Say: 397 / 2006

Tarix: 15 Oktobr 2006

                                                                                               

BMT, İnsan Haqları Ali Komissarlığı, Cenevrə,

 

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raportera çatdırarsınız

 

Üzü      Xanım Ann Harrison, Amnesty International, London

 

 

 

 

Rza Abbasi bəy

Sayın Cənablar,

MÜRACİƏT:    RZA ABBASI BƏY UĞRUNDA ŞİKAYƏTİMİZƏ GÖRƏ İKİNCİ SON GƏLİŞMƏ

Güney Azərbaycanın insan haqları uğrunda çalışan, Riza Abbasi bəyin mühakiməsindən bir ayın ötməsinə baxmayaraq İranın dəxli olan yetgililəri onu sərbəstliyindən yoxsun etməyə davam edir, insan haqlarını tapdayır, məhkəmə gedişatına laqeyd davranır, və onu öz-xoşuna tutuqlamada məhkəmə nəticəsini qərarsız və aslanaq buraxmışdır. Abbasi bəyin həmən və şərtsiz qurtuluşu bu dosye üçün qabaqca bir şikayət təqdim etmişik (Məktubumuz, Say: 376/2006 Tarix: 5 Septambr 2006).

Yuxarıdakı qeyd olunmuş şikayətimiz hələ də qalır və bir dəfə daha diqqətinizi Abbasi bəyin dosyesi üçün yönəltmək istəyirik. Abbasi bəyin məruz qaldığı durum barədə hazırladığımız xronolojini təqdim edirik ki, İran yetgililərinin özbaşına davranışlarını əks edir.

Sizin məhrəmanə insan haqlarını qorumağınıza hörmət edirik və eləcə də üzərinizdə olan mandatı Abbasi bəyin insan haqlarını qorumaq üçün işlətməzliyə inana bilmərik. Nə isə, hələ də bir nəticə duyuqlaya (detection) bilməyirik. Nəticə də sizdən bir daha xahiş edirik ki, apardığınız kampaniyanı artırasınız və mətbuat bəyaniyyəsi verməyi də bu xüsusda etgin bir vasitə kimi yadınıza salmaq istəyirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

Yazı altı

Abbasi bəyin 10 Dekabr 2004 çıxışlarını (21 Azər uğrunda)  aşağı ünvandan dinləmək ola bilər:

http://www.azadtribun.net/Rza_Abbasi.ram

  ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net