Say : 444/ 2007

Tarix: 20 February 2007

 

Əlirza Sərrafinin məqaləsi Ana-gününü izah edir

Həsən Ərk yetgililər tərəfindən öz-xoşuna tutuqlanmış

Zakir Hidayət aclıq aksiyası aparacaqdır

Xanım Zöhrə Vəfai ana-dilində kitab satmağı üçün hədələnmişdir

 

Xanım Harrison, Amnesty International, London      

Üzü     BMT-nin İnsan Haqları Üzrə Ali Komissarlığı, Cenevrə; lütfən bu raportu aşağıdakılara çatdırın:

·   Qeyri-qanuni Tutuqlamalar üzrə Raporter

·   Milli Azlıqlar üzrə Bağımsız Mütəxəssis

·   Çağdaşa İrqçilik və İrqi Ayi-səçkilik və Başqa Qatlaşmazlıq üzrə Özəl Raporter

·   UNESCO və başqa qurumlar

Sayın xanım Harrison

Hüzurlarınıza bir yığcam raport təqdim edirik ki, 21 Fevral 2007-də beynəlxalq Ana-dili Gününü anmaq üçün Güney Azərbaycanın milli çalışanları tərəfindən tədarük olunan təşəbbüslər ilə sizi tanış edir.

Bu yığcam raport ortada gedən təşəbbüslər üzrə bilgi axaralarını toplaşdırıb, sizin üçün cərəyanda olan olaylara yekun vermaq üçün yazılmışdır.

Bu vasitə ilə sizin qurumunuzun və eləcə də başqa qurumların Güney Azərbaycan milli və insan haqlarını qorumaq üçün dəstəklərinizə minnətdarıq. Ümid edirik ki, bu gün münasibəti ilə əlaqədar sancaqdaki raportda adları çəkilən Güney Azərbaycanlılardan İran yetgililəri tərəfindən tutuqlananlar uğrunda kampaniya aparacaqsınız və İran yetgililərindən tələb edəcəksiniz ki, Güney Azərbaycan millətinə borcları olan öz mükəlləfiyyətlərinə boyun əysinlər.

Hörmət ilə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

    ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net