|
||||
Say: 349/2006 Tarix : 16 July 2006 BMT- İnsan Haqları üzrə Ali komiserliyi, Cenevrə; Üzünü Göndəriniz: Din vəya İnam Sərbəstliyi üzrə Özəl Raportçu Milli Azlıqlar üzrə Özəl Raportçu Hörmətli Cənablar, Müraciət GÜNEY AZƏRBAYCANDA DİNİ AZLIQLARA QARŞI BASQILARI Bildiyiniz kimi Güney Azərbaycanda milli haqlarını o cümlədən anadilində məktəb tələbi ilə demokratik mübarizə aparanların asılıb-kəsilməsi dəvam edir. Xalqımız böyük basqılara tuş gələrək ən ağır ittihmlarla üzləşir. Tutulub zindanlara salınan cavanlarımızın sayı əlimizdən çıxmışdır, çünki bu günahsız insanların yaxalanmadığı gün yoxdur. Azərbaycanlıları qorxudaraq öz haqlı istəklərindən və ədalət tələblərindən ali qoymaq üçün bütün oyunlara baş vurulur. Bu arada dini basqılarda artmaqdadır. Güney Azərbaycanın Qoşaçay şəhərində yaşayan "Ələvi" məzhəbli soydaşlarımızın 5 nəfərinə edam hökmü oxunmuşdur. Bu barədə ASMEKin bəyanatını hüzurlarınıza çatdıraraq bir az daha zəmin bilgi də biz aşağıda artırırıq. Ələvilər Şiəlikdə bir məzhəbdirlər və Goran da adlanarlar. Onlar Şiəliyin birinci imamı, İmam Əliyə, sevgi-dolu urvatlıdırlar (urvat=hörmət). Goranlar, dilcə, mədəniyyətcə və tarixcə Azərbaycanlıdırlar və qalan Azərbaycanlılara görə ayırd edici cəhətləri yoxdur. Goranlar şiələr ilə o dərəcə də qaynaıb və qarışmışlar ki Təbrizin Cümə Məçid Kompleksində Ya-Əli adında məçidləri var idi (Təbrizdə Goranlara Şeyxi deyilər). Xumeyni rejimi hakimiyyətini qurandan sonra, bu məçidi və bir başqasını qəsb etdilər və bu məzhəblərə aid olanları da təqiblərə məruz etdilər. İslam Respublikası gəlməmişə dək xalq arasında Goranlara görə bir hadisə yoxumuş, lakin ondan buyana 2004dəki baş verən hadisə dövlət ilə Goranlar arasında bir örnəkdir. Goranların azacıq bəllədən əlamətlərindən biri, Sixlərin saqqalları kimi, onların bığlarıdır. Raportlara görə, Payız 2004də İnqilab Qoruqçularının (Sipah-i-Pasdaran) kimisi, Qoşaçayda bir Goranı yaxalayır və guya, mırt üçün onun etirazlarına baxmayaraq, bığlarını qırxdılar. Bu olay xalqın etirazlaraına yol verdi. Gerginlik əkmək istəyən məsul məqamlar da etirazçıları yaxaladılar; gerginliyi genişləndirdilər və burada raport olunan ədalətsizliyə yol verlidi. Bu qeyri qanuni və qeyri insani hökmlürin dayandırılması üçün elinizdən gələni etmənizi xahiş edirik. Hörmətlə: Böyük Rəsuloğlu Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Üzü: Amnesty İnternational, London | ||||