsində dəstəyiniz üçün sizə müraciət edirik. Əminik ki, aşağıda verilən faktlara əsasən İran yetgililəri tərəfindən bu İldönümə qarşı aparılan basqı hazırlığını məhkum  edərək onu dayandırmağa çalışacaqsınız.

Bir il öncə beynalxalq hüquq çərçivəsində qanuni haqlarını tələb edən etirazçılardan  15 nəfər can itgisinə məruz qaldı; təqribən 200 fərd bəsici-pasdarların əlləri ilə yaralanıb ya şikəst olundu; və minlər tutuqlu və başqa əzab əziyyətlərə qatlaşmalı oldular. DünAzHAK Azərbaycanın bir qeyri-hökumət örgütüdür ki, İran yetgililəri tərəfindən qıyılan bu insan haqlarının tapdanmasını sənədləşdirməyə çalışır və diqqətiniz üçün ilətişmə, raport və məktublar təqdim edir. May hadisələrinində raportları geniş ölçüdə huzurlarıza təqdim edilmişdir.

Bugünkü modern və demokratik dünyada insan haqlarının qorunması, azad fikirli insanlar və beynəlxalq təşkilatlar tərəfindən öncəlikli olaraq qəbul edilmişdir. Ancaq 30 milyon Güney Azərbaycanlının insan haqlarının qəddarca tapdanması, millətimizi, özəlliklə gənclərimizi, həddindən artıq əsəbiləşdirmişdir. Buna görə can və mal təhlükələrinə baxmıyaraq, May ayının ildönümünü demokratik üsullarla  qeyd etmək üçün geniş hazırlıqlar aparılmaqdadır.

Ancaq Fars şovinizmi və özəlliklə Faşistlər, bugün Əhmədi Nəjad adında bir cümhur başqanının simasında təzahür edərək hədə-qorxu edib və asıb-kəsməklə bu ildönümünün keçirilməsini önləmək üçün əllərindəki bütün imkanlardan istifadə etməkdədirlər. İrticai təfəkkür dairəsindən özünü nəcat verə bilməyən bu cümhur başqanının, dünyaya, demokrasi və azadlığa meydan oxuması sizlərə məlumdur. Ancaq ölkə əhalisinin yarısını təşkil edən Günüy Azərbaycanlıların başına ağla gəlməyən bəla və əziyyətləri gətirmək üçün qaqların açarı öz əllərindədir.

İran yetgililəri May 2006 Kütləvi Etirazların ildönümünü boğmaq üçün hələ iki ay qalmışdan başlayaraq müxtəlif metodlarla basqı və asdı-kəsdi siyasətinə əl atmış. Bunlardan bir neçə örnək  aşağıda hüzurlarınıza təqdim edirik. İndi bu ildönümünün ərəfəsində millətimizin müdafiəsi üçün bir dəfə daha sizə müraciət edib və həmişədən daha çox dəstəyinizə ehtiyacımızı ifadə edirik. Ümid edirik ki, bütün varlığı talanmış xalqımızın insan haqlarını qorumaq uğrunda həmrəylik ifadənizi əsirgəməyəcəksiniz.

Hörmətlə: Böyük Rəsuloğlu

Dünya Azərbaycanləlarının Haqlarını Müdafiə Komitəsinin Sədri

Cədvəl 1: May 2006 Kütlə Etirazlarının İldönümünü Məğlub etmək üçün İran Yetgililərinin Qıydığı Basqılardan Örnəklər

 1-       Təbrizdə, Nurullah Huseyni və Huseyin Nəsiri adında iki gənc April ayının 27- də ittilaat tərəfidən saxlanılıb.

2-       Təbrizdə, Araz Təbrizli adında bir soydaşımız April ayının 28-də ittilaat polisləri tərəfindən tutulub, indidə harda olduğundan xəbər yoxdur.

3-       Təbrizdə, Cahanbəxş Bəxtavər adında soydaşımız geçən il may hadisələri ilə bağlı muhakimə olunub, 6 ay zindan kəsərək Təbriz zindanına göndərilib.

4-       Təbrizdə, İbrahım Fərəczadə adında soydaşımız May ayınin 5-də ittilaat tərəfindən yaxalanıb.

5-       Təbrizdə, milli hərəkatın tanınmış şəxsiyəti Purvəli cənablarının iki oğlu Həbib və Həmid Pur Vəli qardaşlar ittilaat tərəfidən yaxalanıb, 3 gün işkəncə olaraq sorgu- suala çəkiləblər.

6-       Urmuda, Xudayar Teymuri adında soydaşımız  21 Azər mərasminə görə 2 ay zindandan sonra 6 ay şərti zindana məhkum olub.

7-       Urmuda, jurnalist məhəndis Rəsul Cəfəri üçün kəsimiş 6 ay zindan qətiləşib.

8-       Urmuda, ana dili günü tutulmuş jurnalist Əlirza Qovmi üçün bir il qəti zindan kəsildi.

9-       Urmu universitəsində tələbə olan Təbrizli Hadi Həmidi milli fəaliyti üçün yaxalanıb və indi iki aydırki, zindandadır.

10-   Urmuda, May ayının 2-də iki cavan xiyabanda polis tərəfindən öz xoşuna güllülünib.

11-   Marağada tələbə olan iki təbrizli, Pərviz Azmındiyan vəƏrsalan Azməndiyan April ayının 9-da tutulub və indiTəbriz zindanındadırlar.

12-   Marağada, daha öncələri Zəncanda oxuyan və milli fəaliyəti üçün tutulmuş Yashar Həkkak pur adında bir gənci Universitələrə giriş imtihanına buraxmamışlar.

13-   Ərdəbildə adlım azərbaycanlı siyasi zindani Abbas bəy Leysanlının zindanın içində müxtəlif metodlarla sinsidərək  ölümlə təhdid ediblər.

14-    Zəncan, Urmu, Təbriz,Ərdəbil  universitələrində  fəaliyət göstərən öyrənci ocaqlarını  milli fəalyət gərəkcəsi ilə bağlayıblar. Bütün tələbəri təhdid edərək qorxux içində yaşadırlar.

15-   Zəncanda, öyrətmənlər ocağı daxili işlər nazirliyinin 26 April tarixli  15/1/ MTA/ 171 nümrəli məktubu ilə bağlanmışdır.

16-   Urmu təhsil idarəsi bütün vilayət məktəblərinə gənəlgə ( bəxşnamə) göndərərək milli fəalları pan Türkist adlandırıb. Onları tanıyıb mərkəzi idarəyə və polisə məərrifi etməsini tələb edib.

17-   Güney Azərbaycan şəhərlərinin əksəriyətində öğrətmənlər və öğrənciləri milli ruhdan salmaq üçün təhsil idarələri tərəfindən milləti alçaldıcı elnlar verilir. Mərəndin təhsil idarəsinin bu haqda öğrətmənlərə xitabən məktubu sancaqlanmışdır.

18-   Güney Azərbaycanın Mərənd şəhərinin təhsil idarəsinin, bu barədə Azərbacanlıları alçaldıcı gənəlgəsinin ( Bəxshnamə) əsli və tərcuməsinində diqqətininzə təqdim edirik. ( cədvəl  2)

19-   Həmədan öyrətmən ocağının fəaliyətinə yasaq qoyublar.

20-   Azərbaycanın sərhəd şəhərlərində milli azlıqlar arasında toqquşma yaratmaq siyasəti aparılır. Azərbaycanın Soyuq Bulaq şəhərindəki bir sərgidə Türkləri alçaldıcı tablo və yazılarla qarşı durma yaratmağa çalışıblar.

21-   Bütün vasitələsrdən  istifadə edərək, bu il dönümü ərəfəsində xalqın milli ruhunu sındırmağa çalışırlar. Rdio – televizyonlarda olduğu kimi hətta futbal müsabiqələrində də saxtakarlıq edərək Azərbaycanı sındırmağa çalışırlar.

22-   Son zamanlar islam dininin hicab məsələsini bəhanə edərək Azərbaycanın bütün şəhərlərinə pasdar və polis quvvələri yeridiblər. Bu vəsilə ilə xalqı xiyabanlarda tutub, incidib və polis idarələrinə apararaq şkəncə edib, gözdağı verirlər. Həmin quvvələr geçən həftə Təbriz şəhərində öz maşınlarında musiqi dinlərkən iki gənci arxadan güllələyiblər. Onlarında şəklini tablo 3- də təqdim edirik.

Diqqət:  Yuxarıdakı olayları qeydə alandan bəri İranın yürütdüyü basqı daha qalanmaqdadır. Buna baxmayaraq, millətimizin əzmi anılacaq ildönümünü qeyd etmək üçün daha möhkəmlənir.

 

Cədvəl 2:   Mərənddə Eyitmə (təhsilat) Dairəsinin Buraxdığı bir Buyruq (Cədvəl 1, Maddə 18)

Cədvəl 3: Təbrizdə iki Gəncin Bəsici-Pasdar Muzdurları Əli ilə Güllələnmələrinə Foto-Bəlgə - Bax Cədvəl 1, Maddə 22.

       ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net