Say : 323 / 2006

Tarix: 19 May 2006

BMT- Baş Katibi, Alicenab Koffi Annen

Kopyə:   İnsan haqları ali komiserliyi / Genev

               Amnesty international / London

               Avrupa şurasi baş katibi / Strasburg

               Tanınmış kütləvi informasya vasitələri

Sayın Baş Katib

Müraciət:       GÜNEY AZƏRBAYCAN PROBLEMİ

Halən İran İslam Respuplikasının tərkibində yaşayan Güney Azərbaycan xalqının ağır durumundan dəfələrlə yazıb huzurlarınıza təqdim etmişik. Özəlliklə çağımızın üz qarası olan şovinist təfəkkürün 30 milyon Azərbaycanlıya ana dilində bir sinif məktəb icazəsinin verilmədiyini yanaraq söyləmişik. 

Dörd tərəfdən şiddətli asimilasyon siyastilə əzilən xalqımız aclıq, yoxsulluq və səfalət içində yanarkən son zamanlar Cənubi Azərbaycanın Ərdəbil xanlığında Uranyom mədənlərinin işlənildiyi yeni bir faciə kimi təzaher etmişdir. Bu barədə Güney Azərbaycanın kontrol altında olan mətbuatı geçən 5-6 ildə bəzi məlumatlar vermiş olsada ciddiyə alınmamışdır.

Ancaq İran İslam Respublikasının təhlükəsizlik şurasının baş katibi cənab Əli Laricanının 30.04.06 tarixindəki müsahibəsində “Ərdəbildə böyük uranyom qaynaqları tapmışıq” deməsi məsələni aydınlaşdırdı. Onu mütəaqibən İran İslam respublikasının “Atom Enerji Qurumu”-nun sədri cənab Qulam Riza Ağazadənin iki gün ondan sonra yəni 02.05.06 tarixində verdiyi bəyanatda " Uranyom mədənlərini özəlliklə Azərbaycanda işlətmək üçün geniş kapital ayırmışıq" demesi faciənin boyutlarını daha da geniş göstərməkdədir. Bu bəyanatlar bir tərəfdən dünya əfkari ümumisi və Güney Azerbaycanda milli haqlarını demokratik üsullarla almaq üçün çalışan xalqımıza  ağız büzmək mahiyəti daşımaqla birlikdə məzlum xalqımızın başına gələcək daha böyük faciələrdən xəbər vermekdədir.

Tarix boyu hiləgəranə Farsçılıq siyasətinin qamçıları altında özəlliklə geçən yüz ildə bütün milli varlığımızın talandığı bir durumda bu yeni hücumun acı nəticələri indidən apa-aydın görünməkdədir. Dünya əfkari ümumisi, beynalxalq hüquq təşkilatları və özəlliklə Birləşmiş Millətlər Təşkilatı bu azgınlığın qarşısında dayanıb- dirənməkdə olan xalqımıza yardım əllərini uzaltmasa baş verəcək musibətlərin mesuliyətini paylaşmalı olacaqdır.

Sayın Baş Katib

Güney Azərbaycanda bu təcavüzkar siyasətlərin qarşısında dayanan özəlliklə cavanlarımızın başına gələnlərdən xəbəriniz olmalıdır. Demokratik qaydalara söykənərək ədalət tələbi ilə öz münasibətlərini bildirənlərin tutuqlanib zindanlara salınması artıq adi bir hal şəklinə dönmüşdür. Bu barədə 27.03.06 tarixində 315 / 2006 sayılı 21 səhifəlik məktubumuzda da bəyan etdiyimiz kimi indi Güney Azərbaycanda bu çirkin siyasıtləri qınayan 20 nəfərdən artıq zindanlarda, 1500 nəfər civarında insan ağır zəmanətlə müvəqqəti azadlıqda, çoxları işlərindən qovulmuş və yüzlərcə öyrənci biliyurdlardan atılmışdır.

Özəlliklə % 14 səslə iş başına gələn Cənab Əhmədi Nəjadin prezidentliyi dövründə bu asdı- kəsdi siyasəti dahda geniş vüsət almışdır. Bu yeni təzyiqlərlə bağlı Güney Azərbaycanda yaşayan aydınlardan 179 nəfərinin etiraz məktubunun əsli ilə tərcüməsini  sizə göndərərək xahiş edirikki, öz qanuni müdaxilənizlə bu cəhənnəm odunun söndürülməsinə yardımçı olasınız. Hüquqları pozulan insan və millətlərin haqlarını qoruma şərəfi sizin kifayətli əlinizə tapışırıldığına görədirki, yorulmadan sizə yazıb, müdaxilənizi xahiş edirik.

Bu gedişat dəqiq olaraq göstərirki, Tehranda oturan bu yaramaz hakimlərin çirkin siyasıtləri bele dəvam edərsə ayağa qalxmış millətimizin özəlliklə əsəbləşmiş gənclərimizin daha sərt addımlarının qarşısını almağımız mümkün olmuyacaqdır.

Məzlum insanların bundan artıq əzab- əziyət çəkmələrinə imkan verməmək üçün insan haqlarını qoruyan bütün beynalxalq təşkilatlardan xahiş edirikki, Güney Azərbaycan probləmi ilə yaxından ilgilənsinlər.

Kütləvi informasyon vasitələrindən xahiş edirikki, hər il olduğu kimi bu ildə İyun ayının 30-da cümə günü Güneylilərin Babek qalasındakı qurultayında iştirak edərək xalqımızın istəklərin və məruz qaldıqları təzyiqləri dünyanın qulaqlarına çatdırsınlar. Bəlkə bu vəsilələrlə gələcək faciələrin qarşısı alındı.

Hörmətlə : Böyük Rəsuloğlu

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sedri

  ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net