|
||||
Say : 348/2006 Tarix : 7 July 2006 Hörmətli Xanım Milano Məlumat : Saleh bey Kamrani haqqinda BMT insan haqlari ali komiserliyi! Güney Azərbaycanın insan haqları müdafiəçi vəkili, Saleh bəy Kamrani ilə maraqlandığınız üçün Cümə Axşamı 6 İyul 2006-da yazışmanıza görə təşəkkür edirəm. Biz Kamrani bəyə görə istənilən son bilgini hüzurlarınıza təqdim edirik ki, bunalr onun öz webblog-dan götürülmüşdür və ünvanı da belədir: http://www.salehkamrani.blogspot.com/ Birinci mətn bir ümumi bəyaniyyədir və ikinci də Xanım Mina Kamraninin verdiyi müsahibədəki bilgilərə əsaslanmışdır. Mina Xanım, Kamrani bəyin həyat yoldaşıdır ki, bu xanım öz həyat yoldaşının qollarındakı zəncirləri açmağa çalışır. Üstəlik, Mina xanım GünAzTV-yə də bir müsahibə vermişdir bunun Link-ini aşağıda sizə dərc edirik. Əyər bu söhbətlərin üzünü istəyərsəniz biz bunları köçürüb və sizə verməyə məmnun olarıq. Link belədir: http://www.azadtribun.net/MinaXanim.mp3 Ümid edirik ki, ədalət divanını bu qədər boğanlara barışmazlıq göstərəcəksiniz. Hörmət ilə Böyük Rəsuloğlu Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri | ||||