Say :  344/ 2006

Tarix: 28.06.06

 Birləşmiş Millətlər Təşkilatı

İnsan haqları ali komiserliyi / jene

Üzü : Amnesty international / London

BMT məhkəməsiz edamlar araşdirma ....../ Genev

Kütləvi informasyon vasitələri

Hörmətli cənab  

Halən İran tərkibində yaşayan 30 milyon Günüy Azərbaycanlənın ən ibtidai insan haqlarına qovuşamadığını dəfələrlə yazıb, beynalxalq təşkilatlara o cülədən BMT-yə bildirmişik.

30 milyon insanın ana dilində bir sinif məktəbinin olmaması asimilasyon siyasətinin ən çirkin üzü olaraq xalqımıza rəva görulməkdədir. Hür, azad və demokratik dünyanın gözləri qabağında bu apartid və qeyri insani siyasətlə demokratik mübarizə edənlərdə qəddarcasına asılır- kəsilir.

2006 may ayının son həftələrində, cani boğazına yığılmış Güney Azərbaycan xalqının böyük əksəriyətinin xiyabanlara tökülərək milli haqlarını tələb etməsidə huzurlarıza çatdırılmışdır.

Əli yalın xalqa Tehran polisinin silahlı hücümları nəticəsində saysız, şəhid, yaralı, itgin və zindanilər haqqında məlumatlar müxtəlif təşkilatlar və özəlliklə Amnesty İnternational-in raporlarında yayılmışdır. Ancaq təəssüflə bu qədər zülmün qarşısında BMT-nin sakit qalması bir tərəfdən anlaşılmaz bir tərəfdəndə  təəccüblüdür.

Bu toplu tutuqlamalar, şkəncə və zindanlar hələdə dəvam etdiyinə görə sizin organınızın müdaxiləsinin həyati önəm daşıdığını vurgulamaq istərdik.

Aşağıda bu hadisələrdə şəhid , yaralı, tutulan və itginlərdən əlimizə çatanların listəsini huzurlarıza təqdim edirik. Umid edirikki, yaxında BMT-nin geçirəcəyi "İnasan haqlari şurasi" toplantısında bu məsələ ələ alınacaq və bu insanların durumu aydınlaşacaqdır.

Şübhə yoxdurki, bu siyasi zindanilər və itginlərin canının məsuliyəti İran dövlətinin boynunadır. Dünyadan utanmıyan, tanrıdan qorxmuyan, xalqına inanmıyan bir faşist təfəkkürdən inanılmaz cinayətlərin baş verəbiləcəyi gözlənilməkdədir. Siyasi zinadanillərə vəkilliği öhdələnmək istəyən vəkilləridə tutub zindana salan qara düşüncənin əlini bundan artıq açıq qoymayın.

Hörmətlə : Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sedri

ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife      Yuxarı

 

info@dunazhak.net