Say : 353/2006

 Tarix : 24 Iyul 2006

Üzü:               Xanım Harrison, Amnesty İntrnational, London

                      Xanım Milano, OHCHR, Cenevrə

BMT İnsan Haqları Ali Komiserliyi, Cenevrə

Göndərilsin aşağıdakı qurumlara:

  • Qeyri-qanuni Tutuqlamalar üzrə Raporter
  • Çağdaş İrqçilik Formaları üzrə Raporter
  • Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

    LEYSANLIDAN SON MESAJ – 22 İYUL 2006

    Mənim (yemək və su) etisabımın əsas məqsədi, Azərbaycan millətinin səsini dünyaya çatdırmaqdır. Bu yolda ölsəm də, Azərbaycan şəhidlərinə və millətinə qurban olaram

Hörmətli Cənablar,

MÜRACİƏT : VİCDAN UCUNDAN DUSTAQ VƏ AZƏRBAYCAN DİRƏNİŞ RƏMZİNƏ ÇEVRİLƏN ABBAS BƏY LESANLININ DURUMU

Biz Abbas bəy Leysanlı barədə sizə təmsilçilik etmişik və Amnesty International da onun bir vicdan ucundan dustaq olduğunu irəli sürülmüş, misal üçün baxın: MDE 13/063/2006 tarix: 8 İyun 2006 və MDE 13/074/2006 tarix: 29 İyun 2006.

Leysanlı bəyin dirənişi bu günə dək davam edir və bizim öz qaynaqlarımızdan gələn bilgi onun webbloqunda dərc olmuş bilgi ilə uyğundur. Bu bilginin İngiliscə tərcüməsini hüzurlarınıza təqdim edirik. Üstəlik, diqqətinizə çatdırmaq istəyirik ki, Leysanlı bəy haqqında pozulmamış qanuni haqq qalmamışdır. Qısa da olsa, onun haqqında bəzi haqsızlıqları qələmə alırıq:

  • Bu keçmiş 3-4 il ərzində, Leysanlı bəy heç bir suça bulaşmadan dəfələr ilə qeyri-qanuni olaraq tutuqlanmış. Aşağıda bilgilənəcəyiniz kimi ona qarşı beş dosye açıqdır, ki heç biri də tanınmış siyasi və yaxud cinayət suç normalarına uymur. Bu şəxsin inamına örnək olaraq, ana-dilimizin müddəasını hələ məhkəmədə də yürütmüş və öz yükünün qalanmasına baxmayaraq, ana-dilində müdafiəsini tələb etmiş: baxın bizim Alicənab Kofi Annana göndərdiyimiz 2 May 2005 Tarixli və 278/2005 Saylı məktubumuza.
  • Təhlükəsiz məmurları tutuqlama vərəqəsi-filan göstərmədən və vətəndaş hüquqlarına etina etmədən Leysanlı bəyin evinə zorla girib; gecə yarısı zorakılıqla qapısını sındırandan sonra, evində uşaqlarının və həyat yoldaşının gözləri qabağında onu işgəncəyə və kötəyə məruz edib; onun şəxsi əşyalarını, o cümlədən yazılarını və bilgisayarını zəbt edilmişlər. Hələ də ki, var evinə telefon xətti kəsilibdir.
  • Siyasi Zindanlı statusu Leysanlı bəyə verilməmiş və oda bütün qeyri-qanuni Güney Azərbaycanlı tutuqluları üçün protest etmək rəmzi olaraq aclıq aksiyası aparmaqda.
  • Aclıq aksiyasına baxmayaraq, məsul məqamlar onu işgəncəyə məruz etmişlər.
  • Görüş haqqını Leysanlı bəyə verməmişlər, elə ki, onun həyat yoldaşı və ailə üzvləri görüşə bilməməyə görə çox üzülürlər. Məsul məqamların inadları o dərəcəyə çatmış ki, görüş istəyən qardaşlarını da tutuqlanmışlar. Həyat yoldaşı dəfələrlə hədələnmiş ki sükut etsin və xəbər vasitələr ilə elaqəyə girməsin.
  • Vəkil tərəfindən təmsil olunma haqqını son vaxtlara dək ona verməmişdilər.
  • Zahirən Leysanlı bəyi məhkəməyə aparılmışlar, lakin qazı məhkəmədə hazır olmamış. Məlum olası, İranın məqamlarına yaraşan nəzmsizlik elə bu “kanqaru” məhkəməsində də hakim imiş.

Leysanlı bəy indi hər bir Azərbaycanlıların ayıq vixdanına çevrilmişdir və Azərbaycan milləti nigərançılıqla BMT yetgisi altında sizin vaxtlı kən müdaxilənizi gözləyir. Sizdən xahiş edirik ki, Abbas bəy Leysanlının dosyesinə olduqca təcili yetişib və ona gərəkən hüquqi yardım və dəstəyi əsirgəməyiniz. Birinci addımda, biz sizi tələsdirik ki, sizin insansevərlik rəmzinizin bir ifadəsi olaraq, bir Sərhədsiz Doktorun göndərilməsinin tərtibatını verəsiniz ki onun sağlamlığı qorunsun. Özəlliklə, biz olduqca nigaranıq ki, Ərdəbil zindanı və buraya bağlı olan göz altında olan xəstəxana vahidləri qrip xəstəliyinə bulaşmışlar və nəticə də Leysanlı bəyin vücudu daha artıq təhlükədədir.

Hörmət ilə  

Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

ingliscesi

Çap et   Bashqasina gonder Yukle

 Ana Sehife       Yuxarı 

 

info@dunazhak.net