Say: 414/2006

Tarix: 21 Nov 2006

 BMT, İnsan Haqları Ali Komissarlığı, Cenevrə,

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raportera çatdırarsınız

 

Üzü      Xanım Ann Harrison, Amnesty International, London

Mr. Saleh Kamrani

Sayın cənablar,

MÜRACİƏT: ŞİKAYƏT ÜZRƏ SON DURUM 3 –           KAMRANİ BƏYƏ QƏRAR KƏSMƏMİ YAXUD İNSAN HAQLARI VƏKİLİNİ TIXACLAMAMI?

Güney Azərbaycanın görkəmli insan haqları vəkilinin insan haqlarını qorumaq üçün 15 Sentyabr 2006-dakı şikayətə dair Son Durum 3-ü hüzurlarınıza sunuruq. Kamrani bəyin üzərinə bir öz-xoşuna qərar kəsilmiş ki, İran İslam Respublikasının dəxli olan yetgililəri tərəfindən buraxılmışdır.

Şikayətə dayaq olaraq, aşağıdakılarını təqdim edirik:

Cədvəl 1:       Tehrandakı İnqilab Məhkəməsinin Şöbə 13 tərəfindən buraxılmış qərarın tərcüməsi və onun qaynaq bəlgəsi

Cədvəl 2:        Buradək onun uğrunda sizə yazdığımız məktubların istinadları

Cədvəl 3:        Doldurulmuş şikayət forması ki, İngiltərə və Uveyls (Wales) üçün Hüquq Dərnəyi və Amnesty International tərəfindən verilmiş konkret faktlar əsasındadır. 

Diqqətinizi illah aşağıdakılara tuşlamaq istərdik:

  • Qərardakı “Qutsal (müqəddəs) İran İslam Respublikası” ifadəsi: Bu ibarət bizi olduqca düşündürür və ümid edirik ki, bizlə razılaşasınız ki bu ehkamçı zehniyyət insan haqları ilə ayxırıdır (aykırı).
  • Qərarın icrasını 5 il asılqan etmə: İnanırıq ki, bu bir bilərək qurğudur ki, Kamrani bəyi tıxaclamaq üçün quraşdırılıbdır.

Bu qərar və onun əhval-ruhiyyəsi bir canlı şəhadətdir ki, Kamrani bəy üçün ədalətin sağlanmasına yalnız sizin müdaxiləniz kar sala bilər. İçəridə heç bir qurğu-mexanizm yoxdur ki bu yerli-dibli ədalətsiz duruma sağ-duyu (müşahidə qabiliyyəti) gətirə bilsin. Yoxsa bu görkəmli insan haqları vəkilin insan haqları dəhşətlə tapdanmaq üzrədir. Yalnız siz mandatlı yetgilisiniz ki, Kamrani bəyi savuna bilərsiniz. İxtiyarımızda olan bilgiləri qarşınıza qoyduq. Bunlarda çatışmazlıq olursa da şikayətimizə baş qoşmamaq tutalğa (bəhanə) ola bilməz. Məmnuniyyətlə gərəkən bilgini sizə tapıb yetirməyi boynumuza alırıq.

Yenə də təkid edirik ki, bu şikayəti təqdim etməkdə Kamrani bəylə biz məşvərət etməmişik. İndi onun savunması yalnız sizə baxır. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net