Say : 358/2006

Tarix: 2 August 2006

MEDECINS SANS FRONTIERES
8, Rue Saint Sabin
75544 PARIS Cedex 11
France

 Üzü:

 İnsan Haqları üzrə Ali Komiserliyi

Sağlamlıq üzrə Özəl Raporter

İşgəncə üzrə Özəl Raporter

 Amnesty International, London

Və bir neçə websitələrdə yayımlanacaq

Hörmətli Cənab,

Müraciət: İranda İşgəncədən Təcili Tibb Nəzarətinə Ehtiyaclı Güney Azərbaycanlı Siyasi Zindanlılar

Güney Azərbaycanda mədəni surətdə aparılan ölüm-qalım mübarizəsi nəticəsində onlarca vicdan ucundan tutuqlu cismi və ruhi işgəncəyə məruz qaldıqlarına görə, dözülməz duruma gəlib çatmıslar. Biz bunların təcili tibb nəzarətinə ehtiyaclılarını sizə tanıtdırmaq istəyirik və bunun üçün Güney Azərbaycanı və burada yürütdülən İran İslam Respiblikasının irqçilik siyasətlərini qısaca ifadə edirik. Bu ehtiyaclı soydaşlarımızın qazamatlarda durumu olduqca ciddidir. Bu məktub vasitəsi ilə sizdən xahişimiz budur ki, onların durumunu yaxından yoxlayasınız və birbaşa lazimi tibbi tədbir aparmağı öz üzərinizə alasınız.

Biz, Azərbaycan Həkimləri və akademisiənləri Birliyi, MSF ilə həmkar olaraq sizin öz üzərinizə aldığınız funksiyaları alqışlayırıq, ki yer-üzündə ədalətsizliklərin bir qismini həll etmək üçün fəaliyyət edirsiniz. Biz bilirik ki, siz aktiv surətdə dil, din, irq və siyasətə baxmayaraq çətin şəraitdə insan-sevərlik tələblərinə görə iş aparırsınız. Aydındır ki, sizin təşəbbüsünüz BMT və Amnesty International kimi qurumların funksiyalarını təmamlayır və onlar görə-bilməyən işləri siz görə-bilirsiniz.

Aşağıda, adlarını verəcəyimiz 11 nəfər ehtiyaclı soydaşlarımız Güney Azərbaycanlıdırlar ki, İranın hakim qüvvələri tərəfindən yürüdülmüş irqçilik siyasətinə etiraz edəndə cismi və ruhi işgəncəyə məruz qalmışlar, yaxud tutuqlu ikən etiraz üçün aclıq aksiyası aparanda nigaran-edici duruma gəlib çatmışlar.

Olsun ki, siz bunların barəsində xəbər vasitələrindən bilgi qıtlığındasınız. Bu da İranın yaratdığı ört-basdır siyasəti nəticəsindədir ki, demokratik ölkələrin xəbər vasitələri Güney Azərbaycanda gedən milli hərəkatdan və ayaqlanmadan bilgi-qıtlığındadırlar. Nəticədə, biz məcburuq ki sizə aşağıdakı qovluğü təqdim edək:

Olsun ki, siz bunların barəsində xəbər vasitələrindən bilgi qıtlığındasınız. Buda İranın yaratdığı ört-basdır siyasəti nəticəsindədir ki, demokratik ölkələrin xəbər vasitələri Güney Azərbaycanda gedən milli hərəkatdan və ayaqlanmadan bilgi-qıtlığındadırlar. Nəticədə, biz məcburuq ki sizə aşağıdakı qovluğu təqdim edək:

  • Bölmə 1: Bu başlıq məktub
  • Bölmə 2: Tibb nəzarətinə ehtiyaclıların qovluğu
  • Bölmə 3: Amnesty International kimi qurumların vermiş dəxli olan bəyaniyyələr
  • Bölmə 4: Güney Azərbaycana görə Zəmin Bilgi
  • Bölmə 5: 22 May 2006dan bəri Güney Azərbaycanda ayaqlanma və onun nəticəsində tutuqlanmalar
  • Bölmə 6: DünAzHAK tərəfindən beynəlxalq qurumlara göndərilmiş dəxli-olan məktublar.

İstərdik təkid edək ki, bu siyasi zindanlıların ağır durumları olduqca nigaran-edicidir. Onların indi sizin tibbi diqqətinizə ehtiyacları vardır və bizcə bu diqqəti yetirməyə ən münasibsiniz.

Sizin onlar ilə görüşməməyinizlə birbaşa görüşünüz onlar ücün ölüm-qalım fərqi vardır. Biz ümid edirik ki, siz bu işi olduqca ciddi tutasınız.

Sizin hər nə sualınıza cavabı məmnuniyyət ilə boynumuza alırıq. Tezlik və səbirsizlik ilə cavabınızı gözləyirik.

Hörmət ilə

Azərbaycan Həkimlər və Akademisiən Birliyi

C/O Dr Qərəvi

Post Qutusu 170355

53029 Bon, Almaniya

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının  Haqlarının Müdafiə Komitəsinin Sədr i

  ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net