Say: 366/ 2006

Tarix : 20 Avqust 2006

Amnesty International, London

Üzü     BMT İnsan Haqları Ali Komiserliyi, Cenevrə

 

            Lütfən bu məktubu aşağıdakı çalışqan qruplara çatdırasınız:

·         Qeyri-qanuni Tutuqlamalar üzrə Özəl Raporter

·         Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

·         İşgəncə üzrə Özəl Raporter

Sayın Xanım Harrison,

MÜRACİƏT:  ELMAN TƏBRİZLİ (MEHDİ NURİ) BƏYİN DURUMU

Elman Təbrizli bəy haqqında iki bilgi parçası hüzurlarınıza təqdim edirik. Onun başına gələn qorxunc qəziyyənin icmalı belədir:

  • 4 İyul 2006 saat 23.30 ali təhsil aldığı Sulduz şəhərində oğurlandı
  • Oğurlanma əməliyyatı 11 nəfər tanınmayan şəxslər tərəfindən Sulduzda aparılmışdı (ki, şayəd Təbrizdən gəlmiş təhlükəsizlik məmurları idilər)
  • Təbrizdəki qazı bunun 6 İyulda Təbriz zindanına köçürülməsinə rəy vermişdi, əvəzində o bəlli olmayan bir yerə köçürülmüşdü və heç vaxt valideyni xəbərdar olunmamışdı
  • Təqribən bu bir ay ərzində, o cismi və ruhi işgəncəyə məruz qalmışdı
  • Onun üzərinə yürüdülən bu qeyri insani davranışlara etiraz olaraq ən azı iki dəfə aclıq aksiyasına can atmışdı
  • Bu keçmiş iki ay ərzində ən azı 4 dəfə bəraət olunmasına baxmayaraq, onun buraxılması fərqli tutalğalar ilə (bəhanə) hər dəfə əngəllənmişdir

Seçilmiş bilgilər yayımlanmışdır və bunlardan ibarətdir:

  1. Güney Azərbaycan Öyrənçi Hərəkatının buraxdığı bir müraciət var ki, sizə üz döndərib və biz onu sizə çatdırırıq;
  2. Elmanın atası vasitəsi ilə bir məktub var ki, millət vəkili Dr. Ə’ləmiyə yazmışdır, ki burada oğlunun başına gələnlərdən bilgilər çizir. Dr. Ə’ləmi tərəfindən cavabdan xəbərdar deyilik.

Biz əminik ki, həmişəki həssaslığınızla bu durum uğrunda və onun şərtsiz buraxılışı üçün kampaniya aparacaqsınız.

Hörmət ilə:

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədr
 ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net