Navigation


İLƏTİŞMƏ 1: İRAN YETKİLİLƏRİNİN YENİ GAMOHUN QURUCU ÜYƏLƏRİNƏ QARŞI YÜRÜTDÜKLƏRİ ARBİTRAR H"KM

22/07/2013

BMT, İnsan Haqları üzrə Ali şurası Lütfən bu ilətişməni BMT-nin İran üzere nümayəndəsi, Dr. Ahmed Şəhidə, və Sağlamlıq Haqqı üzrə Özəl Raportera çatdırın, habelə aşağıdakı qruplara da dəxli var:
  • Öz-xoşuna Tutuqlamalar üzrə Özəl Qrup,
  • Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter
  • Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter
  • Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
Üzü Helsinki İnsan Haqları / Oslo Şöbәsi
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
UNSESKO vә başqa qurumlar
Güney Azәrbaycanlı Vicdan Dustaqları vә Yeni GAMOH-un qurucu üyәlәri:
  1. Mahmud Fәzli
  2. Dr. Lәtif Hәsәni
  3. Dr. Yürüş Mehrelibәyli
  4. Behbud Quluzadә
  5. Şәhram Radmehr

Sayın cənablar,

İLƏTİŞMƏ 1: İRAN YETKİLİLƏRİNİN YENİ GAMOHUN QURUCU ÜYƏLƏRİNƏ QARŞI YÜRÜTDÜKLƏRİ ARBİTRAR H"KM

Hüzurlarınıza yeni bir İlәtişmә sunuruq ki, İran yetkililәrinin tәrәfindәn, sәrbәstlik haqqından yoxsun edilmiş Yeni GAMOH-un qurucu üyәlәrinin insan haqlarını müdafiә edir. Onların adları bunlardır: 1. cәnab Mahmud Fәzli, 2. Dr Lәtif Hәsәni, 3. cәnab Yürüş Mehrәli Bәyli, 4. cәnab Behbud Quluzadә, vә 5. cәnab Şәhram Radmehr.
Bu vicdan dustaqları Tәbrizdә mәrkәzi hәbsxanada saxlanar ikәn 13 İyul 2013-dәn bәri aclıq aksiyası aparmaq zorunda qalmışlar. Bu aksiya onlara qarşı arbitrar (öz-xoşuna) yürüdülәn hökmә qarşı etiraz әlamәtidir. İran yetkililәrinin bu baxımdan qaydalara görә davranmalarından xәbәrimiz yoxdur. Lakin bu aşkar olmuş ki, bu durumda İran yetkililәri bu vicdan vә siyasi dustaqlarını toplayaraq 21 İyul 2013-dә Tehrandakı bednam Evin Hәbsxanasına köçürmәkdә bulunmuşlar. Bu gün aclıq aksiyasının 10-uncu günüdür vә biz bu insanların sağlıq durumundan olduqca nigaranıq.

  1. Bu dosyeyә başlıq məktubu
  2. İran yetkililәrinin yürütdüklәri suçlamalar vә onların verdiyi cəza Hökmün əsli və tәrcümesi
  3. İran yetkililәrinin buraxdıqları Hökmün әlәşdirisi ( criutique)
  4. İranın әdalәt sistemini odaqlamaq vә onlarda olan çatışmazlıqları diqqәt mәrkәzinә almaq
  5. Sizә Müraciәtimiz
Yeni GAMOH, İran milliyyәtlәr mәsәlәsinin hәllini və Güney Azərbaycanın milli haqlarının təminini, ölkənin anayasası və beynalxalq hüquq çәrçuvasındakı əsasnaməsi ilə ortaya qoymaqdadır. Bütün Güney Azәrbaycanlı aktivistlәr vә qurumlar kimi, Yeni GAMOH da möhkәm dayanmış ki, bir daha Güney Azәrbaycan mәsәlәsini hәll etmәkdә kompromizә girmәk qeyri mümkündür. Hәr bir güney Azәrbaycanlı activist Güney Azәrbaycanla bağlı hәr hansı bir istək ortaya qoyanda İran yetkililәri tәrәfindәn dәxli olmayan iftiralara mәruz qalırlar. Bizim yığcam Raportumuz İran yetkililәrinin yanaşma tәrzini bu prinsiplәr üzәrindә izah edir:
  1. İran yetkililәrinin, Güney Azәrbaycanda ortaya çıxan örgütlәnmә tәşәbbüsünün qarşısını almaq.
  2. İran 80 ildir ki, altdan düzәlişmә (collusion) hiylәsinә bürünmüş vә burada nazirliklәr, tәhlükәsizlik mәmurları vә qazılar aralarında mafia-tipli düzәlişmә gedir. Bu baxımdan İran dünyada unikal ola bilәr. Bu boyutu başa düsmәyәn, İranı bürüyәn vә yoluxduran irqçiliyi başa düşe bilmәz.
  3. İran yetkililәrrinin başlıca atributu budur: Fars üstünlüyünü qorumaq vә bu baxımdan paranoyacasına davranmaq.
  4. İran yetkililәrinin qeyr-Farslara basqınçı siyasət yürütmələri.
  5. İran yetkililәrinin davranış әhval-ruhiyyәsi, özəlliklə qeyri-farslara görә bu prinsip üzәrәdir: Ən yaxşı müdafiә, әn şiddətli basqın tәrzidir.
  6. Biz buna möhkәm inanırıq ki, İran qarşında hәr nә kampaniya tәsirsizdir mәyәr açıq surәtdә bәyaniyyә yayımlansın.
İran yetkililәri və inqilab məhkəmələri tәrәfindәn bizim müdafiә etdiyimiz 5 vicdan dustağına qarşı buraxılan Hökm, yuxarıda verilәn principlәri başlıca ehtiva edir. Sizә müraciәt edirik ki, öhdәnizә tapışırılmış mandatları tәmsil etdiyimiz bu vicdan dustaqlarının uğrunda sәfәrbәr edәsiniz vә onların şәrtsiz vә dәrhal buraxılmasına kampaniya aparasınız. Şübhәmiz yoxdur ki, Güney Azәrbaycanlılar bu baxımdan sizә müraciәt edirlәr vә biz dә onlara qoşuluruq. Bir daha xatırlatmaq istәrdik ki, çoxdandır vaxtı çatıb ki, İran qabağında "yatışdırma politikasına (appeasement)" son qoyulsun və ciddi tədbirlər görülsün. Yoxsa, güney Azәrbaycanda katastrofun gün geçdikcə ortaya çıxması әnqәribdir.

Hörmət ilə
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Son günlər çeşitli şəhərlərdə tutulanların adları ,

İngilizcəsi

---PDF---


Vicdan məhbusları

Mr. ABBAS LISANI

MRS. SIMA DIDAR

MR. SEID MOGHANLI MR. SEID MOGHANLI

MR. SEID METINPUR

MR. RZA ABBASI

MR. SALEH KAMRANI

MRS. SHEHNAZ GHOLAMI

MR. HESEN ARK

MR. HESEN DEMIRCHI

MR. HEMID VALAYI

MR. ELIRZA SERRAFI

MR. CHINGIZ BEKHTAVER

MR EKBER AZAD

MR QOLAMRZA EMANI

ILQAR MERENDLI

MR YUNIS AGHAYAN

MR. AND MRS. SEFERI

MR. HEMID VALAYI

MR. RZA ABBASI

MR.ALIRZA FERSHI

MR. ELIRZA METINPUR

MR. HADI MUSEVI

MR. HESEN ESEDI

MR. HUSEYN HUSEYNI

MR. HUSEYN HUSEYNI

MR. OXTAY BABAI

MR. VEDUD ESEDI


Arxiv


Links