Say: 420/2006

Tarix: 4 Dec  2006

 

 Xanım Harrison, Amnesty International, London          

Üzü   BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə, 

Lütfən bu məktubu Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssisə çatdırın.

 

Nəimi bəy Qətnamə çıxışında

Sayın Xanım Harrison,

MÜRACİƏT:      İLLİK SƏTTAR XAN ANMASI BARƏDƏ SON DURUM

Səttar xanın illik anmasını qeyd etmək üçün qabaqkı məktubumuza (Say: 412/2006; Tarix 17 Noyabr 2006), əlavə etmək istərdik ki, Güney Azərbaycan çalışanları boyun-əyməzcəsinə öz insan haqlarını həyata keçirdilər, baxmayaraq ki, yetgililər əngəl törətdilər, törən gedişatını parçalamaq istədilər və bir neçə nəfəri tutub ötürməklə ara qatmaqda bulundular.

İndi təsdiq olunub ki, iştirakçıların sayı 2000 idi; bir neçə çıxış edən olmuş o cümlədən Höccət-ul-islam Əzimi Qədim; və ən sonda törən bir Qətnamə ilə sona çatdı. Bu Qətnamə gözə çarpan qədər önəmlidir və ona görə tərcüməsini sizə çatdırmaq istəyirik. Diqqətinizi illah aşağıdakılara tuşlamaq istərdik:

  • Qətnamə Azərbaycan Türkcəsinin rəsmi statusunu yenidən dirçəltməkdə israr edir və başqa hər bir milli haqların yenidən sağlanmasında təkid edir və Azəri sözünü pisləyir.
  • Qətnamə, bir dəfə daha səslənir ki, 20-yə dək gündüz işıqda göz qabağında məsum insanlar May 2006 Kütlə Etirazlarında qətlə yetirilmiş. Bunların bəziləri hələ yerli məmurlar tərəfindən qətl edilmiş, lakin İran yetgililəri heç bir araşdırma aparmadan bu qatilləri öz qanadları altında hələ də qoruyur. Qətnamə bunları dilə gətirməklə Güney Azərbaycanın dərin hissiyyatını ifadə etmiş. Biz daha yetgililərin bu ədalətsizliyindən bezikmişik və BMT-nin Ali Komissarlığı qarşısında şikayət etmək niyyətindəyik.

İndi 21 Azər anması qarşıdadır. Güney Azərbaycanda bu günü qeyd etmək üçün geniş hazırlıq gedir. Bu işlər də Azərbaycan içərisində olduğu üçün rejimin yencişdirmə siyasətindən göz örtmək olmaz. İndicə telefon xətlərində müdaxilələr gözə dəyən həddə çatmaqdadır. Ümid edirik ki, gəlişmələləri izləyəcəksiniz və Güney Azərbaycanlıların insan haqlarını qorumaq üçün titizliyinizi göstərəcəksiniz.

Hörmətlə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net