Say: 347/ 2006

Tarix: 5 July 2006

Amnesty International, London

CC                 Office of the High Commissioner for Human Rights, United Nations Office at Geneva

Sayın Xanım. Harrison

Müraciət:      Son Xəbərlər                     

Güney Azərbaycanda xalqımıza basqılar bütün şiddəti ilə davam edir. Babək qalasına yürüş günlərində Azərbaycanın bütün şəhərlərində sıxı hakimiyyətlə yanaşı qalaya  iki ləşgər əsgər göndərərək bu mərasimi zorla önləməyə çalışdılar. 70 nəfər mübariz cavanlarımızdan özlərini uzaq yollardan piyada qalaya çatdırsalar da hamısının orada yaxalandığı gələn xəbərlər arasındadır.

Bundan əlavə yeni tutulanların adı-sanı və yaşı göstərir ki, polis zindanlarda işgəncə edərək etiraf almaqdadır. Təhdid və qorxu altında ki, soruşdurmalarda adı çəkilən hər kəs tutuqlanmaqdadır. Bu metodla, sıxıntılı və boğuntulu ortamda  məzlum xalqın dirçəlişini əzmək istədikləri aşıkardır. Ancaq ədalət sevgisi ilə dolub – daşanların qarşısını heç bir metodla alabilmiyəcəkləridə, dirənişlərdən aydındır.

61 yaşında kənd təsərrüfatı məhəndisi olan Seyid Mehdi Seyid zadə İjun ayının 27-də yaxalanmış və naməlum yerə aparılmışdır. İranda şah diktatorluğu ilə ciddi mübarizə apararaq uzun müddət zindan çəkmiş Seyid Mehdi islahatçılara meyilli olsa da o qədimdən ana yurdu Azərbaycana bağlılığı ilə seçilməkdədir. O bugünkü milli hərəkətimizdə böyük fəaliyyət göstərməsə də zindandakılarla əlaqədar balaca etirafla tutulduğu qətidir. Artırmalıyıq ki, bu şəxs inqilabdan sonrakı millət vəkilliyi seçgilərində iştirak edərək, xalqın bir iddəsinin səsini də qazanmışdı.

Məhəndis Həsən Raşidi Azərbaycanın tanınmış yazıçı və jurnalisti Tehranın yaxınlığındakı Kərəc şəhərində yaşamaqda idi. Tehrandakı iş yerindən 01.07.06 tarixində yaxalanıb və indi Tehranın Evin Zindanının 209 Bəndində əsirdir. Onun müxtəlif yazı və məqalələrini oxuyanlardan  tutulanların, adını verməsi ehtimal olunur. Buda Güney Azərbaycanda durumun nə qədər ağır olduğunu göstərməkdədir.

Babək qalasına gedərkən 30.06.06 da Marağalı Bəhmən Sadiqi Marağayı və Urmulu Fərzad Əziz xani da Əhərdə yaxalanaraq tutuqlanmışlar. Bəhmən Sadiqinin həyat yoldaşı da keçən gün inqilab məhkəməsinə çağırılmışdır.

Qoşaçaydan Əmir Ağazadə 29.06.06 tarixində evlərindən yaxalanıb, hələdə harada olduğu naməlumdur. Dünən 03.07.06 tarixində Təbrizin yaxınlığı Sərdəri şəhərindən Əhəd Əsədi adındakı bir soydaşımız da tutulub, naməlum yerə aparılmışdır.

Bugünlərdə müxtəlif yerlərdə çoxlu cənazələrin tapılması bütün bu ailələri həddindən artıq nigaran etməkdədir.

Şübhə yoxdur ki, bu qəddar hakimiyyətin qeyri qanuni hücumları nəticəsində çoxlu insanlar tutulur, döyülür və öldürülür. Ancaq yaradılmış boğuntulu polisi mühitdə insanlar xəbərləri ağartmağa imkan tapmır.

Bu barədə ASMEK-in yaydığı bəyaniyyənin özü və tərcüməsini hüzurlarınıza göndərərək adlara diqqətinizi çəkmək istərdik.

Bunuda artırmalıyıq ki, Urmu zindanında olan Cavad bəy Abbasi çox ağır durumda  və  Ərdəbil, Təbriz, Tehran zindanlarında olan Abbas bəy Lisani , Həsən bəy Azərbaycan, Qulam Rza bəy Əmani , Həsən bəy Ərk, Çingiz bəy Bəxtavərin durumlarının ağır olduğu bildirilməkdədir.

Bu şəraitin daxildə incələnərək gerçəklərin üzə çıxarılması və asdı-kəsdinin durdurulması məzlum bir millətin beynəlxalq təşkilatlardan istəyi halına gəlmişdir.

Sizdən xahiş edirik ki, həmişə olduğu kimi bu səfərdə xalqımızın bu səsinə səs verəsiniz.

Hörmətlə : Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

                     

 ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net