Say: 379/2006

Tarix: 15 Sent. 2006

             

             

  İnsan Haqları üzrə Ali Komissarlığı, Cenevrə,

         Lütfən bu məktubu Qazıların və Vəkillərin Müstəqilliyi üzrə Özəl Raporterə çatdırın.

Üzü    Xanım Harrison, Amnesty International, London

 Sayın Cənablar

Müraciət: Kamrani Bəyin Qapalı Məhkəmədə Mühakimə Olunmasına Qarşı Bizim Şikayətimiz

Saleh Kamrani bəyin vebbloqunda yayımlanmış xəbərin tərcüməsini hüzurlarınıza təqdim edirik, ki bu xəbər ASMƏK, Haq  və Güney Azərbaycanın başqa xəbər vasitələrində də doğrulanmışdır. Bu məhkəmə qapalı surətdə keçirilmişdir və biz inanırıq ki, bu Kamrani bəyin insan haqlarını pozur. Bu düzgün olmayan gedişata qarşı biz şikayət edirik lakin bunun üçün Kamrani bəylə, onun həyat yoldaşı və vəkili ilə məşvərət etməmişik. Sizə məlum olan faktlar bunlardan ibarətdirlər ki, Kamrani bəyin tutuqlanması elə birinci addımdan qeyri-qanuni olmuş, ona qarşı ittiham anlaşılmazdır və ona qarşı gedən məhkəmə gedişatı qeyri-qanuni surətdə aparılır. Biz sizdən xahiş edirik ki, ona qarşı hökm kəsilmək üzrə olduğu üçün bu şikayətimizi təcili olaraq təqib edəsiniz.

Hörmət ilə: Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net