Say : 442/ 2007

 Tarix: 1 Fevral 2007

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu Yüksək Standartlı Bədəni və Zehni Sağlamlığa Yiyələnmək üzrə Özəl Raporterə çatdırın, eləcə də aşağıdakı qruplarla da ilgili ola bilər:

·         Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrupu

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü         Xanım Harrison, Amnesty International, London The Office of High 

 

Cənab Abbas Leysanlı

 

Vicdan dustağı

Sayın cənablar,

BÜLLETEN 6:  ACLIQ AKSİYASI ÜZRƏ SÜRÜŞKƏN YAMACININ ÇAT-HA-ÇATINDA PAUZA

Cənab Leysanlının sağlamlığı bir sürüşkən yamaca çat-ha-çatda, Güney Azərbaycan gərgin günlər keçirdi və buda çeşidli təşəbbüslərin və kampaniyaların ayaq tutması ilə təzahür etdi. Bu təşəbbüslərin birisi xüsusi ilə səmərəli oldu ki, Güney Azərbaycanın uğrunda çalışanlarından 50 nəfərlik deleqasiyasından 15-i misli-görünməmiş surətdə dustaqxananın içərisinə cənab Leysanlı ilə görüşmək üçün buraxıldılar. Bunlar əslindən Güney Azərbaycan millətini təmsil edirdilər ki, bu aclıq aksiyasını dayandırmaq üçün millətin iztirabını cənab Leysanlıya çatdırsınlar. Sevinc ilə sizi bilgiləndirmək istərdik ki, Abbas bəy pauzaya razı olmuş. Millətimiz məmnundur ki, Abbas bəy 31 gündən sonra ikinci aksiyasını dayandırmaqda pauza etmişdir.

Əldə olan bilgilər qətiləşincə baş-verən hadisələr barədə sizə bir raport hazırlamaq niyyətndəyik. İndi isə aşağıdakılara yetinirik:

  • Zindan yetgililəri cənab Leysanlının yaşama və sağlamlıq haqqı üzrə kompromizə kəcmişlər;
  • İnkinci aclıq aksiyası ilə əlaqədar nigaran edici əlamətlər ortaya çıxmış ki, bunlar 31 günlük aclıq aksiyasının zərbəsini daha aşır və nəzərə gələsi zindan yetgililəri yaxud zindan səhiyyə xidmətləri tərəfindən inadlı və qəsdən sui-niyyət bulunasıdırlar ki, ona ölümə sarı alızlıq yükü qalasınlar.
  • Tibbi qayğıya çata bilməsi, iyadət və mürəxxəslik haqları hələ də sağlanmamışdır (təmin edilməmişdir);
  • Cənab Leysanlı bildirmiş ki, aclıq aksiyası aparma əməli şəxsi rifahı yaxud dustaqxanada imtiyaz üçün deyildir, lakin məhz Güney Azərbycanın milli və insan haqlarını qoruyan fəalların və insan haqlarını savunanların səsini dirçeltmək üçün aksiya aparır və onun bu apardığı missiya hələ bitməmişdir.
  • Bu günlərdə ortaya çıxan cərəyanlar daha aşkar edir ki, necə İranın mərkəzi hökuməti, yerli ədliyyə idarəsi, zindan yetgililəri bir-bə-bir təhlükəsizlik məmurları ilə altdan-altdan düzəlişmişlər (collusion).

Cənab Leysanlının öz-xoşuna tutuqlanması barədə və hökumət orqanları içərisində altdan-altdan düzəlişmə üçün əldə olan bəlgələri sizə təqdim etmişik. Cənab Leysanlının məruz qaldığı anlaşılmaz sağlamsızlıq əlamətləri barədə Güney Azərbaycan millətinin nigarançılığını sizə elan edirik. Bu baxımdan bir İlətişmə vaxtı gələndə sizə təqdim edəcəyik.

Beynəlxalq dəstəklərə minnətdarıq ki, ya Amnesty İnternational kimi apaçıq, yaxud sizin kimi məhrəmanə ifadə olundu.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

   ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net