Say: 393/2006

Tarix: 02 October 2006

BMT İnsan Haqları Ali Komissarlığı, Cenevrə

            Lütfən bu məktubu Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis çalışan qrupa, Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raportera, və Uşaqların Eyitmə Haqqı üzrə Özəl Raporterə çatdırasınız

Üzü     Xanım Harrison, Amnesty International, London

            Kütləvi informasiya vasitələri

Sayın Cənablar,

MÜraciət:       ŞİKAYƏT – İRANIN YETGİLİLƏRİ TƏRƏFİNDƏN TUTUQLANMIŞ DÖRD GÜNEY AZƏRBAYCANLI YENİYETMƏ

Çox təəssüflə, qeyd etməliyik ki, İran İslam Respublikasının yetgililərı dörd Güney Azərbaycan yeniyetmələrini (yaş: 14-16) tutuqladılar. Tutuqlamalar 21 Septambr 2006-dan bəri baş vermiş və aydındır ki, bunlar 23 Septambr 2006-da milli ölçüdə aparılan kampaniya ilə ilgilidir. Bu isə Güney Azərbaycanlıların ana-dilində eyitməkdənsə, zorakı yad Fars dilində eyitilmələrindən irəli gəlir. Bizim Komitə indicə Kampaniya ilə ilgili bir raport buraxmışdır və bu yeniyetmələrin dosyesi orada qeyd olunur (bax: 391/2006 Tarix: 29 Septambr 2006). İndi biz bu yeniyetmələr ilə ilgili olan verilənləri toplayıb şikayətimizi əsaslandırmaq üçün səhmanlamışıq. Bu dosyelərin birgə təfsilatı aşağıdakı cədvəldə təqdim olunur. Səhmanlanmış bilgi əsasında biz şikayətimizi təqdim edirik.

Yeniyetmə Tutuqluların Cüziyyatları

 

Tutuqlu 1

Tutuqlu 2

Tutuqlu 3

Tutuqlu 4

Ad

Məhəmmədrza

Murtuza

Sina

Arəş

Soyadı

ƏVƏZPUR (qadaşlar)

MƏDƏDI USALU

MƏKKARİ

Yaşayış Şəhəri

Təbriz

Urmu

Sulduz

Yaş

14

16

16

16?

Peşə

Oxul şagirdləri

Yaxalanma Vaxtı

21 Sept 2006; 6 səhər çağı.

23 Sep 2006

Yaxalanma Yeri

Ev

Bilgi yox

Saxlanma Yerləri

Bəlli olmayan yer

Suç

Heç ittiham yoxdur

Ailə Görüşü

Şübhəsiz yox; yetgililər heç suala da cavab vermirlər

Vəkil Görüşü

Yox kimi

Daha Artıq Bilgi

·   Məmurlar uşaqların atalarını döymüşlər

·   Kitab və bilgi-sayarlar zəbt olumuş

Bilgi yoxdur

 

Sabiqə

·   They were detained in Feb 2006

The boys were recently summoned by the authority to report in by 23 Oct.

 

Bilgi yoxdur

İşgəncə Riski

Güclü İşgəncə riski var

Xəbərin Yayılma Tarixi

23 Sept 2006

26 Sept 2006

Başlıca verilənlər qarşınızdadır. Amnesty International Ümumi Bəyaniyyəsində (MDE 13/108 – Tarix: 25 Septambr 2006) Məhəmmədrza və Murtuzanı  vicdan dustağı olaraq qeyd etmişdir. İnanırıq ki, Sina və Arəş- də bu durumda qeyd oluna bilərdilər əgər gərəkən verilənlər vaxtlı ikən əllərinə çatsaydı. Bu qurum bəyaniyyəsini 25 Septambrda buraxmış, lakin 23 Septambrda tutuqlanan yeniyetmələrin xəbərlərini 25 Septambrda duyuqlamışlar (detected).

Şəxsən qeyd etməyə yeri var ki, 14 yaşlı bir oğlan çocuğuna vicdan dustağı diyə müraciət etmək adama dərindən toxunur. Axı dünya əfkari umumisi və dünyadakı insan haqlarına nə gəlmiş ki, bunların tutuqlanmarı barədə bu zay ünsürlər qarşısında əmələ girişmək olmaya? Əminik ki, bu dörd oğlan uşaqları dünyanın başqa yerindəki yaşıdlarına tay-tuşdurlar: dibinə-gedən, qayğılı, duyğun və maraqlı. Onlar çoxlu sorğu-sual edib də tez-tez fikirlərini dəyişə bilərlər və eləcə də futbol və bilgi-sayar oyunlarından daha həzz apara bilərlər.  Onların yerləri ata-analarının sevgiləri yanında evləridir, nəyin ki, elə bir adamların ixtiyarında ki bunlar savab diyə əl kəsərlər, vicdan dustaqlarını qamçılayarlar və günahsız insanları işgəncəyə məruz edərlər. Bu rəsmi məktubda duyğusal olduğumuza görə üzr istəyirik.

Bu vasilə ilə bu dosyedəki adları çəkilən dörd oğlan uşaqlarının insan haqları tapdanmaları barədə şikayətimizi bir yerdə edirik. Bizim vahiməmiz var ki, bu yeniyetmələrə qarşı təzyiq yürüdülsün, yaxud işgəncəyə məruz qalsınlar. Bu isə onların gəlişməkdə olan şəxsiyyətləri daimi zədələnə bilər. Məhz bunun ağırlığı üçün, gerçək-axtarma ( araşdırma) təmsilçi göndərmənizi xahiş edirik. Bunun üçün sizi tələsdiririk ki, vaxt itirmədən və şərtsiz bu uşaqların buraxılmaları üçün ciddi addım atılsın və onlar davamlı zədələnmə ehtimalına qarşı yoxlaısınlar.

Ürəyimiz açıqdır ki, dosyenin ağırlığı sizə aydındır; şikayətimiz sizin tədbirinizi tətikləyəcəkdir; hələ İran yetgililəri bu uşaqları buraxsalar da, insan haqlarının pozulmasına qarşı siz etirazlarınızı hər halda bildirəcəksiniz. Qabaqcadan umduğumuz aksiyanız üçün minnətdarlığımızı bildiririk.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

inglisce

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

  info@dunazhak.net