Say: 426/2006

Tarix: 26 Dekabr  2006

Xanım Harrison, Amnesty International, London

Üzü     BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə

            Lütfən bu məktubu Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrupa çatdırın, eləcə də aşağıdakı qruplarla da ilgili ola bilər:

·         Bəyan və Toplaşma sərbəstliyi üzrə Özəl Raporter

·         Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

 

Elyaz Yekenli

 

Sayın Xanım Harrison,

MÜRACİƏT:       GÜNEY AZƏRBAYCANLILAR UĞRUNDA OLAN İFADƏ VƏ TOPLAŞMA HAQQINI İRAN YETGİLİLƏRI YENƏ DƏ POZMAQDA

Güney Azərbaycanlıların bu keçən həftələr ərzində İran yetgililəri tərəfindən öz-xoşuna tutuqlanmaya  məruz qalmaları barədə hazırladığımız siyahını hüzurlarınıza sunuruq. Bu tutuqlamalar 21 Azer ildönümü anmasından irəli gəlmiş. Məktuba daxil edilmiş bilgilər belə sahmanlanmış:

Cədvəl 1:  Bu keçmiş neçə həftə ərzində tutuqlanmalar barədə siyahı

Cədvəl 2:  Möhsün E’tişami barədə daha artıq bilgi

Cədvəl 3:  Xudayar  Teymuri bəy və Elyaz Yekenli bəy barədə daha artıq bilgi

Cədvəl 4:  Urmuda yenə də bir başqa öyrənçisəl dərginin qapadılması

Elyaz Yekenli bəy qovluğunu daha vurğulamaq istərdik. O bir jurnalistdir və Səda-ye-Urmiyə həftəlik dərgisinin Türkcə səhifələrinin sorumlu redaktorudur. 2 İyun 2006-dan 11 Noyabr 2006-ya dək 5 ay sürə də tutuqlanmışdı. Bu sürə də isə işgəncəyə məruz qalmışdı, bax məktubumuz: 350B/2006, Tarix 19 İyul 2006 və özünüzün MDE 13/098/2006, Tarix: 25 Avqust 2006. İndi isə durum belədir:

  • Onun ailəsi, illah atası, dönə-dönə təhlükəsizlik məmurları tərəfindən hədələnmişdir;
  • Yetgililər tərəfindən yürüdülən qara-qorxu və öz-xoşuna tutuqlamalar nəticəsindən onun ailəsi mali baxımdan ağır duruma məruz qalmış və nəticədə onun 2 yaşlı oğlunun daralmaqda olan soluq borusunun əməliyyat ehtiyacı indi nigaran edici durumla rastlaşır;
  • İşgəncələr nəticəsində o böyrək və ürək problemləri qalığına məruzdur; və
  • O buraxılanda boyun-əyməzliyini ifadə etmişdir.

Onun bu anda işgəncəyə məruz qalma riski bizi üşəndirir və onun sağlamlığı uğrunda ciddi kampaniyanıza ehtiyacı vardır. Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net