Navigation


İLƏTİŞMƏ: CƏNAB HƏSƏN ƏRK HAQQINDA

11 May 2013

Hörmətli Ban Ki-moon, BMT-nin Baş Katibi, və BMT, İnsan Haqları üzrə Ali Komissarlıq Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:
• Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər
• Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis və başqa raporterlər
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
Habelə: Beynəlxalq İnsan Haqları üzrə Federasiya (Oslo Şöbəsi);
İnsan Haqlarını Gözətən; və İnsan Haqlarına Qulluqçu

Sayın cənablar,

İLƏTİŞMƏ: CƏNAB HƏSƏN ƏRK HAQQINDA

Cәnab Hәsәn Әrkin insan haqlarını qorumaq üçün bir İlәtişmә hüzurlarınıza sunuruq ki, o İran yetkililәri tәrәfindәn özgürlüyündәn yoxsun edilmiş güney Azәrbaycanlı bir vicdan dustağıdır. Biz bilәrәkdәn bu tәk dosyeyә odaqlanırıq, bir halda kı, güney Azәrbaycanda yüzlәr belә indi dosye vardır vә buna sәbәb dә aşağıda aydınlaşacaq.
İran yetkililәri tәrәfindәn güney Azәrbaycanlılara qarşı insan vә milli haqları tapdamaq heç dә belә unikal deyildir. Sizin hörgüt bu tapdamalar baxımdan kifayәt qәdәrincә biliglidir, lakin minimal tәdbirlәrә yetinir. Amnesty İnternational da bu baxımdan biliklidir, lakin o da güney Azәrbaycan uğrunda dinmәzlәşmiş. Prezident Obama başqanlıq işi başına keçәndәn bәri, ABŞ-ın Xarici İşlәr Nazirliyi dә dinmәzlәşmişdi, lakin indi Prezident Obama İran İslam Respublikasında olan milliyәtlәr mәsәlәsindә xatasını başa düşәsi olmuş vә bu baxımdan tutumunu düzlәndirmәk әzminә gәlәsi kimi görünür.
Demokratik ölkәlәr vә qurumlar, sizin qurumunuz da bunlara daxil olaraq, birgәlik ilә İran İslam Respublikasına arbitrar (öz xoşuna) olmağa yaşıl xәtt vermişdilәr. Bunu belә izah etmәk olurdu ki, İran yetkililәrini nüvә silahı qabiliyyәtindәn yayındırsınlar. İran sizin hamınızın tutumunuzu başdan dibә mәğlub etmiş vә hәlә sanksiyalara baxmayaraq, nüvә silahı qabiliyyәtinә yiyәlәnmәyә var gücü ilә irәlilәyir. Sizin dinməməzliyiniz hesabına Azәrbaycan millәtinin Güney Azәrbaycanda öhdәsinә düşәn xәsarәt çox ağır olmuş. Cәnab Hәsәn Әrkә qarşı kәsilәn hökm elә mәhz bunun bir örnәyidir, ki İran yetkililәri ona qarşı qamçı hökmü kәsmişlәr. Axı o bir ilımlı liberal güney Azәrbaycan siyasi aktivistidir vә İran yetkililәri ona iyrәnc qamçı hökmünü qıymaq ilә nә demәk istәyirlәr? O Urmu gölünün qurtarışı üçün kütlәvi aksiya aparanlardan idi ki, bu göl İran yetkililәrinin bilәrәkdәn qurudulmasına mәruz qalmış vә bu yol ilә onlar Azәrbaycan Türkü ilә mәskunlaşmış Urmu gölü hövzәsini, İraqdan köçürülmüş qaçaqçı vә terrorist adamalar ilә, necә deyerlәr, aryalaşdırmaq istәyirlәr.
İran yetkililәri tәrәfindәn kәsilmiş hökmün tәrcümәsi Cәdvәl 1-dә verilmiş. Burada çoxlu qaydasız bәlgәlәr verilmiş, örnәyin adı çәkilәn müdafiәçi vәkil, cәnab Mahmudi, bir müddәtdir sürgündә yaşayır; elәcә dә Urmu gölü üzәrә olayların gedişatı Aprel 2011-dә baş tutmuş, (bax İlәtişmә 538/2011; Tarix: 30 Aprel 2011), lakin bu hökm keçmiş 3-4 ay әrzindә gedәn qızğın atmosferi әks etdirir. Beləki, neçə ay öncə güney Azәrbaycanın milli futbal taxımının yançıları, tiraxturçular, cәsarәt ilә elan etdilәr ki, "güney Azәrbaycan, deyil İran." Habelә güney Azәrbaycanlılar Bakıda, Ankarada, Stokholmda tәntәnәli qurultaylar keçirdilәr vә İran yetkililәrinin diskintilərini artırdılar. Bu kimi çoxlu gәlişmәlәr İran yetkililәrini tәlәsdirib ki, dәlisovcasına bir iş görsün vә elә mәhz buna görә indi onlar irqçilikdәn irәli gәlәn öc almaqda bulunurlar. Cәnab Hәsәn Әrkә qamçı hökmü qıymaq mәhz buna bir canlı örnәkdir. Bizcә bu hökm İran yetkililәrinin irqçiliyinә bariz bir örnәkdir ki, güney Azәrbaycanda Azәrbaycan millәtinә qarşı İran irqçilik yürüdür.
Umud edirik ki, bu qamçı hökmünün mәnası vә onu da cәnab Hәsәn Әrk kimi adlı-sanlı ilımlı bir siyası aktivistә qarşı tuşlanması, bizә bәlli olan kimi sizә dә bәlli olsun. İstәrdik bu iyrәnc cәzalandırma mexanizmini, sizә cәnab Abbas Leysanlının qarşılaşdığı cәrәyanları bir daha xatırladaq, ki o güney Azәrbaycanın milli hәrәkәtinin sarsılmaz fəallarından vә ardıcıl İran yetkililәrinә meydan oxudu. Bizim raportumuzda (Say: 478/ 2008, İlaygün: 13 Yanvar 2008) sizә vaxtlıkәn yazmışdıq ki, cәnab Leysanlı bir qamçılama hökmünә mәruz ikәn, İran yetkililәri qarşısında möhkәmcә dayandı vә onlar qorxularından bu iyrәnc hәrәkәti yerinә yetirә bilmәdiklәri üçün çəkingənlikdə әllәrini oxutdular. O zamandan bәri İran yetkililәri bu iyrәnc әmәldәn Azәrbaycanlı vicdan dustaqlarına qarşı çәkinimişdilәr. Bu son zamanlarda demokratik ölkәlәri İranın milliyyәtlәrә qarşı irqçi hәrәkәtlәrinә göz yumduqları üçün, İrana bu baxımdan toxunulmazlıq hissi gәlmiş. Siz bәyanlarınızda işlәtdiyiniz irqi siyasәt İran yetkililәrini daha cәsarәtlәndirir, bir halda ki, irqçi siyasәt termini işlәtsәniz İrançı irqçilәri sarsıda bilәrsiniz. Biz bu müddәadayıq ki, nә qәdәr ki, siz İran yetkililәrinin irqçiliklәrinә göz yumsanız, İran zorbalığında cәsarәt qazanacaq.
İran yetkililrinin qәddarlığı sәngimir. İnsan haqları müdafiәçisi olan cәnab Sәid Mәtinpurun uğrunda siz hәlә dә açıqca bәyaniyyә vermәkdә bulunmamışsınız, ancaq o 6 ildir ki, üzәrinә kәsilmiş 10 illik arbitrar hәbsә Evin zindanında qatlaşır. Yüzlәr daha örnәklәr var, lakin biz elә güney Azәrbaycanda gedәn ilımlı siyasi fәallara yetinәk, misal üçün "yeni GAMOH" hörgütünә nәzәr salaq. Bu güney Azәrbaycan siyasi hörgütü tam İran Anayasası vә qanunlarına uyumlu şәkildә fәaliyyәt edir. Buna baxmayaraq, bu hörgütün aşağıda adları vә şәkillәri verilmiş 5 nәfәr qurucu üyәlәrinin hәrәsinә 9 illik arbitrar hәbs cәzası kәsilmiş (tarix: 5 May 2013) vә indi onlar Tәbrizdә hәbs cәzalarına qatlaşırlar.

1. Dr. Lətif Həsəni 2. Dr. Ayət Mehrəlibəyli 3. Məhəndis Behbud Qulizadə 4. Məhəndis Mahmıd Fəzli 5. Məhəndis Şəhram Radmehr

İzin veriniz sizә xatırladaq ki, güney Azәrbaycan irqçiliyә qarşı barışmazlıqda yetkin fikir sәrgilәmiş. Güney Azәrbaycan 80 ildir ki, kәsilmәz bir döyüşdә bulunmaqdadır vә bu baxımdan tayı görünmәmiş bir model irәli qoyur. Bu döyüşdә çoxlu yüksәk dәyәrlәr inteqrәlәşmәkdәdir, örnәyin: insan haqları, cinsiyyәtdәn asılı olamarayaq hüquq bәrabәrliyi, ekolojiyә ayıqlıq, mәdәni haqlar, ana dili haqları vә qurumsal dünyәvilik. Şübhәsiz, İran siyasәtçilәri bunların hәr bir cәhәtindә müflis bir vәziyyәtdәdirlәr.
Bir dәfә daha, sizә müraciәt edirik ki, sizә tapışırılmış mandatlardan yaxşıca yararlanasınız vә hәr yerdә etdiyiniz kimi, İranda da irqçiliyә qarşı açıq söz ilә ifadәdә bulunasınız. vә İranın ardıcıl davam etdiyi irqçi siyasətin qәbul olunmazlığını elan edәsiniz. Siz bu kimi ifadәni güney Azәrbaycandakı Azәrbaycan millәtinә vә elәcә dә o ölkәdә hәr bir millәtә borclusunuz. Әyәr siz cәnab Hәsәn Әrk uğrunda müdafiәnizi İranın irqçi zәminindә ifadә etmәsәniz, sizә arxayınlıq veririk ki, siz bu ağır duruma vә İranda gedәn irqçiliyin aqibәtinә etinasızlıqda bulunacaqsınız.

Hörmət ilə
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Son günlər çeşitli şəhərlərdə tutulanların adları ,

İngilizcəsi

---PDF---


Vicdan məhbusları

Mr. ABBAS LISANI

MRS. SIMA DIDAR

MR. SEID MOGHANLI MR. SEID MOGHANLI

MR. SEID METINPUR

MR. RZA ABBASI

MR. SALEH KAMRANI

MRS. SHEHNAZ GHOLAMI

MR. HESEN ARK

MR. HESEN DEMIRCHI

MR. HEMID VALAYI

MR. ELIRZA SERRAFI

MR. CHINGIZ BEKHTAVER

MR EKBER AZAD

MR QOLAMRZA EMANI

ILQAR MERENDLI

MR YUNIS AGHAYAN

MR. AND MRS. SEFERI

MR. HEMID VALAYI

MR. RZA ABBASI

MR.ALIRZA FERSHI

MR. ELIRZA METINPUR

MR. HADI MUSEVI

MR. HESEN ESEDI

MR. HUSEYN HUSEYNI

MR. HUSEYN HUSEYNI

MR. OXTAY BABAI

MR. VEDUD ESEDI


Arxiv


Links