Sayı: 357 / 2006

 Tarix: 01.08.06

  Amnesty International, London

Üzü                BMT-nin İnsan Haqları üzrə Ali Komiserliyi, Cenevrə

Sayın Xanım Harrison

  Müraciət:      İKİ MÖVZU: Güllə Haqqı və Siyasi Zindanlılara Qarşı Cinsi Zorlamalar

Biz istərdik ki, iki dənə önəmli və lakin gözdən qaçırılmış mövzunu diqqətinizə çatdıraq. Birincisi “güllə haqqı” və ikincisi siyasi zindanlılara qarşı işgəncəçilər tərəfindən yürüdülmüş cinsi zorlama təhlükəsidir. Bunlar bəlkə də əfsanəyə bənzəsin, lakin fikir ifadəsinə nifrət bəslənən və jurnalist incələmə mədəniyyətinə xor baxılan İranda və yaxud bu kimi ölkələrdə bu tipdə əfsanə kimi hadisələr heç də təəccüblü deyildir.

  Güllə haqqı Farscada həqqi-i-tir ibarənin tərcüməsidir. Əsasən bu bir puldur ki, İran zindan məqamları hər bir siyasi zindanlını öldürürsə bədənini təhvil vermək üçün ailəsindən tələb edərlər. Ödənilən pul 2,000,000 Tümən puldur və bu da bir orta məktəb müəlliminin bir illikdən daha çox maaşıdır. Bu kifayət deyildirsə, məsul məqamlar yaraya duz tökmək kimi üstəlik bir qutu şirni də istəyirlər.

Bu cərəyanlara məruz ailələrə olduqca üzücüdür. Axı bir tərəfdən onlar əzizlərini dəblərimiz üzrə quylamaq və yas keçirmək istəyirlər, o biri tərəfdən də bu təhqirdən hiddətlənirlər. Hələ bu faciənin bu cəhəti də var ki, məsul məqamlar məruz ailələrdən tələb edirlər ki, bu xüsusda öz kədərlərini qohum dairəsində saxlasınlar və özəlliklə jurnalistlər ilə əlaqəyə girməsinlər. Biz biləsi bu cəsarət cinayətçilərə deyil yalnız siyasi zindanlılara qarşı yürüdülür və şayəd bu haqsızlığa məruz qalan tək Güney Azərbaycanlılar deyillər.

İranda gedən bu işlər bir xəbis qılıqlı işlərdirlər ki, dünya görüşü din-köklü də ola bilər və İranın məsul məqamlarının qatil ünsürləri Cahaddan qaynaqlanmış bu kimi etdikləri əməllərdən qürur duymaqdan irəli gələ bilər. Bir tərəfdən də onlar başa düşürlər ki, insan haqları anlayışı ilə zənginləşmiş dünya icması bu iyrənc işlərdən, din-qaynaqlı olsa da, yalnız nifrət edərlər. Bizim niyyətimiz bu qorxunc cərəyanları sənədləşdirməkdir və əlimizə çatan bilgini sizə çatdıracağıq. Biz indi bunu sizdən xahiş edərdik ki, izah olunmaz bu məsələni ifşa edib və insan haqları bəyannaməsini genişləndirmək üçün kampaniya aparasınız ki insana layiq quylanma və yas keçirmə dəbləri haqqı qeydə alınsın.

İkinci mövzu siyasi zindanlıların cinsi təcavüzə məruz qalmalarıdır və bu xüsusda biz Turanturk webblog-unda 22 İyun 2006-da yayımlanmış bir xəbərin tərcüməsini sizə göndəririk.

Diqqətinizə görə çox sağ olun və ümid edirik ki Güney Azərbaycanın insan haqlarını qorumaq üçün sərtliyinizi daha artıracaqsınız.

Hörmət ilə  

  Böyük Rəsuloğlu   

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

Qaynax:  http://turanturk.blogfa.com/post-104.asp

 farsca qaynax

mektubun inglizcesi

 

 

 

 

 

 

 

Sayı : 355/2006

  Tarix : 28 July 2006

Amnesty International, London

CC                BMT-nin İnsan Haqları üzrə Ali Komiserliyi, Cenevrə

Sayın Xanım Harrison

Müraciət:     TUTUQLULARA VƏ ETİRAFLARA GÖRƏ SON DURUM


İran məqamlarının Güney Azərbaycanın milli və insan haqlarına qarşı yürütdükləri amansızca basqılardan ötəri, biz bu keçmiş 2-3 həftə ərzində yalnız ən önəmli mövzuların əks-etdirməsini tuşlaya bildik və təəssüflə sizi hər bir şeydən xəbərdar edə bilmədik. İran məqamları, başqa irqçilər kimi öz irqçilik siyasətlərini yürütmək üçün olduqca inadçılıq edirlər. Ümid edirik ki, siz həmişəki kimi cərəyanları yaxından izləyirsiniz və eləcə də biz deməliyik ki, Güney Azərbaycanlıların insan haqlarını qorumaq üçün yaratdığınız cəbhənin həyati əhəmiyyətini günbəgün aşkardır.

Sizin Babək Qurultayı üçün buraxdığınız Ümumi Bəyaniyyənin rolunu görmək heç də çətin deyildir ki, onsuz İran məqamları qan-tökməyə cəsarət edə bilərdilər, lakin sizin sərt səslənişiniz onları qorxutdu və Güney Azərbaycanı qomarlamağa kifayətləndilər. Nəyinki, BMT-dən hələ də bir mahiyyətli reaksiya buraxılmamış, İran məqamları Güney Azərbaycanın vicdan ucundan dustaqlarına qarşı özbaşınalıq edirlər. Nəticədə biz sizi onların Stalin-tipli işgəncə altında etiraf almaq cəhdlərinə diqqətinizi cəlb etmək istəyirik. Bizim 26 İyun 2006da 342/2006 saylı məktubumuz bu mövzuya görə bir zindanlının bəyaniyyəsini dərc etdi. Biz inanırıq ki, Babək Qurultayı kimi sizin bir daha qabağa düşməniz və bəyaniyyə buraxmağınız çox yerli olar ki, İran İslam Respublikasına ixtar oluna ki, 21-inci əsri Orta Əsrlər ilə qarışdırmasınlar. Axı, çağdaş zamanlarda işgəncə altında etiraf beynəlxalq icması nöqtə-nəzərindən qeyri-qanunidir və keçərli deyildir.

Son durumdan sizi xəbərdar etmək üçün bir nümunə olaraq ASMEK-in son bəyaniyyəsini sizə tərcümə edib və göndəririk və bunu da qeyd etmək lazımdır ki Güney Azərbaycan websitelərində verilən başqa tutuqlu adlar da var.

Hörmət ilə   

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net