Say : 301 / 2005

Tarix : 22.11.05

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi                                          

Sayın Koffi Annan,

Bu vasitə ilə bir daha hüzurlarınıza çatdırırıq ki, halən İran tərkibinində yaşayan Güney Azərbaycanda bizim milli-insani haqlarımız qəyri insani bir şəkildə tapdalanmaqdadır. Başında sizin durduğunuz təşkilatın insan haqları bəyannaməsi əsasında öz haqlarını tələb edən xalqımızın fəalları isə şeytani bir siyasətlə basqına məruzdurlar. Bunu yaxşı izah etmək üçün Amnesty International-ın 24 Oktobr 2005 tarixində Güney Azərbaycan haqqında yaydığı bəyannaməyə http://web.amnesty.org/library/Index/ENGMDE130462005?open&of=ENG-IRN  adresində  diqqətinizi çəkmək istərdik. Biz sizə bütün varlığı talanan Güney Azərbaycandakı xalqımızın durumundan yazırıq ki, bunun tayı heç bir zaman dünyanın heç bir ölkəsində görünməyib.

Təqribən 90 il bundan öncəyə dək o zaman “məmaliki məhrusə” adı ilə tanınan bugünkü İranda əslən Azərbaycanlı olan Qacar hökuməti dünyanın bəzi böyük dövlətləri əli ilə yıxıldı və o ölkədə təmamı ilə irqçiliyə dayanan bir Farsçılıq siyasəti yərləşdirildi. Qacar dövlətində o zamanın şərtlərinə uygun olaraq İranda bütün xalqlar bərabər hüquqa sahib olsalarda bugün o ölkədə yaşayan bütün millətlər o cümlədən sayı 30 milyona yaxın Azərbaycan Türkləri ən kiçik milli-insani haqqa sahib deyildirlər. İnanılmaz bir həqiqətdir ki, bugün biz Azərbaycanlıların o ölkədə əksəriyəti təşkil etməmizə baxmayaraq ana dilimizdə bir sinif daha məktəbimiz yoxdur.

Güney Azərbaycan problemi ilə bağlı bizim Komitənin məşvərət şurasının bütün üzvləri o cümlədən Qüzey Azərbaycan respublikasının geçmiş prezidenti Əbülfəzl Elçibəy-in imzası ilə 2000-ci ilin qışında hüzurlarınıza məktub göndərərk 1946-da Seyid Cəfər Pişəvərinində təşkilatınıza olan müraciətin sancaqlamışdıq. Artırmalıyıq ki, adını çəkdiyimiz şəxs 1945-də Güney Azərbaycanda yaranmış demokratik hökumətin başçısı olmuşdur, ancaq bir il sonra o zamanki şah ordusunun vəhşyianə hücumu ilə böyük itgilər verərək  məhv edilmişdir. Yuxarıda adlarını çəkdiyimiz müracətlərdən başqa bu Komitə özəlliklə Babək qalasındakı xalqımızın demokratik yürüşündəki asdı-kəsdilərdən sonra hər il hüzurlarınıza yazmışdır.

Pəhləvi sülaləsindən bəri ortaya çıxan İran hakimlərinin əhval-ruhiyyələri ilə tanışsınız.  Onlar ilk gündən başlayaraq zorakılıq və hiləgəranə siyasətlər ilə Cənubi Azərbaycan xalqını asimilasya etməyə çalışırlar və təəssüflə bu qeyri insani davranışı bugün də islam adı altında hakimiyətdə olanlar icra etməkdədir. Özəlliklə son səçgilərdə 15% səslə prezident olan cənab Əhmədi Nəjad-in gözlənilənin tərsinə millətlər arasında həç bir fərq qoymayan islami təfəkkür dairəsindən uzaqlaşaraq faşizm dogrultusunda İran adı altında Fars şovinizmini təbliq edən çıxışlarına diqqətinizi çəkmək istərdik. Bunun yanında, İranda Farsçılıq siyasətinin malla paltarındakı oyunçusu kimi tanınan Haşimi Rəfsəncaniyə vərilən yetkilər bir tərəfdən təmami ilə mövcüd anayasaya ayqırı ikən bir tərfdəndə bizim nigarançılıgımızı qat-qat artırmaqdadır. 20-ci əsrin xəstəliyi olan şovinist təfəkkürlə Fars irqçiləri bizim yurdumuzu aşagıdakı metodlarla asimilə etməkdədirlər.

  • Bizim irqi tərkibimizi dəyişirlər, misal üçün: Ərak, Həmədan, Qəzvin və Zəncan vilayətlərin Azərbaycandan ayırmışlar. Sancaqlanmış xəritə Güney Azərbaycanın tarixi topraqları ilə tanış olmağınız üçün təqdim edilmişdir. Bu hüdudlar saysız mötəbər tarixi sənədlərdə o cümlədən 1200 il öncə yazılmış "Təbəri tarixi" və 1000 il öncə yazılmış " hüdulaləm"də görünməkdədir. Bundan əlavə xəritədə göstərildiyi kimi bugün dahı bu bölgələrdə Azərbaycan türkcəsi danışılmaqdadır. Baxmayaraq ki, bəzi böyük şəhərlərdə asimilasya siyasəti nəticəsində şəhərlər iki-dilli olmuşdur, bütün kəndlərdə bizim dil dəvam etməkdədir.
  • Güney Azərbaycanın hissəciklərini Fars vilayətlərinə qəyri qanuni olaraq daxil edir, misal üçün Astara , Ənzəli və Bicar.
  • Parçala - dağıt siyasəti aparılır; misal üçün Güney Azərbaycanı vilayətlərə parçalamaq: (i) Şərqi Azərbaycan, (ii) Qərbi Azərbaycan, (iii) Zəncan, (iv) Qəzvin, (v) Həmədan,  (vi) Ərak; (vii) üstəlik bu irəlilərdə də Ərdəbil vilayətinin yaranması.
  • İqtisadi sıxıntı yaratmaq siyasəti də aparılır; Böyük iqtisadi potansiyelə malik olan Güney Azərbaycanda bugün heç bir sərmaya yatırımına imkan verməyərək xalqı və onların sərmayasın başqa bölgələrə yönləndirlər. Buna görə bizim ölkəmiz 100 il bundan öncəyə qədər böyük iqtisadi inkişaf etmiş məmləkət sayılmasına baxmayaraq bugün dünyanın ən geri qalmış ölkələrindən də arxadadır. 1996-da İranın plan və büdcə təşkilatının istatistiklərinə görə İranda adam başına düşən milli gəlir 600 dolarkən cənubi Azərbaycanın birinci Bölgə (Ərdəbil, Zəncan, Urmu və Təbriz) 250 dolardır. Həmin rəqəmlərə əsasən adı çəkilən bölgədə əməyin qatma dəyəri ölkədəkindən dörd qat aşağıdır. Bir az diqqət edilirsə bu o deməkdir ki, cənubi Azərbaycanda çalışan işçilərin əmək haqqı Fars bölgələrində çalışanlardan 4 qat aşağıdır.
  • 30 milyon Azərbaycanlı ana dilində təhsil alma haqqına sahib olmadığı kimi, ana dilində azad mətbuat, radyo televizya və kültürəl çalışmalardan da məhrumdur.
  • Heç bir qanuni tutanaqları olmadan boş-boşuna milli hərəkatımızın fəallarını yaxalama və onlara gülünc ittihamlar vurma və işkəncələrə məruz etmə tanınmış üsullarıdır.

Hörmətli cənab,

Biz inanırıq ki, Güney azərbaycanda bu məzlumiyətin qarşısını almaq üçün BMT-nin 1960-da 1541 sayılı “milli müqəddərati təyin” bəyannamsinin icrasından  başqa yol yoxdur. Artırmalıyıqki, həmin bəyannaməni İran dövləti də imazalamış və arxasınca 1966- da  BMT-nin 2002-A sayılı üzv dövlətlərlə bağladığı müqaviləyədə qol çəkmişdir. Yuxarıdakı faktlara yəkun olaraq, Güney Azərbaycan milləti üçün öz müqqədəratını təyin etmə haqqı bir aydın mülahizə kimi təqdim edirik və biz inanırıq ki bu mülahizə bundan aydın ola bilməz. Şübhəsiz, öz müqəddəratımızı təyin etmə haqqımız uğrunda iddia emək üçün sizə müraciət etməyə biz səlayiyyət qazanmışıq və sizdən də cavab umuruq. Təbii olaraq biz öz demokratik mübarizəmizi dəvam etdirəcəyik və heç bir təhrik və təhrifə icazə verilmiyəcəkdir. Ancaq özünə qayıtmış cavanlarımızın, tarix boyu zülmə məruz qalmış xalqımızın və əsəbləşmiş millətimizin üzünə bütün qapılar açıq olmalıdır.

Biz inanırıq kı, bugün dünyada sağ-sol mübarizəsi deyil demokrası və anti demokrası mübarzəsi gedir. Sizə güvənərək əmin və arxayınıq kı,demokratlar, ayıq vicdanlar və bəşəriyətin səadətini fikirləşən insanlar bir millətin qəddarcasına əzilib yer üzündən silinməsinə razı olmayacaqdır.

Biz sivil bir millət kimi inanırıqkı, demokrası bütün dərdlərin dərmanıdır və dünyadakı bütün problemlər ancaq müzakirə yolu ilə həll olmalıdır. Ona görə də sizdən xahiş edirik ki, bu günə qədər yazdığımız məktublara və bu məktuba diqqət yətirərək “Güney Azərbaycanda Milli Müqəddəratımızı Təyin” üçün birləşmiş millətlər təşkilatının ilgilı orqanında məsələni müzakirəyə çıxarasınız.

Hörmətlə

Dünya Azərbaycanlılarının haqlarını Müdafiə Komıtəsinin Sədri

Üzü :

  1. Amerika, İngiltərə, Fransa və Almanyanın BMT-dəki nümayəndələrinə.
  2. Şümali Azərbaycan Respublikası, Türkiyə, Qazaqıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Cümhuriyətlərinin BMT-dəki nümayəndələrinə.
  3. Avrupa Şurası Gənəl Sekreterliyi-nə.
  4. London Times, Waşington Post, Lomond, Almanya FAZ, Müsavat, Yeni Azərbaycan, Ayna, Zaman  qazətələrinə.
  5. Azadlıq, BBC, Amerikanın səsi, Əlcəzirə, Radyo İsrail və GünAz TV-yə.
  6. Azad tribün, Tribün və Şəmsi sitə-lərinə.
  7. Komitənin dünya ölkələrindəki bütün nümayəndələrinə.

 

 

 

Text Box: Quzey Azərbaycan

 

                               

 

 

 

Text Box: Güney Azərbaycan

 

Tarixi və Çağdaş Güney Azərbaycan və onun Ləhcələri üzərə Bölgələrə Bölünməsi

Bölgə Göstəricisi

Bölgə Adı

Bölgənin Ləhcəsi

I

Təbriz

Təbriz

II

Qaradağ

Oğuz

III

Yam

Yam

IV

Uyğur

Avəc

V

Marağa

Cığatı

VI

Ərdəbil

Ərdəbil

VII

Zəncan

Rüstəmxanlı

VIII

Həmədan

Həmədan

IX

Xələs

Xələs

  ingliscesi

Çap et   Bashqasına gönder Yükle

 Ana Sehife       Yuxarı

 

info@dunazhak.net