Say: 395/2006

Tarix: 9 Oktyabr 2006

 

 BMT, İnsan Haqları Ali Komiserliyi, Cenevrə,

 

         Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporterə çatdırasınız

CC    Xanım Harrison, Amnesty International, London

Sayın cənablar,

MÜRCİƏT  ŞİKAYƏT –    BİR 65 YAŞLI MUSİQİ QOCAMANINI HƏBSƏ VƏ 50 QAMÇI HÖKMÜNƏ ÖZ-XOŞUNA MƏHKUM ETMƏ

Cənab Həsən Azərbaycanın (ayamaları: Hərgülü və Dəmirçi) dosyesini şikayət olaraq təqdim edirik. O, 26 May 2006 yaxalanandan bəri hələdə Təbriz zindanında sərbəstliyindən yoxsun edilmişdir (bax məktubumuz – Say: 327/2006, Tarix: 28 May 2006 və Say: 332/2006, Tarix: 7 İyun 2006).

Amnesty International cənab Azərbaycanın dosyesinə görə söz açmış və o biriləri ilə birgəlikdə onların vicdan dustağı olmalarını ortaya qoyub (bax: MDE 13/074/2006 Tarix: 29 İyun 2006) və eləcə də bu Komitənin bir neçə məktubunda bu cənabın baresində hüzurlarınıza gərəkən bilgi verilmiş. Üstəlik, ona kəsilmiş hökmün haqqında sizə bu bilgini vermişik (bax Say: 382/2006; Tarix: 17 Septambr 2006):

·         Suç: Pantürkizm, ayrımçılıq; Ümumi nəzmi pozma

·         Hökm: bir illik dustaqlıq və 50 qamçı

Cənab Azərbaycan 65 yaşlı Güney Azərbaycanın bir qocaman bəstəkarı, peşəkarca tarçalanı və həvəskarca müğənnisidir. Onun bəstələdiyi Səttarxan Operası Güney Azərbaycanın milli və mənəvi dəyərlərinə çevrilmişdir və həmin opera yaxında vebsitələrdə yayımlanacağına görə yükləmə ünvanını hüzurlarınıza çatdıracağıq. Əslində o bir müvəffəq biznesmendir; mənəvi aləmini 3 övladlı ailəsi ilə zəngin və musiqi də bu mənəvi zənginliyini daha genişləndirmişdir. Üstəlik, o öz şəxsi hesabına Təbrizdə bir musiqi məktəbi  açmışdı ki, mədəni fəaliyətləri sıxışdırılmış xalqımızın musiqisini tədris edərdi.

Cənab Azərbaycana kəsilmiş hökmü ASMƏK 17 Avqust 2006-da yayımladı və orada verilmiş bilgi etibarlı hesab olunur. İstər-istəməz biz hələ də bu söz-qonuları üzrə gözü bağlıyıq:

·         Biz biləsi Cənab Azərbaycanın öz seçdiyi vəkil olmayıb;

·         Məhkəmə gedişatı qapalı iclas üzrə idi

·         Buraxılmış hökm yazılı surətdə bu günədək hələ də yetgililər tərəfindən yayımlanmayıb

·         Hələ də bəlli deyildir ki, qamçılanma cəsarəti yerinə yetirilibmi ya yox

·         Dinc yol ilə aparılan etirazları pantürkizm və ayrımçılıq kimi suçlar ilə qarşılamaq Amnesty International-ın qənaətinə görə beynəlxalq məhkəməsində tanımlı deyildir. Eləcə də 65 yaşlı bir musiqi qocamanına ümumi nəzmi pozma suçu bir yaramaz suçdur.

Əlimizdə olan etibarlı bilgi bunlardan ibarətdir ki, cənab Azərbaycan  öz vətəni Güney Azərbaycanın Təbriz şəhərində İran İslam Respublikası tərəfindən dustaq edilmişdir. Üstəlik, bunu bilirik ki, o ürək xəstəliyinə məruzdur. İnanırıq ki, cənab Azərbaycanın sərbəstlik haqqından yoxsun (deprived) olmasına biz ilə tam razılaşırsınız.

Cənab Həsən Azərbaycana dustaq qıyılmasına səbəbləri aşkarlamaq istəyirik:

1.       Etdiyimiz şikayətlər nəticəsində siz yaxından tanışsınız ki, İranın hakim qüvvələri Güney Azərbaycanın çalışqanlarına öz-xoşuna hökmlər kəsməkdədirlər (misal üçün baxın: 392/2006, Tarix: 30 Septambr 2006; 382/2006, Tarix: 17 Septambr 2006).

2.       Bu hökmləri kəsmədən hakim qüvvələr hay-küy qoparmışdılar ki, geniş May 2006 kütlə etirazlarını guya Güney Azərbaycanlılar deyil, Amerika və İsrail yönlü xarici qüvvələr qıcıqlandırmışdılar, və onlar deyirdilər guya qarşıda gələn etiraflar bu qurğu busatını ifşa edəcəkdir (bax məktubumuz: 355/2006, 28 İyul 2006). Bu ifşaçılıq heç zaman baş tutmadı; deməli hakim qüvvələr özlərini işgəncə nəticəsində zorakılıqla alınma etiraf vədələri ilə xoş edirdilər.

3.       Bir vicdan dustağı tərəfindən zindandan qaçağı bir bəyaniyyə buraxmışdı ki, hakim qüvvələri yaman biabırı etdi. O yazdı: “Mənim hesabıma çıxarılmış hər nə etiraf olursa, ruhi və cismi işgəncə nəticəsində olmuşdur. Elan edirəm ki, mənim haqqımda təkcə o ifadə düzgün ola bilər ki, mənim seçdiyim vəkilin hüzurunda ola.” (bax məktubumuz: Say: 342/3006, Tarix: 26 İyun 2006).

Yuxarıdakı zəmin bilgi bizi Cənab Həsən Azərbaycanın tutuqlanmasının səbəbinə gətirib çıxardır. Xam xəyala dalmış hakim qüvvələr belə fikirləşirdilər ki o yaşına  görə yalançı etiraflara boyun əymə üçün ən dişbatan bir varlıqdır. İndi bəllidir ki, cənab Həsən Azərbaycan işgəncə qabağında dayanmış və hakim qüvvələrə göz verib işıq verməməkdə uğurlu olmuşdur. Elə məhz bu uğura görə hakim qüvvələr cənab Azərbaycan üzərinə hökm deyil nifrətlərini ifadə etmişlər. Özü də elə bir şəxsə qarşı ki, bütün ömür boyu ancaq insanlara xidmət edib və xalqımızın dərin sevgisini qazanmışdır. Davamlı siyasətdən uzaq  gəzmiş; ancaq mədəni fəaliyyətlərlə məşğul olmuşdur.

 Bu ulu insan qazamatda da musiqi eyitməsinə can atdı, lakin hakim qüvvələr bunu da ona çox gördülər. Biz arxayınıq ki, hər şeydən artıq onu incidən onun təşəbbüsü ilə Təbrizdə qurulmuş musiqi məktəbinin qapanmasıdır. Dolayı olsa da, mədəniyyətlərin dialoqundan danışanları bir daha xatırlatmalıyıq ki, İranın apardığı dialoqun anlamı aşkara çıxsın:

1.       Cənab Azərbaycanı İranın hakim qüvvələri öz-xoşlarına dustaq etmişlər.

2.       Onun musiqi məktəbini qapatmışlar.

3.       Qabaqlarda, həmin üzdən iraq, mədəniyətlər dialoqunun memarı, İranın keçmiş prezidenti, Xatəmi zamanında cənab Azərbaycan iki dəfə tutuqlanıb və dustaq edilmiş idi. (Say: 174/ 2003, Tarix: 22 Dekabr 2003; və Say: 249/2004, Tarix: 29 İyul 2004).

Biz bir kampaniya səfərbər etməkdəyik ki söz-qonusu  bu qocamanımızın insan haqları yenidən dirçəlsin və həmən sərbəstliyi təmin olunsun. Kampaniyamızın bu hissəsində İran İslam Respublikası əlindən sizə bu şikayətimizin qeydiyyata alınmasını istəyirik. Sizdən  xahiş edirik ki, bu şikayət əsasında səlahiyyətinizdə olan mandatı onun həmən və şərtsiz azadlığı üçün işlədəsiniz

Hörmət ilə

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net