Say: 406/2006

Tarix: 1 November 2006

BMT, İnsan Haqları Ali Komissarlığı, Cenevrə,

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raportera çatdırarsınız

Üzü      Xanım Ann Harrison, Amnesty International, London

Sayın Cənablar, 

Şəkil yoxdur

MÜRACİƏT   MAY 2006 KÜTLƏ ETİRAZLARI İLƏ İlGİLİ QALIQ VİCDAN DUSTAQLARI

May 2006 Kütlə Etirazları haqqında hələ də Güney Azərbaycanlı qalıq dustaqlar var ki, bunların insan haqlarını qorumaq üçün bir sıra şikayət təqdim etmək üzrəyik. Bu əsasda, Səməd Peyvənd Sərdərudi bəyin insan haqlarını qorumaq üçün indi yeni bir şikayət təqdim etmək istəyirik. Bu Güney Azərbaycanın bir vicdan dustağıdır ki, İran İslam Respublikası tərəfindən dustaq edilmişdir. Bu şikayətə aid sizin özəl bəlgənizi sancaqlamışıq və diqqətinizi bir neçə qonuya tuşlamaq istərdik.

Sərdərudi bəy haqda yayımlanmış bilgi yox idi, yoxsa qabaqkı məktublarımızdan birisində Səməd Rza-oğlu Peyvəndi diyə bir şəxsin adını çəkmişdik (orada qeyd olmuşdu ki, suç: bəlli deyil; hökm: bəlli deyil), bax Say: 381/2006, Tarix: 17 Septambr 2006. Bizim qaynağımız indiyə dək bu xüsusda güvənli bilgi hələ də ələ gətirə bilməmişdi. Buradakı verilən bilgi güvənli olmalıdır. İnanırıq ki, bu tipdə başqa tutuqlular da var və əlimizə bilgi gəldikcə hüzurlarınıza sunacağıq.

Bizim ən yaxşı biliyimizə görə, Sərdərudi bəy vəkil haqqından yoxsun olmuş; mühakiməsi qapalı məhkəmədə keçirilmiş; və nəticə də bu durum ona qarşı qabaqdan-biçilmiş hökmə yol vermişdir. Bu dosyeni başqa sunduğumuz dosyelər ilə tutuşdursanız, İran İslam Respublikası barədə bir ümumi təsəvvür əldə edə bilərsiniz ki, Güney Azərbaycanlıya necə ədalətsizlik qıyılır və onların necə insan haqları tapdanır.

Aydındır ki, Güney Azərbaycanın vicdan dustaqlarının insan haqlarını qoruma ümidləri təkcə sizin quruma qalmış və bu dustaqların birisi də Sərdərudi bəydir. Bu vicdan dustağı yalnız öz insan haqları üzrə davranmışdır. Ümid edirik ki, dünyada hər yerdə və hər zamanda hər bir şəxsin insan haqlarını qoruduğunuz kimi, Sərdərudi bəyin də haqlarını savunacaqsınız. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net