Say: 419/2006

Tarix: 4 Dek. 2006

 BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

                 

                  Lütfən bu məktubu Qazıların və Vəkillərin Müstəqilliyi üzrə Özəl Raporterə göndərin

CC       Xanım Harrison, Amnesty International, London

 

Saleh Kamrani bəy

Sayın cənablar,

 MÜRACİƏT         SON DURUM 4: KAMRANİ BƏYİN İSTİNAFI

Güney Azərbaycanın görkəmli insan haqları vəkili, Saleh Kamrani bəyin, insan haqlarını qorumaq üçün Son Durum 4-ü hüzurlarınıza sunuruq ki, 4 Sentyabr 2006-dakı İlətişməyə dayaq bilgidir.

Bu Son Durumda sunulan bəlgələr belədir:

Cədvəl 1:  Kamrani bəyin vəkilinin istinaf (üst-yarğı) məhkəməsinə təqdim etdiyi istinafın tərcüməsi və özü

Cədvəl 2:  məktublarımızın kötüyü

İstinafdakı verilən aşağıdakı ibarələrə diqqətinizi illah tuşlamaq istəyirik:

  • Amnesty International ardıcıl olaraq yetgi ilə təyinat verməkdədir ki, İran yetgililəri tərəfindən Güney Azərbaycan fəalları üzərinə gətirilən ittihamlar beynəlxalq məhkəmədə tanımlana bilməz və burada  da görürük ki istinaf dəqiqən Amnesty International ilə eyni qənaətdədirlər; o cümlədən: “qövmçülük (etnikçilik),” SMS mesajları göndərmək, BBC yaxud Amerika Səsi Radiosuna müsahibə vermək.
  • Dr. Mövlai, Kamrani bəyin vəkili, belə ifadə edir ki “Müvəkkilimin cəzasını beş illik asılqan etmək onun üzərinə gətirilmiş ittihamlar ilə mütənasib deyildir və bu onun ictimai, siyasi və mədəni ... haqlarını pozur.” Təkid etmək istəyirik ki, bu olduqca ciddidir və bizim dilimizlə Güney Azərbaycanlıların insan haqlarını savunan vəkilləri qadaqda saxlamağa (qadaq = bıçaq yiyəsini canına bənd edən hissə) sabiqə yaratmaq üçün bir quraşdırılmış tələdir.

Bir dəfə daha, təkid etmək zorundayıq ki, bu İlətişməni və onun Son Durumlarını yazmaqda Kamrani bəy ilə yaxud onun vəkili ilə məşvərət etməmişik. Bu qənaətdəyik ki, hər nə bir bilginin olmazlığı sizin atdım atmamağınıza səbəb olmamalıdır və indi addım atmasanız çox gec ola bilər.

Kamrani bəyin savunması indi sizin qarşınızdadır. Bu qovluğu irəli aparmaqda qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net