Say: 445 / 2007

Tarix: 22 Fevral 2007

Güney Azerbaycan Problemi

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazı və Vəkillərin Müstəqilliyi üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Xanım Harrison, Amnesty International, London

            UNESCO və başqa qurum və xərbər vasieləri

 

 

Səid Mətinpur, Güney Azərbaycan insan haqları savunanı

Sayın cənablar

Beynəlxalq Ana Dili Günü bir daha Güney Azərbaycanda çiçəkləndi və bizim millət başdan başa şəhərlərimizdə bu gün uğrunda verdikləri dəstək sözlərinə sadiq oldular.  Təəssüflər ilə, Güney Azərbaycanada Tehran  hakimləri bu dinc gündə də fırtına qoparmaqdan əl çəkə bilmədi. Eləcə də dinc insanları yaxalayıb və sərbəstliklərindən yoxsun etmişlər, ki aldığımız dəqiq məlumatlar əsasında indi onlar işgəncəyə məruzdurlar.

Muxtəlif qaynaqlardan aldığımız xəbərlər yanında ASMƏK-in buraxdığı bir yığcam raportun tərcüməsini hüzurlarınıza təqdim edirik ki, ən azı 26 fərd tutulubdurki, dinc olaraq beynəlxalq ana dili gününü qutlayanda yaxalanıblar və indi sərbəstlikdən yoxsun ediliblər. Çeşidli raportlar bəllədir ki, bunlar qat-qat açılmış hadisələrdən sadəcə bir nümunədirlər. Bəzi raportlar, təkcə Təbrizdə 100-lər fərdin yaxalanmasından hekayət edir. Üşəndirici xəbər budur ki, Urmuda guya turş-su (asidli su) təzahürat edən xalqın üzərinə səpələmişlər.

Bu niyyətdəyik ki, bu tezlikdə sizə bir yığcam raport təqdim edək, bu anda tutuqluların adlarını sizə çatdırmağa yetinirik. Özəlliklə, Səid Mətinpur bəyi bir daha diqqətinizə çatdırmaq istərdik ki, o bir adlım insan haqlarını savunan şəxsdir. Biz insan haqlarını savunanların taleyinə daha həssasıq və sözsüz sizin də bu xüsusda əksüləməliniz eynidir. İnanırıq ki, bu xüsudsa dayanmadan etgən kampaniya aparmağa can atacaqsınız.

Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu    

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

    ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net