Say: 421/2006

Tarix : 4 Dek.  2006

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

 

Lütfən bu məktubu aşağıdakılara çatdırın:

1.       Öz-xoşuna Tutuqlanmışlar üzrə Çalışan Qrup; və

2.       Uşaq Haqlarını Qoruyan Komitə

Üzü   Xanım. Harrison, Amnesty International, London  

Sayın cənablar,

MÜRACİƏT:    İLƏTİŞMƏ – BEHRUZ ƏLİZADƏ HAQQINDA SON DURUM 1

Behruz Əlizadə bəyin insan haqlarını qorumaq üçün onun haqqındakı buraxdığımız İlətişməyə Son Durum 1-i hüzurlarınıza sunuruq. Güney Azərbaycanın bir çalışanı olan bu yeniyetmə İran yetgililəri tərəfindən öz-xoşuna sərbəstliyindən yoxsun edilmişdir.

İndi az qala iki ay yarımdır ki, bu yeniyetmənin yaxalanmasından keçir və o oxulda sinifdaşlarının yanında olmaqdansa bir genəl həbsxanada heybərə cinayətçilər ilə bir yerdə saxlanmağa məruzdur. Üstəlik, bu yeniyetmə öyrənçi bir ildən az müddətdə dörd dəfə tutuqlanmaq ilə şübhəsiz gərəkən rekordu sındırmalıdır. Onun haqqında qabaqca verilmiş İlətişmədə (Say: 402/2006, İlaygün: 27 Oktyabr 2006) dərc olunan bilgi çatışmaya bilər. Buna görə, aşağıdakılarını sizə təqdim edirik:

  • Cədvəl 1: Əlizadə bəy haqqında məktublarımızın kötüyünü verir;
  • Cədvəl 2: Ona qarşı öz-xoşuna tutuqlamarın tarixçəsini verir;
  • Cədvəl 3: Sizin model anketinizi bu qovluq üzrə doldurub təqdim edirik.

İndi aydındır ki, Əlizadə bəy qeyri-müəyyən tutuqluluğa məruzdur, axı elə onun qovluğuna yetişən bir qazı demişdi ki, siz bizim “cari sujəmizsiniz.” Bu yeniyetmə öyrənçi haqqında olduqca nigaranıq və bizcə siz təkcə yetgilisiniz ki, Əlizadə bəyin insan haqlarını qoruya bilərsiniz.

Bir daha təkid edirik ki, bu İlətişməni və onun Son Durumlarını hazırlamaqda Əlizadə bəy ilə yaxud onun təmsilçisi ilə məşvərət etməmişik. Onun savunması sizin qarşınızdadır. Qabaqcadan şıdırğı qayğınız üçün təşəkkür edirik.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net