Say : 435/ 2007

Tarix : 5 January 2007

Guney Azerbaycan Problemi

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrupa çatdırın, eləcə də aşağıdakı qruplarla da ilgili ola bilər:

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Xanım Harrison, Amnesty International, London

 

Cenab Abbas Leysanli

 

Vicdan Dustağı

Sayın cənablar,

MÜRACİƏT   CƏNAB ABBAS LEYSANLI HAQQINDA BÜLLETEN 2

Güney Azərbaycan milli hərəkətinin görkəmli başçılarından cənab Abbas Leysanlının həbsxanadan yazdığı iki məktubun tərcüməsini diqqətinizə çatdırmaq istəyirik. Göndərdiyimiz Bülleten 1-in ardınca, bu məktublar birbaşa və aydınca təsdiqləyir ki, ən son hərbə olaraq cənab Leysanlı aclıq aksiyasına məcburi üz gətirmişdir. Heç kimin yadına salmağa belə gərək yoxdur ki, insan haqlarını savunanları qoruma əzmi düşükürsə insan haqları gövdəsi dişbatan (vulnerable) duruma məruz qalacaqdır. Bu isə, İran irqçiləri kimi insan haqlarını pozanlar, cənab Leysanlı kimi insan haqlarını savunanları basdalaya bilər (ayaqlaya bilərlər). Lakin beynəlxalq insan haqlarını savunanların diqqətinə çatdırmağa gərək vardır ki, bir beynəlxalq kampaniya şıdırğı səfərbər edilməsi gərəkdir. Sizin kəsərli hərəkətinizə vaxt elə indidir.

Məktublardan görəcəksiniz ki, cənab Leysanlı dərin dünyabaxışına malikdir, söz ustası və olduqca gözdəmçi (müşahidəçi) bir şəxsdir. İran irqçilərinin fikir-nizamını başa düşmək üçün cənab Leysanlının çevik dühası dəyərli cüziyyatları (detay) xəritə kimi çizmiş və şübhəsiz bunlar gələcək tarixçilərin dəyərli bəlgələrinə çevriləcəkdir. Məktubların geniş bilgi-qapsamını burada sindirmək niyyətində deyilik, lakin aşağıdakılara işarə etməyə yetinirik:

  • Məktublar İran yetgililərinin altdan-altdan düzəlişmələri (collusion) barədə əvəzsiz cüziyyat verir
  • May 2006 Kütlə Etirazları və onun manqurtlar ilə bərabər başqa qüvvələrin əli ilə yatırılması barədə daha artıq bilgi əldə olunur
  • Məktublar göstərir ki, Güney Azərbaycan milli hərəkəti təsadüfi deyil, tərsinə bir möhkəmləşmiş, yetkin və ideolojiya bağlanmamış toplumsal qüvvədir ki, kütləmizin birbaşa iradəsi ilə qarşılıqlı ilgidə olan təşəkküllü çalışanların bərəkətinə ortaya çıxmışdır

Cənab Leysanlının insan haqlarını qorumaq üçün beynəlxalq kampaniyanın formalaşmasını hesaba qoyuruq və ümid edirik ki, mandatlarınızı işə salıb və müdaxilə edəcəksiniz. Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net