Say: 383/ 2006

Tarix : 18 Semptambr 2006

Amnesty International, London

Üzü     BMT İnsan Haqları Ali Komissarlığı, Cenevrə

            Lütfən bu məktubu Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis çalışqan qrupa çatdırasınız

            Kütləvi informasiya vasitələri

Sayın Xanım Harrison,

MÜRACİƏT:            ANA-DİLİMİZLƏ EYİTMƏ – ƏN İBTİDAİ HAQQIMIZ

BMT-nin İnsan Haqları Ali Komissarlığına təqdim etdiyimiz şikayətə əlavə olaraq (bax: Say: 372/2006, Tarix: 28 Septambr 2006), diqqətinizə həm Azərbaycan Biliyurdu Toplumunun (AzBilTop) məktubunu və həmdə siz kimi qurumların diqqətinə çatmaq istəyən Güney Azərbaycan Öyrənçilər Hərəkətin məktubunu çatdırmaq istəyirik. Bu iki məktublar hərəsi Güney Azərbaycan Türklərinin aparmaqda olan kampaniyası ilə ilgilidir ki, ən ibtidai ana-dilində eyitmə haqqımız yenidən dirçəlsin. Kampaniya planı yeni eyitmə ilinin başlanğıc günündə (23 Septambr 2006) mədəni  etiraz və mədəni itaətsizlikdən ibarətdir.

Üstəlik, sizə bir məktub göndərdik və İran dövlətinin bu planlaşmış kampaniyaya qarşı duyuqladığımız (detected) basqılarından yazdıq (Say: 381/2006, Tarix 16 Septambr 2006). Bu fürsətdən istifadə edərək bu məsələni bir az daha açıqlamaq istəyirik. Güney Azərbaycan Türkləri tariximizin külündən yenə də yetkincə və təmkinlə baş qaldırmışdır. İran İslam Respublikası yetgililəri isə, məlum olunası, xəyali əski günlər təmtərağı ilə iflic olmuş və deməli öz irqçilik siyasətinə buradan bəraət qazandırmaq istəyir. Ortada, söz qonusu Türk Güney Azərbaycanın insan haqlarını qorumaqdır.

Bizim millət, İyun 2006-da Babək Qurultayı ərəfəsində insan haqlarımızı qorumaq üçün dəstəyiniz ilə qabağa düşmənizə özünü borclu bilir. Sizin dərin etgili Genəl Bəyaniyyəniz olmasaydı, hadisələrin nə kimi qat-qat açılması ağla sığışmır, lakin sizin tədbiriniz şübhəsiz çoxlu canları təhlükədən qurtardı. Bir dəfə daha, qorunacağımız üçün biz sizə üz döndəririk və eləcə də sizin dəstəyiniz üçün qabağa düşməyə müraciət edirik. Biz əminik ki, siz indi durumu izləyirsiniz; bu yeni gəlişməyə əlahiddə önəm verirsiniz; və insan haqlarımızın qorumağı üçün vaxtlı ikən hərəkət qılacaqsınız. Qabaqcadan biz sizdən təşəkkür edirik.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

  ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net