Say : 403/ 2006

Tarix: 30 Oxtobr 2006

ŞİKAYƏT:    LEYSANLI BƏYİN İSTİNAFI – DOSYENİN DAHA ƏSASLANMASI ÜÇÜN YENİ BƏLGƏ

BMT, İnsan Haqları Ali Komiserliyi, Cenevrə,

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporterə çatdırasınız

Üzü     Xanım Ann Harrison, Amnesty International, London

 

Şair və yazıcı, Leysanlı, savunmasında yazır:

Çəkic altında mühəqqər əzilir günlərcə;

Bir dəmir parçası, bir tiği məhib olmaq üçün.

 

Abbas Leysanlı

Sayın Cənablar,

MÜRACİƏT:       ŞİKAYƏT: LEYSANLI BƏYİN İSTİNAFI – DOSYENİN DAHA ƏSASLANMASI ÜÇÜN YENİ BƏLGƏ

Güney Azərbaycanın görkəmli milli fəalı, Abbas Leysanlı bəyin, insan haqlarını qorumaq üçün şikayətimizə müraciət edirik ki, İran yetgililəri tərəfindən 6 öz-xoşuna mühakimə dosyesinin qısqısına (persecution) məruzdur. Aşağıda qeydə alınan kimi, bu dosyelərin birisinə görə onun istinafını hüzurlarınıza çatdırırıq.

Bu məhkəmə dosyeləri barədə sizə gərəkən bilgiləri ardıcıl göndərməkdəyik, o cümlədən Dosye 1 və 2 hökm mətnlərinin tərcümələri idi. Sanırıq ki, Dosye 3 də son mərhələsinə çatmış və cüziyyatı ələ gəlincə sizə çatdıracağıq. Bu qənaət kəskinləşməkdə ki, bu hökmlər öz-xoşuna kəsilir, suçlar özülsüz (binövrəsiz), tutuqlamalar qeyri-qanuni, davranışlar sərt kobud, və hökmlər hiddətləndiricidirlər. Demək, şikayətimiz hələ də cərəyandadır.

Bildiyiniz kimi, Leysanlı bəy sərbəstliyini eyrəti (müvəqqəti) də olsa satın almış ki, bu baxımdan Amnesty Internationalın ardıcıl kampaniyası öz təsirini etdi və eləcə də sizin də mahiyyətli kampaniyanızı duyuqlamaq (detection) mümkündür. Hər halda görünən və görünməyən dəstəklərə minnətdarıq. İndi isə, Leysanlı bəy sərbəstliyi bərəkətinə, Dosye 2 qarşılığında öz istinafını (üstyarğı) təqdim etmiş. Bir dəfə daha, şikayətimizi daha əsaslandırmaq üçün onun istinafının tərcüməsini hüzurlarınıza sunuruq. Bu bizim təşəbbüsümüzdür.

İstinafda diqqətinizi iki açar ünsürə tuşlamaq istəyirik:

  1. Qabaqcadan qərara alınmış hökmü Leysanlı bəyin üzərinə gətirmək üçün məhkəmə bilərəkdən qapalı iclas formada aparılmış ki, bütün bəlgə və tanıqlarından (şahid) göz yumulsun. Demək, İranın məhkəmə yetgilisi insan haqlarına qarşı saymazyanadır və birbaşa sizin insan haqlarını qorumaq üzrə yetginizə qarşı meydan oxumuşdur. İndi Leysanlı bəy İranın gərəkən yetgilisinə meydan oxumaqda ki, öz savunması (müdafiəsi) uğrunda gərəkən tanıqları məhkəməyə ağnatmaq istəyir, axı o bütün hərəkətlərini insan haqlarının əvrənsəl bildirgəsi ilə uzlaşdırıb və bu baxımdan səsi və təsviri sənəd olaraq qeydiyyatdadır. Arxayınıq ki, siz İranın məhkəmə gedişatı pozulmalarına daha yol verməyəcəksiniz.
  2. Leysanlı bəyin üzərinə gətirilmiş suçlar hətta İran qanunlarına dayananda da keçərli deyildir, demək dəxli olan yetgililər öz qanunlarına da saymazyanadırlar. Bu aydınlaşdırır ki, öz-xoşuna hökm kəsmələr elə İranın qəzavət sistemi qanadları altında qorunmaqdadır.

Sərbəstlik, bu qiymətli matah, dünyada başdan dibə və dayanmadan hədəyə məruzdur. Bunun canlı saxlanması və genəl bir nemətə çevrilməsi bir tərəfdən insan haqları qurumlarına və o biri tərəfdən də Leysanlı bəy demokrat fəalların fədakarlıqlarına borcludur. Ümid edirik ki, siz onun dosyesinə müsəllətsiniz və onun insan haqlarını tamlıqla qoruyacaqsınız.

Bilirik ki, şikayətimiz barədə sizə sindirməli (sindirmə = həzm etmə) materiallar ağır ola bilər. Eləcə də, başa düşürük ki, kütlə etirazları, qeyri-Farslara qarşı sistematik təhqirlərə və gündəlik İran qəzeti çıxışı barədə az-bilgili ola bilərsiniz. Bunu asanlaşdırmaq üçün Cədvəl 1-də azacıq bilgi təqdim edilir.

Leysanlı bəy indi insan haqları bayrağı altında savunmağa özünü hazırlayır, lakin əslində o öz Güney Azərbaycan millətini də savunma üzrədir. Bizcə, onun insan haqlarını qorumaq üçün təkcə etgin yol onun vəkilini BMT himayəsi altına gətirməkdən ibarətdir, yoxsa təmsilçinizi məhkəmə gedişatında müşahidəçi olaraq göndərməniz çox yerlidir. Qabaqcadan sizin qayğınız üçün təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net