|
||||
Say: 369/ 2006 Tarix: 24 Avqust 2006
Sayın Xanım Harrison, MÜRACİƏT: BİR GÜNEY AZƏRBAYCANLI YENİYETMƏYƏ QARŞI HÖKM Cəfər Qaraçal UrmuNews tərəfindən buraxılmış bir xəbərdən çıxarışı hüzurlarınıza təqdim edirik ki, bu xəbər 21 Avqust 2006-da buraxıldı. Bu xəbərdən öyrənirik ki, Güney Azərbaycanın Sulduz şəhərindən olan bir 18 yaşında yeniyetməyə qarşı zindan hökmü kəsilmişdir. Bu hökmün bəhanəsi Güney Azərbaycanı May 2006-da bürüyən kütlə etirazına qatılmaq idi. Bu xəbər ASMƏK-in vasitəsi ilə də bu gün təsdiq olundu. Bu kəsilən hökmün özəllikləri bunlardır:
Cəfər Qaraçal, Güney Azərbaycanın təkcə yeniyetməsi deyildir, necə ki başqaları da vardır, misal üçün Həsən Balazadə bir başqa örnəkdir ki 18 yaşı vardır və Ərdəbildə eyni kütlə etirazlarda iştirak etdiyi üçün hələ də durumu bəlli olmadan Ərdəbil zindanında tutuqlu qalır. Ümid edirik ki, bu yeniyetmələrin uğrunda dəstək üçün kampaniya aparacaqsınız və ümumiyyət ilə Güney Azərbaycanlıların insan haqlarını qorumağınız üçün minnətdarlığımızı bildiririk. Hörmət ilə Böyük Rəsuloğlu Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri | ||||