Say: 367/ 2006

Tarix: 22 Avqust 2006

BMT İnsan Haqları Ali Komiserliyi, Cenevrə

Lütfən bu məktubu aşağıdakı çalışqan qruplara çatdırasınız:

  • Vəkillik Çatışmazlıqları üzrə Özəl Raporter
  • Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporter
  • Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
  • İşgəncə üzrə Özəl Raporter

Üzü     Amnesty International, London

 

 

Həsən Azərbaycana

qarşı 50 qamçı cəzası

Hörmətli Cənablar

MÜRACİƏT:  GÜNEY AZƏRBAYCAN FƏALLARINA QARŞI İRAN QƏDDARLIĞINDA YENİ BOYUTLAR

Halən Təbriz zindanında zəncirə çəkilmiş 15 siyasi zindanlının durumunu ASMEK-in bəyaniyyəsi vasitəsi ilə hüzurlarınıza çatdırırıq. Bu son durumun zəmini sizə bəllidir: 30 milyon Güney Azərbaycanlı demokratik haqlarını tələb etmək üçün və ən primitiv insan haqqı olan ANA-DİLİNDƏ təhsil almaq üçün ayaqlanmışdır.

İranda iş başında olan faşist hakimiyyətin keçən 4-5 ayda Güney Azərbaycanlıların başına gətirdiyini beynəlxalq təşkilatlar duymamış deyildirlər. Bu keçən günlərdə, 65 yaşlı bəstəkarımız, Həsən Azərbaycanı, 50 qamçı (şallaq) hökmü ilə cəzalandıran bu faşistlər bizdə yeni bir əsəbiləşmə dönüş nöqtəsi yaratmaqdadırlar. Ömrünü musiqiyə həsr etmiş və bu ilin əvvəllərində yeni bir opera səhnələşdirən bu şəxsə görə daha artıq bilgiyə heç də ehtiyac yoxdur. Hələ başqaları da bu kimi acınacaqlı cəzalara məruz qalmışlar.

Bizcə Birləşmiş Millətlər Təşkilatının insanların haqqını qoruyan bölmələrinin üzərilərində müəyyən mandatlar olaraq bu qeyri insani və qeyri qanuni asdı-kəsdi qarşısında susmaları anlaşılmazdır. Təəccüblü deyildir ki, bu sükut fəzasından barınan İran rejimi insan haqlarını tapdamağa meydanı genəlir. Biz istərdik bilək ki bu məzlum xalqın ayaqlar altında əzilməsinə nə vaxtadək sakit qalacaqsınız? Üstəlik biz soruşuruq ki, dünya icması sizə tapşırdığı  mandatları bizim vicdan ucundan dustaqlarımızın müdafiələrinə nə vaxt tətbiq edəcəksiniz və nə vaxt öz insani və hüquqi borcunuzu yerinə yetirib, Güney Azərbaycandakı bu zalimanə davranışa dayan deyəcəksiniz?

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri


 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net