Say : 400/ 2006

Tarix: 18 October 2006

BMT İnsan Haqları Ali Komissarlığı, Cenevrə

                Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporterə çatdırasınız

CC           Xanım Harrison, Amnesty International, London 

Mr. Abbas Leysanli

Hörmətli Cənablar,

MÜRACİƏT:    ABBAS LEYSANLI BƏYƏ KƏSİLMİŞ ÖZ-XOŞUNA HÖKMLƏR BARƏDƏ SON DURUM

İran İslam Respublikasının dəxli olan yetgililəri tərəfindən Abbas Leysanlı bəyə kəsilmiş hökmlərə qarşı formal şikayətimizi hüzurlarınıza 31 Avqust 2006-da təqdim etdik (bax 378/2006 Saylı məktubumuza). Onda İranın dəxli olan yetgililəri Leysanlı bəyi sərbəstliyindən yoxsun etmişdilər və eləcə də ona qarşı 6 məhkəmə dosyesi yürüdürdülər. Məhz bu dosyelərin sayı Leysanlı bəyə qarşı yetgililərin öz-xoşuna davranmalarını əks etdirirdi. Onda, bir məhkəmə hökmünün tərcüməsini sizə təqdim etdik və o hökmə qarşı şikayətimizi bildirdik. İndi də bir başqa məhkəmə hökmü əlimizdə var ki, şikayətimizi daha əsaslandırmaq üçün diqqətinizə çatdırmaq istəyirik.

İlk növbədə Leysanlı bəyin zəmanət qarşılığı ilə (80 milyon Riyallıq, yaxud 8 min dollar) 26 Semprambr 2006-da nahardan sonra saat 2.00 də hələlik buraxılmış. Bu baxımdan biz çox məmnunuq. Onun bu umulmaz buraxılışı sizin ehtimalən məhrəmanə apardığınız mandatların meyvəsi hesab etmək ola bilər və şübhəsiz Amnesty International-ın Təcili Aksiya kampaniyası öz rollarını oynamışlar. Lakin bu zəmanət qarşılığında eyrəti (müvəqqəti) sərbəstliyə yetinməkdənsə, onun insan haqlarının qorunması daha güclənməlidir.

Bu son-durum məktubumuzun diqqət mərkəzi şikayətimizdəki işarə etdiyimiz Dosye 2-dir. Bu yeni hökmdən bəllidir ki, hökm buraxan Qazı insan haqlarını pozmaqda heç bir şeydən çəkinməyir və eləcə də insan haqları diyə bir varlıq ilə tanış deyildir. O, Leysanlı bəyə qəsdən odlama suçunu yürüdür və Leysanlı bəyin təqdim etdiyi savunmaya etinasızlıq edir. İndi Leysanlı bəy öz savunmasını sərbəstlikdə bir daha təkrar edir və yerli-dibli bu ittihamı rədd edir. Lütfən Leysanlı bəyin Radio Fərdaya verdiyi müsahibəyə müraciət etsəniz eşidərsiniz ki, o apaçıq ifadə edir ki, o zorakılığı rədd edir və demokratik yollar ilə mübarizə yanlısıdır: http://www.azadtribun.net/Farda1.mp3.

Bir dönə daha təkrar edirik ki, bu son-durum məktubunu hazırlamaqda Leysanlı bəy ilə məşvərət etməmişik. Bunu qeydə almaq gərəkdir çünki, yetgililər zəmanət qarşılığında buraxılmış Leysanlı bəyə qara-qorxu edə bilərlər. Yetgililərin Güney Azərbaycanlılara qarşı qara-qorxu taktiklərini yaxın gələcəkdə sizə bir raport surətində yazacağıq, lakin bu anda qamçılamağı qeyd etmək istəyirik və bu olduqca yetkin və dahi insanlara qamçı hökmləri kəsmələrinə qarşı ən güclü etirazlarımızı sizə çatdırmaq istəyirik. İnanırıq ki, bu iyrənc akt İran İslam Respublikasında hakim irqçi əhval-ruhiyyəsini əks etdirir.

Leysanlı bəyin insan haqlarını qorumaq ilə əlaqədar sizdən xahiş edirik ki, ona qarşı yürüdülən hər nə dosye və hökm varsa ləğvləri üçün aksiya aparasınız; onun bəyan sərbəstliyini yenidən bərpa edəsiniz; və onun məişətinə qarşı qeyri qanuni qapanmış dükanının yenidən açılışını təmin edib və gərəkən xəsarəti istəmə zəmin hazırlayasınız. Qabaqcadan sizdən təşəkkür edirik.

Hörmət ilə  

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net