Say: 432/ 2007

Tarix: 2 Yanvar  2007

Guney Azerbaycan Problemi

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrupa çatdırın, eləcə də aşağıdakı qruplarla da ilgili ola bilər:

 

·         Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 

Üzü     Xanım Harrison, Amnesty International, London

 

Cenab Abbas Leysanli

 

Vicdan Dustağı

Sayın cənablar,

MÜRACİƏT   SON DURUM 5: CƏNAB ABBAS LEYSANLI HAQQINDA İLƏTİŞMƏ

Cənab Abbas Leysanlı haqqında Son Durum 5-i hüzurlarınıza sunuruq. O bir vicdan dustağıdır və Güney Azərbaycanın milli və insan haqlarını tələb etməkdə ön-sırada olan şəxsiyyətidir.

İndicə əlimizə çatan bilgiyə görə cənab Leysanlı aclıq aksiyası aparmaq məcburiyətində qalmış və insan haqlarını qorumaq üçün bu ona qalan ən son hərbədir. Əlimizdəki bilgi güvənilməli və mötəbərdir və cüziyyatı belədir:

·         31 Oktyabrda başlayan və indi gedən həbs ərzində o qabaqkı işgəncələrin qalığı olan ağrılar üçün müalicədən məhrum olmuş. Bu baxımdan Amnesty International Təcili Aksiyasında 8 Noyabr 2006-da bilgi vermiş (http://web.amnesty.org/library/index/engmde131252006) və qayğısını elan etmişdir. Bu baxımdan, Leysanlı bəyin dərdinə yetgililər baş qoşmamışlar.

·         İran qanunları üzrə hər dustaqlı hər 45 gün içəridə qalmaq qabağında 15 gün buraxılma haqqına malikdir. Bugün Leysanlı bəy 64 gündür ki içəridədir və onu bu haqdan yoxsun etmişlər və heç belə bir gündə buraxmamışlar. Həbsxana yetgilisinin izninə baxmayaraq, Ədliyyə Nazirliyinin Qazısı bu işi əngəlləyir.

·         Leysanlı ailəsi bu ədalətsizliyə səbəb istədikdə bu cavabı alınmış ki, həbsdən növbəti buraxılmanın şərti bu ailənin sükutudur və bu baxımdan yazılı bəlgə istəmişlər. Yoxsa, Leysanlı ailəsinin Tehrandakı ölkənin Müddəiyilümumundan yazılı izn almalarını tələb edilmiş. Bu yol ilə onlar Leysanlı bəyi və ailəsini qadaqda saxlamaq istəyirlər. Bu onları insan haqlarından yoxsun edir və buna görə də onlar bu haqsızlığa boyun əyməmişlər.

Leysanlı bəy indi Ərdəbil Həbsxanasının Bölmə 7-isində saxlanılır və diqqətinizi bunlara tuşlamaq istərdik:

1.       Bu İlətişmədə İran yetgililərinin öz-xoşuna davranmalarına bir daha örnək görürük və aşkar olur ki, Ədliyyə yetgililəri necə altdan-altdan haqsızlıq yürütmədə əlləri vardır.

2.       Leysanlı bəy keçən dönə tutuqlu ikən (4 İyun – 29 İyul 2006) 56 gün aclıq aksiyası etdi. Buna görə biz nigaranıq ki, sizin müdaxiləniz olmasa İran yetgililəri öz-başınalıqlarına qapsanacaqlar və cərəyan sürüşkən enişə uğraya.

Bu baxımdan sizə göndərəcəyimiz bilgini sahmanlamaq üçün, bu İləştiməyə bülleten kimi baxacağıq və bu Bülleten 1 olacaq. Bu yol ilə İlətişmələrimizi bu tip bülletenlərimizdən ayırd edəcəyik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net