Tarix: 19.06.06

  Say :338 / 2006

Amnesty international / London
Sayın Ann Harrison
Üzü : BMT- insan haqları ali komiserliyi / Jenev
 
Bi
ldiyiniz kimi Güney Azərbaycanda may dirçəlişində həddindən artıq tutulan, yaralanan və şəhidlərimiz olduğuna görə onların hamısının adlarını tapıp təqdim etmək mümkün olmamışdır.
çoxlu tanınmamış cavanlarımız yaxalanmışdırki, onların canlarını  qarantılamaq üçün yaxın gələcəkdə listələri huzurlarıza çatdırılacaqdır.
 
Tanınmış insanlarımızdan hələdə zindanlarda olanların adları aşağıda təqdim edilir. Bu insanlardan Abbas bəy Lisani Ərdəbil zindanında qanunsuz saxlandığına görə aclıq aksiyası geçirdir və durumu çox ağırdır. Tehranın Evin zindanında saxlanılan cavan məhəndis Qulam Riza Əmani aclıq aksayasından zəyiflədiyine göre ağır vəziyətdədir.
Yaşları 60 -dan yuxarı olan və eyni halda ürək xəstəliyindən əziyət çəkən Həsən Azərbaycan və Çəngiz Bəxtavərdə ağır durumdadırlar.

Siyasi analitiklərin nəzərinə görə jun ayının 29-30 -da Güney Azərbaycanlıları Babək qalasına yürüşdən çəkindirmık üçün bu zindanilərin buraxılması düşünülməməkdədir.
Dostlarımızın bu uzun müddətli əzab- əziyətə dözəmiyəcəklərini nəzərə alaraq sizdən xahiş edirikki, onların tezliklə azad olunması üçün  fəaliyətizi artırasız.

Bugün üçün zindanlarda olan tanınmış şəxslərin listəsi aşağıda təqdim edilir.
 
a- Urumiyə zindanında
1- Cavad   Abbasi
2- Əyyub  Huseyin Bəyglu
3- Rəsul  Əzimi
4- İbrahim Rəşidi
 
b- Marağa zindanında
1- Yaşar Həkim Pur
2- Davud Əzimzadə
3- Hamid Yeganə
4- Məcid Pjuheşfam
 
c- Təbriz  zindanında
1- Bilal Rizai
2- Əli Şadi
3- Məcid Hümməti
4- Əyyüb Lütfi
 
d- Tehran zindanında
1- Saleh Kamrani
2- Həsən Azərbaycan
3- QulamRiza Əmani
4- Çəngiz Bəxtavər
5- Əhməd Ziyai ( Heydəroğlu)
6- Həsən Haci Əyyubi ( Hısən Ərk )
7- Əli Hamidi İman
8- Huseyin Həsəni
9- Sirus Hüseyin Nəjad ( Yanar Sönməz)


Artırmalıyıqki, 2-8 arası adların bəzilərinin Təbriz zindanında ola biləcəyi ehtimal olunur. Onların Tehranın Evin zindanina aparılmasını yayaraq azdırıcı bir metod saymaq mümkündür.
 
e- Ərdəbil zindanında
1- Abbas Lisani
2- Mehdi Məhəmməd Pur
3- Cəlal Təğəvi
4- Davud Əsədi
5- Əkbər Xub
6- Cəfər Sübhani
7- Rəhim Qulami
8- Riza Şəbani
9- Heydər Dərgahi
 
f- Xiyav zindanında
1- Əmir Hüseyin Musəvi
 
g- Xoy zindanında
1- Həmid xan Əhmədi
Bunuda artırmalıyıqki, bu adlar ancaq yeni hadisələrlə bağlıdır. Daha öncədən zindanlarda olam milli hərəkətçilərimizin  listəsi arxivlərizdə mövcüd olmalıdır.


 Hörmətlə :  Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net