Say : 351/2006  

 Tarix: 23 July 2006


Üzü: Xanım Harrison, Amnesty İntrnational, London

        Xanım Milano, OHCHR, Cenevrə

        BMT İnsan Haqları Ali Komiserliyi, Cenevrə  

Göndərilsin aşağıdakı qurumlara:

  • Qeyri-qanuni Tutuqlamalar üzrə Raporter
  • Vəkillik Çatışmazlıqları üzrə Raporter
  • Çağdaş İrqçilik Formaları üzrə Raporter
  • Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis

Hörmətli Cənablar,

Müracət    SALEH BƏY KAMRANİNİN TUTUQLULUĞU UZANDIRILDI

  Saleh bəy Kamrani barəsində sizə indicəlik qısa bir xəbərimiz var ki, bizim öz qaynaqlarımız tərəfindən təyid olunmuşdur və üstəlik göstərir ki, o Evin Zindanına köçürülmüş və orada Bölmə 209-da saxlanılır. Bu xüsusda, 20 İyul 2006da  yayımlanmış bir xəbərin tərcüməsini hüzurlanınıza göndəririk ki, Kamrani bəyin tutuqluluğu iki ay daha uzadılmasıdan xəbər verir.

Bu olayın özəl hüquqi əhəmiyyəti bundadır ki, İranda insan haqları üzrə vəkilliyi puça çıxarma siyasəti aşkar olunur. Nəticədə bu gecikdirmə taktiki Kamrani bəy uğrunda insan haqlarının tətbiqini izləyənlər üçün acınacaqlıdır və biz ümid edirik ki, siz də gərəkən reaksiyaya can atacaqsınız. Kamrani bəyə qarşı sorğu aparan məsul məqamlarının ağlını oxumaq rahat deyildir, lakin bunu bilmək heç də çetin deyildir ki, İran məqamları apardıqları irqçilik siyasətləri üzündən dönüşməzlik nüqtəsini aşmışlar və get-gedə özbaşınalıq hərəkətlərini artırırlar.

Ümid edirik ki, siz də Güney Azərbaycandakı vəziyyəti olduğu kimi başa düşürsünüz və onun qatlaşmazlıq vəziyyətə gəlib çatmasını görürsünüz ki, necə İran insan haqları üzrə BMT-nin Konvensiyalarına qol-çəkərək, bizə qarşı bu qədər özbaşına davranır, mükəlləfiyyətini boş tutur və insan haqlarına boyun əyməkdənsə onları pozur. BMT-nin etgin reaksiyası olmazsa, İran barındırılacaq (appease), İran məqamları Güney Azərbaycanda əli-uzunluğa dəvam edəcək, və Kamrani bəy kimi bütün Güney Azərbaycanlılar olmazın əzablarına məruz qalacaqlar. Güney Azərbaycanlılar BMT-nin vaxtlı kən müdaxiləsini gözləyirlər və biz inanırıq ki elə vaxt indidir.

Hörmət ilə   Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

ingliscesi

 Çap et   Bashqasına gönder Yükle

Ana Sehife       Yuxarı

 

info@dunazhak.net