Say: 415/2006

Tarix: 22 Noy. 2006          

 BMT, İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə

            Lütfən bu məktubu aşağıdakılara çatdırınız:

(i)                  Öz-xoşuna Tutuqlamalarüzrə Özəl Qrup, və

(ii)                Məcburi və Qeyri İxtiyarı İtginlər üzrə Özəl Qrupu

 

Üzü     Xanım Harrison, Amnesty International, London

Sayın cənablar,

MÜRACİƏT     ŞİKAYƏT: QONUŞULMAZ DURUMDA SAXLANAN ƏKBƏRZADƏ BƏYİN QOVLUĞU

Əsgər Əkbərzadənin insan haqlarını qorumaq üçün bir yeni şikayət hüzurlarınıza təqdim edirik. Güney Azərbaycanın Ərdəbil şəhərindən olan 21-yaşda bu gənc öyrənçi, yazıçı və milli məsələ üzrə çalışandır. O 31 Oxtyabr 2006-dan bəri təhlükəsizlik məmurları tərəfindən sərbəstliyindən yoxsun edilmişdir. Ona aid özəlliklər sancaqlanmış formada dərc edilmiş və onun cüziyyatı göstərir ki, dəxli olan İran yetgililəri bu gənc Güney Azərbaycanlı ilə necə öz-xoşuna davranırlar.

Bu gəncin insan haqlarını sağlamaq üçün sizin diqqətinizi Amnesty International tərəfindən aparılan kampanyaya tuşlamaq istərdik (AI Göstəricisi: MDE 13/124/2006, tarix: 17 Noyabr 2006). Bu şikayət qovluğunu Güney Azərbaycanın milli hərəkəti kontekstində və eləcə də İran yetgililərinin öz-xoşuna davranmasında görmək illah önəmlidir. Maraqlıdır ki, Amnesty International bu hər iki qonu üzrə təkid edir.

Arxayınıq ki, Əkbərzadə bəyin insan haqlarının aşkara çıxması üçün başqa bir yol qalmamış. İnanırıq ki, siz təkcə yetgilisiniz ki, gərəkən mandat ixtiyarınızda var ki Əkbərzadə bəyin insan haqlarını qoruyasınız. Bu yeni şikayəti təqdim edirik. Əkbərzadə bəyə ədalət sağlamaq qarşınızdadır. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

Ana Sehife       Yuxarı

  info@dunazhak.net