Say: 375/ 2006

Tarix: 5 Sentyabr 2006

 

BMT, İnsan Haqları Ali Komiserliyi, Cenevrə,

 

Lütfən bu məktubu Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporter çatdırasınız

Üzü        Xanım Ann Harrison, Amnesty International, London

 

Oxtay (Mehdi) Babai bəy

Sayın Cənablar,

MÜRACİƏT:    BİR VİCDAN DUSTAĞI HAQQINDA HƏYAT YOLDAŞININ MƏKTUBU ÜZRƏ BMT-YƏ İLƏTDİYİMİZ ŞİKAYƏTİMİZ

Oxtay (Mehdi) Babai Əcəbşir, bir Güney Azərbaycanlı vicdan dustağıdir ki, onun haqqında həyat yoldaşı ürək sözlərini müraciət olaraq ifadə edir. Biz öz təşəbbüsümüz üzrə onun məktubu əsasında bu şikayəti qaldırırıq ki, aşağıdakı tərəfləri ilgiləndirir:

  • Güney Azərbaycan fəalları ki, milli mənliyimizi davamlı olaraq öz doğma yurdumuzda qanuni və dinc yollarla qaldırırlar. 2 milyondan artıq millətimizdən adamlar May 2006-da etiraza çıxdılar. Bu etirazların dinc olmalarına baxmayaraq, minlər dinc şəxs tutuqlandı və indi hələ də 600-dən çox zindanlarda əsir qalırlar. Hakim qüvvələr onlardan yalançı etiraf almaq üçün olmazın əzab-işgəncələr qıyırlar. Bunlara baxmayaraq, tutuqlularımız sərt dirənişlə çıxış edirlər və Oxtay Babai bəy buna bir örnəkdir və başqa örnəklərimizi də qabaqlarda tanıtdırmışıq. Misal ücün:
    • Abbas Leysanlı Ərdəbil Zindanı
    • Həsən Azərbaycan (Hərgülü), Dr. Heydəroğlu və Oxtay Babai Təbriz Zindanı
    • Saleh Kamrani və Həsən Raşidi Evin Zindanı, Tehran
    • Rza Abbasi Zəncan Zindanı
    • Elyaz Yekənli Mərənd Zindanı
    • Elman Təbrizli Sulduz Zindanı
  • Oxtay Babai ki, bizim bu şikayətin diqqət mərkəzidir və bu şəxsin durumunu tanıtdırmağa Amnesty International-ın buraxdığı Təcili Aksiyası MDE 13/093/2006 yetərlidir və bu sənədə istinadən o bir vicdan dustağı tanınmışdır.
  • Zay İran hökuməti ki, Güney Azərbaycanın milli və insan haqlarını pozmaqda heç bir şeydən çəkinmir. Bu qəddarlıq edən hökuməti ifşa etmək gərəkdir ki, bizim Qurum Güney Azərbaycan qurumlarından birisidir ki bu işi öz üzərinə almışdır.
  • Amnesty International ki, İran dövlətinin xalqımıza qarşı insan haqlarını pozmağı ifşa etməkdə öz etibarına layiqliyini çoxlu bildirgə və Təcili Aksiyalar buraxmaq ilə isbat etməkdədir.
  • BMT-nin İnsan Haqları üzrə Alı Komissarlığı ki, fərdləri və millətləri (misal üçün Güney Azərbaycanlıları) qəddar hökumətlərdən (misal üçün İran İslam Respublikası) qurtarmaq üçün yaranmışdır. Biz yaxşıca bilirik ki, sizin üzərinizə çoxlu mandatlar tapşırılmışdır və sizin öhdənizə Özəl Raporterlər və çalışqan qruplar verilmiş ki insan haqlarını qorumaq üçün mətbuat açıqlamaları, illik raport və ölkə ziyarətləri kimi mexanizmlər ixtiyarınıza qoyulmuşdur.

Çox ağır şərait altında Xanım Babai, bu vicdan dustağının həyat yoldaşı, öz dərd-əziyyətlərini ifadə edərək bu sualı soruşur: 

“Uşaqlarımızı ana-dilimizdə eyitmək (təhsil etmək) uğrunda kampaniya aparmaq bir suçmu? Bu isə, yetgililər niyə həyat yoldaşımı mühakimə etməkdən boyun qaçırırlar? Axı mən dərdimi kimə söyləyim?

Baxmayaraq ki, Amnesty International tərəfindən buraxılmış Təcili Aksiya bu vicdan dustağının canını qurtarmaqda etgili rol oynaycaq, lakin onun insan haqlarını qorumaq üçün yetərli olmaya bilər. Yalnız dünya icması tərəfindən sizin (İnsan Haqları üzrə Ali Komissarlığı) üzərinizə lazımi mandatlar tapşırılmış ki, bu kimi məsələlərə cavabdeh olasınız. Buna görə, biz Xanım Babai Əcəbşirin məktubunun tərcüməsini sizə rele edirik və onu bir şikayət olaraq sizə təqdim edirik. Lütfən diqqət edin ki, bu şikayət bizim təşəbbüsümüzdür və bu baxımdan biz Xanım Babai Əcəbşir ilə, onun ailəsi ilə və vicdan dustağı Babai bəylə heç biri ilə məşvərət etməmişik. Biz sizdən xahiş edirik ki, siz bu şikayəti təqib edəsiniz və bizi öz nəticələriniz ilə xəbərdar edəsiniz. 

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net