Say: 422/2006

Tarix: 7 Dek.  2006

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq

            Lütfən bu ilətişməni İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:

·         Qazı və Vəkillərin Müstəqilliyi üzrə Özəl Raporter

·         Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup

·         Çağdaş İrqçilik və Ayrı-seçkilik üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Üzü     Xanım Harrison, Amnesty International, London

 

 

 

 

Mr. Rza Abbasi

Sayın cənablar,

MÜRACİƏT:             SON DURUM 2 – RZA ABBASİ HAQQİNDA İLƏTİMƏ

Rza Abbasi bəyin insan haqlarını qorumaq üçün Son Durum 2-ni sunuruq ki, o bir Güney Azərbaycanın görkəmli insan haqlarını savunanıdır və İran yetgililəri tərəfindən öz-xoşuna dustaq edilmə ucundan Amnesty İnternational onu bir vicdan dustağı tanımlayır. Təqdim etdiyimiz bəlgələr bunlara şamildir:

Cədvəl 1:         İnsan Haqlarını Savunanlar üzrə Baş Katibin Özəl Təmsilçisinə hazırlanmış İlətişmə, ki Amnesty International-ın verdiyi bəyaniyyələrə və öz qaynaqlarımızdan gərəkən bilgilər üzrə sahmanlanmış.

Cədvəl 2:         Abbasi bəyin istinaf (üstyarğı) diləkçəsi və istinafın nəticəsi barədə xəbərlər

Cədvəl 3:         Ali Komissarlığa və Amnesty International-a DünAzHAK-ın məktublarının kötüyü,

Cədvəl 4:         Abbasi bəy üzrə geri-yönlü xronoloji

Yığcam olaraq, umulduğu kimi, istinaf məhkəməsi Abbasi bəyə kəsilən qərarı təsdiqlədi. Abbasi bəyin vəkili Cədvəl 2-nin Bəlgə 3-ündə verilən bilgiyə görə bu qovluq barədə çatışmazlıqlardan söz açır. Üstəlik, bizcə bu qovluq başdan-dibə çatışmazlıqlar ilə doludur və elə məhz bunlar dindirmə gedişatından başlayaraq mühakimənin hökmünə və nəhayət indiyə qədər sürür. Bu qovluq beynəlxalq vəkilləri tərəfindən diqqətə alınmasa, insan haqlarını savunma idealı İran yetgililəri tərəfindən təhlükəyə məruz ediləcəkdir.

Bir Azərbaycan şairi (Nüsrət Kəsəmənli) belə deyir: həyat yar deyil ki pıçıldayasan, gərək qışqırasan ki, dünya böyükdür. Bu böyük həyat ərsəsində Abbasi bəy əlindən gələni əsirgəməyib; biz də imkan daxilində əlimizdən gələni etdik; və Amnesty International-da iki təcili aksiya buraxmaqla ən qabil işləri görmüş. Bu anda üzümüzə hər qapı bağlıdır, məgər sizin yetginiz. Ümidimiz yalnız sizsiniz və Abbasi bəyi savunmaq qarşınızdadır.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net