Say: 416/ 2006

Tarix: 29 Nov 2006

BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

            Lütfən bu İlətişməni fikir və bəyan sərbəstliyi üzrə Özəl Raporterə çatdırasınız. Eləcə də bu İlətişmə aşagıdakı Özəl Raporterlərə də dəxli var:

·        Öz-xoşuna tutuqlular üzrə Çalışan Qrup;

·        Qazıların müstəqilliyi üzrə Özəl raporter; və

·        Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter

Üzü   Xanım Harrison, Amnesty International, London

Sayın cənablar

Re    XANIM Ruqeyye LEYSANLI HAQQINDA İLƏTİŞMƏ – Xanım Leysanli: Heç vədə gedib bu dövlətin qarşısında özümüzü sındırmayacağıq, bizim tükanımıza bir çarə qılın.

Xanım Leysanlının fikir və bəyan sərbəstliyini qorumaq üçün Cədvəl 1-dəki yeni ilətişməni hüzurlarınıza sunuruq. Xanim Leysanlı həyat yoldaşı uğrunda cəsarətlə kampaniya aparır, ki o Güney Azərbaycanın milli hərəkətinin görkəmli bir mubarizi, cənab Abbas Leysanlı-dır. O demokratikcə mübarizə aparsa da, İran yetgililəri tərəfindən kenquru məhkəmələri gedişatında  sərbəstliyindən yoxsun edilmişdir, bax Cədvəl 2-dəki məktublarımzın müraciətlərinə. Xanım Leysanlı üç məktəb-yaşlı balalarına başçılıq edir, lakin ailəliklə İranın təhlükəsizlik məmurlarının qara-qorxusuna məruzdurlar.

Xanım Leysanlı Amerika Səsi Radiosuna 17 Noyabr 2006-da bir müsahibə verdi (asqida). Bunu mətnə köçürüb və tərcüməsi ilə birgə Cədvəl 3 hüzurlarınıza təqdim olunur. Sunulan İlətişmənin mahiyyəti həm bu müsahibə, həm də onun həyat yoldaşı uğrunda Amnesty İnternnationalın verdiyi Təcili Aksiyalar üzrədir. Artırmalıyıq ki, bu Təcili Aksiya Leysanlı bəyi vicdan dustağı tanımlayır. Xanım Leysanlının verdiyi müsahibə ona yürüdülən acınacaqlı durumu aşkara belə çıxardır:

  • Bu ailə İranın Ədliyyə sistemindən məyus olmuş və həyat yoldaşının sərbəstliyini yenidən sağlamaq üçün kampanya aparsa da onun fikir və bəyan sərbəsliyi basmarlanır;
  • Xanım Leysanlı üzərinə davamlı bir qorxulu durum qondurulub ki, təhlükəsizlik məmurları onun üç məktəb-yaşlı balalarını sarsıdırlar və ailəni analarının yaxalanma qaraqorxusuna məruz edirlər;
  • Xanım Leysanlı ailəsinin təkcə dirrıx-qaynağı olan tükanlarının acınacaqlı durumundan xəbər verir, ki bu tükan indi İranın yetgililəri tərəfindən möhürlü surətdə qapanmışdır. Bunun səbəbi budur ki, tükanın adı Farscada deyil onların ana-dilindədir. O bu baxımdan beynəlxalq diqqəti səfərbər etmək istəyir. Ümid edirik ki bu qonu üzrə siz olduqca titizlik göstərib və gərəkən hər tədbirə can atacaqsınız.

Hər riski idarə etmək üçün, bu İlətişməni sunmaq üçün xanım Leysanlı ilə heç məşvərət etməmişik. Xanım Leysanlı haqqında gəlişən durumu titizliklə izləyirik və onu yaxalama cəsarətində bulunan məqamlara qarşı BMT-yə həmən şikayət etməye sazlaşmışıq. İndi isə, Leysanlı ailəsinə qıyılan ədalətsizlik hər hesab-kitabı aşmışdır və bu durumun yumuşanması yalnız sizin birbaşa titiz müdaxilənizdən asılıdır. Nəhayət, Abbas Leysanlı cənabları uğrunda kampaniya aparıb və onun sərbəstliyi təmin etmə (sağlama) üçün sizə bir daha müraciət edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

Dinləyin

Real player yükle

Table 3 Source Document in Azerbaijani Turkic

Ruqəyyə xanım Leysanlının Amerikanın Səsi Radio ilə müsahibəsi: (müsahibə 17 Noyabr 2006-da aparılmışdır)

 

Jurnalist: İran azərbaycanlılarının pəncərə verilişini dinləyirsiniz. İranda Azərbaycanlıların haqları uğrunda çalışan Abbas Leysanlı 2 həftədən artıqdır ki, həbsdədir. Abbas bəy Leysanlının həyat yoldaşı Ruqəyyə xanım, əri ilə görüşə bildiyini, onun ağır cinayət törətmiş şəxslər ilə bir kamerada saxlanmasına baxmayaraq ruhdan düşmədiyini deyir.

Ruqəyyə xanım: Abbası ümumi zindanın 7-ci bəndində mötadlarla saxlayırlar ki, ona ruhi işgəncə versinlər.  Amma o maşallah elə ruhiyyədir və yoldaşların hamısını birliyə dəvət edir.

Jurnalist: Ruqəyyə xanım Abbas Lesanini qanunsuz olaraq həbs edildiyi qənaətindədir.

Ruqəyyə xanım: Bəli bunu (Abbas bəyi) qeyri qanuni tutub aparıblar. Onun hökmü gəlməmişdən gəlib özünü tutub apardılar. İki gün idi tutulmuşdu ki, zindanda gətirib hökmünü iblağ eləyiblər.

Jurnalist: İran məhkəmələrindən ümidi üzülən Ruqəyyə xanım , Abbas Leysanlının azad olunması üçün mübarizəsini davam etdirmək əzmindədir.

Ruqəyyə xanım: Biz əlimizdən gələn şikayəti eləyəcəyik, ta görək hara yetişir işimiz.

Jurnalist: Ruqəyyə xanımı , Abbas leysanlının həbsi barədə məlumatları xaricə ötürməsi ilə bağlı, onun haqqında həbs hökmü də qorxutmayır.

Ruqeyyə xanım: Onda ki, Abbas 4 ay zindanda qalmışdı (bir xurdad dirçəlişindən sonrakı dönəm), mən bu xaricdən zəhmət çəkib zəng eləyən bacı – qardaşlarıma öz həyat yoldaşımın durumunu bildirdiyimə görə mənim cəlbimi almışdılar. İndi də hey atam gilə zəng vurub məni tutacaqlarını söyləyirlər. Özümə zəng vura bilmirlər, çünki bilirlər mən cavablarını verəcəyəm. Bunların və qanunlarının qabağında sınmayacağam. Çünki, bu beş ayın içində mənim həyat yoldaşımı heç bir qanuna dayanmadan iki dəfə tutub və zindana salıblar. O öz haqqını, öz millətini istəyir bu dövlətdən, artıq bir şey istəmir ki. O öz dilimizdə mədrəsə istəyir, televizyon istəyir. Öz dilimizdə  qəzet dərgi çıxmasını istəyir. Abbas fəqət bu haqları istəyir bunlardan, artıq bir şey istəmir ki. Bunlarında vəzifəsidir ki, İranda 30 milyon milli haqlarını versinlər. Əgər mənim cəlbimi də çıxarsalar, necə ki hey zəng vururlar ki tutub aparacağıq xaric ilə danışmağıma görə , deyirlər ki mən öz sirrimizi verirəm xaricə. Men sirr vermirəm, fəqət ürəyimin yandığından və üç dənə uşağımdan ki, həmişə narahatdırlar, onlarda heç vədə sınmayacaqlar bu dövlətin qarşısında. Birdən məni də aparsalar uşaqlarım cavab verəcək, uşaqlarım xaric ilə danışıb, sözlərimizi yetirəcəkdir.

Jurnalist: Ruqəyyə Leysani Abbas bəyin həbsi və Çənli Bel adında tükanlarının bağlanması ilə bağlı maddi çətinliklərdən daha artıq Abbas beyin silahdaşlarının həbs təhlükəsi ilə üzləşməsində narahatdır.

Ruqəyyə xanım: Onlar hamını qorxudublar, əksər yoldaşlarını qorxudublar. İndi tükanımız qeyri qanuni halətdə genə bağlanıbdır. Abbas indi 16 gündür ki, genə zindandadır. Bu son hökmündən dolayı ki  tutub aparıblar yoldaşlarının çoxu təəssüflə yanımıza gələ bilmirlər. İndi ki bizim gəlir qaynağımız olan o tükanda bağlanıb, mən burada elə belə qalmışam.

Tükanımızı da icarəyə vermək istəyirik, ancaq hamını qorxudublar , heç kim yaxına gələ bilmir. Keçən səfər Abbası tutub aparandan sonra tükanı alan yox idi. Hamını elə qorxutmuşdular ki, heç kim tükanın dövrəsinə dolana bilmirdi. Birdəki biz əgər tükanı icarəyə versək ki, bir iki yerə də tapışırmışıq, o tükanın adı üstündə qalmalıdır. Tükanın adı Çənli Beldir. Bu dövləti də bu ad bətər əsəbləşdirir. Deyirlər ki, bu ad deməli siyasi addır, onu götürəcəksiz oradan.

Ona görə tükan 4 aydır ki bağlanıb , indi də bu səfər Abbas gedəndən tam bağlıdır.

Jurnalist: Bununla belə Abbas Leysanlının xanımı sınmayacağını söyləyir.

Ruqəyyə xanım: Heç vədə gedib bu dövlətin qarşısında özümüzü sındırmayacağıq ki, bizim tükanımıza bir çarə qılın. 

 

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net