Say : 446/2007

Tarix : 4 Mart  2007

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü      Xanım Harrison, Amnesty International, London

 

Səid Mətinpur

Sayın cənablar

MÜRACİƏT   SƏİD MƏTİNPUR BƏYİN UĞRUNDA İLƏTİŞMƏ

Güney Azərbaycanının görkəmli insan haqları savunanı olan Səid Mətinpur bəyin insan haqlarını qorumaq üçün yeni bir İlətişmə hüzurlarınıza təqdim edirik ki, o İran yetgililəri tərəfindən öz-xoşuna qısqıya (persecution) məruz qalmışdır. Diqqətinizə sunulan bəlgələr bunlardır:

Cədvəl 1: İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinin diqqətinə çatdırmalı istənilən İlətişmə forması

Cədvəl 2:         Yayımlanmış gərəkən bilgi sənədlərinin İngiliscə tərcümələri. Bunları tutuqlamanı və cərəyanı açıqlamaq üçün təqdim edirik. Artırmalıyıq ki, Mətinpur bəy 10 gün tutuqlu olandan sonra o zəmanət qarşılığında buraxılmışdı.

Təkid etmək istəyirik ki, bu İlətişməni tərtibində biz Mətinpur bəy yaxud onun ailəsi ilə əlaqə qurmamışıq. Bu məsuliyyəti biz öz boynumuza almaq ilə Mətinpur bəyin boynundan məsuliyyəti götürmək istəyirik.

Mətinpur bəy yüzlərcə Azərbaycanlılardan birisidir ki, Güney Azərbaycan millətinin Beynəlxalq Ana Dili Gününü şənlik edəndə İran yetgililərinin qəhrinə məruz qalmışdır. O indi zəmanət ilə  azad buraxılsa da məhkəmə təqibinə məruzdur.

Bu İlətişməni göndərməkdən hədəfimiz budur ki, onu savunmaq üçün gərəkən qovluq vaxtlı ikən açılsın və İran yetgililəri onu mühakimə etməyə can atsalar, onda onu qorumaq dosyesi qarşınızda olsun.

Qayğınız üçün minnətdarıq.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

     ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net