Navigation


Genəl İlətişmə: Qaradağ deprəmi Güney Azərbaycana iki qat fəlakət gətirdi, İran yetkililərində olan irqçilikdən bir daha pərdə götürdü. Güney Azerbaycan ilə İran arasında uçurumu daha da genişləndirdi və geoloji tektonikini, toplumsal tektonik hərəkatına çevirməyə bir addım oldu.

29.08.2012

Hörmətli Ban Ki-moon, BMT-nin Baş Katibi, və BMT, İnsan Haqları üzrə Ali Komissarlıq Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:
• Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər
• Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis və başqa raporterlər
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
Habelə Beynəlxalq İnsan Haqları üzrə Federasiya (Oslo Şöbəsi);
İnsan Haqlarını Gözətən; və İnsan Haqlarına Qulluqçu

Sayın Baş Katib, cənab Ban Ki Moon,

Genəl İlətişmə: Qaradağ deprəmi Güney Azərbaycana iki qat fəlakət gətirdi, İran yetkililərində olan irqçilikdən bir daha pərdə götürdü. Güney Azerbaycan ilə İran arasında uçurumu daha da genişləndirdi və geoloji tektonikini, toplumsal tektonik hərəkatına çevirməyə bir addım oldu.

Genəl İlətişmə 2012/1-i hüzurlarınıza sunuruq ki, Güney Azərbaycanın Qaradağ bölgəsində 11 Avqust 2012-də baş vermiş seysmik silkələnmə diqqət mərkəzinizə gətirilsin. Birinci silkələnmə Rixter ölçüsündə (şkala) 6.4 gücündə idi və 11 dəyqə sonar 6.2 gücündə idi. Qeribədir ki, bu ortabab deprəm geniş surətdə uçuntuya yol açmış və çoxlu can itgisinə nədən olmuşdur.
Bu ilətişməyə bir yığcam raport əklənmiş ki, orada İran yetkililərinin buraxdığı statistik bilgini gözdən keçirir və onların bu irəli gəlmiş böhran durumunu örtbasdır etmələrini incələyir. Raportumuz İranın taktiklərini təhlil edir və onların törətdiyi bilgi-qıtlığını və bilərəkdən tədbirsizliklərini aşkarlayır ki, onların utanmazcasına mövcud durumu yayalamaqlarını göstərir. Raportumuzun başlıca bilgiləri bunlardır:
1. Yanlış bilgi: Qaradağ deprəmində ölülərin sayı hələ də bəlli deyil, axı İranın buraxdığı rəqəmlər həqiqi mənada "Ittilaat Nazirliyi"-nin təndirində yapılmışdı. İran yetkililəri həqiqi məlumatlarda əl-gəzdirəndən sonra bu hadisəni 13 Avqust 2012-də bu rəqəmlər ilə ifadə etdi:- Ölülər 227; yaralılar 1380; xəstəxanaya qəbul olmuşlar 480 nəfər. Doğru rəqəmlər bir yaxud iki qatdan daha çox olmalıdırlar. Deprəmdən 24 saat sonra bölgəyə gələn İran daxili işlər naziri, Nəccariyan İran televizyonundan elan etdi ki, uçuqlar təmizlənib, dam duvar altında qalanların hamısı çıxarılıb, ölılər quylanıb, yaralılar dərman edilir. Halbuki, 5 gün ondan sonra da ölülər çıxdı, bir həftə sonra bəzi kəndlərə birinci dəfə ulaşım xəbərləri kəndlilər tərəfindən bəlləndi.
2. Qorumaq üzrə sorumluluq görəvini pozmaq: Nəyinki arama-qurtama əməliyyatı yalnız beynəlxalq mediyasını aldatma niyyəti ilə televiziya üçün tərtib edilmişdi, biz İran yetkililərini ölümlərin artmasında günahkar bilirik. Beynəlxalq norma və anlaşmalara görə İran yetkililəri Güney Azərbaycanlıları qorumağa sorumlu olsalar da, onlar bu mükəlləfiyyəti yerinə yetirməyiblər.
3. Bilgi qıtlığı: İran yetkililəri bu təbii hadisəni qəsdən fəlakətə çevirməklərini ört-basdır etmək üçün, onu kiçiltmək ilə gözdən salmaq istəyirlər və buna görə bilgi qıtlığı yaradırlar. Güney Azərbaycan vətəndaşı deprəm xəbərini öz təcrübələrindən, Şikaqodan yayımlanmış GünAzTV-dən və başqa radio/televizia verilişlərindən öyrəndilər.
4. Beynəlxalq İnsansevərlik Yardımları Əngəlləmək: İran yetkililəri Azərbaycan Respublikasından və Türkiyyədən gələn yardımları əngəlləməkdə inanılmaz dərəcədə şəfqətsizliklərini göstərdilər. Hələ Qırmızı Ayparanın (Hilal Əhmər) başqanı tərəfindən cənab Fəqih elan etdi ki (http://www.ndmo.org/NewsBody.aspx?id=474) bizim xarici ölkələrdən gələn yardımlara ehtiyacımız yoxdur. Bu sadəcə "qanqaraldıcı qədər yalan" idi.
5. Aldatmacalar: İran yetkililəri deprəmə görə bir neçə bəyaniyyə buraxdılar və burada hətta xarici jurnalistlərin bölgəni ziyarət etmələrindən söz açıdılar. Burada yalan bilgilər verərək etdikləri çirkin işləri ört-basdır edirdilər.
Bu ilətişmənin diqqət mərkəzi, yuxarıdakı qərəzli tutumları sübut üçün gərəkən bəlgələri təqdim etməkdir ki, bir daha göstərir, İran yetkililəri güney Azərbaycanı qoruma görəvindən boyun qaçırırlar. Eləcə də bu bəlgələr aydın edir ki, İran yetkililəri beynəlxalq anlaşmaları tapdamağa əcayib dərəcədə tutqunluqları var. Onda ki, deprəmin qurbanları itgilərinin ucbatından ruhi sıxıntıya məruz idilər və hətta ibtidai ehtiyaclarının belə öhdəsindən gələ bilmirdilər, İran yetkililəri onlara qarşı qeyri insani cinayətdən də çəkinmədi. Bu cinayətlər ancaq irqçilikdən irəli gələbilərdi.
Qaradağ deprəmi Azərbaycan millətini və Güney Azərbaycanı dehşətli çaxnaşdırdı ki, bunun da səbəbi İranı yoluxduran irqçilik məfkurəsidir. Bu müşahidədən sonra Güney Azərbaycan daha eyni ola bilməz. İndi hamı bilir ki, İran yetkililəri, çoxlu uçuq altında qalanların qətlinə bais oldu. Deprəmdən irəli gələn acıları bilərəkdən çoxaltdı, iftira quraşdırıb qurbanlara yaxdı, beynəlxalq anlaşmaları pozmaqdan heç də belə çəkinmədi. Bu millət indi qoruyucu nemətindən məhrum olduğunu bilir. Üstəlik, şərəfli tarixi olan bu millət indi öz gizil gücünü bilir və bilir ki, dələduzların öhdəsindən gəlməlidir. Bu gün siz bu millətin həmrəyliyinin şahidi oldunuz ki, tektonik silkələnmənin öhdəsindən gəldi, deməli vaxtı ilə tektonik toplumsal hərəkatın da öhdəsindən gəlməlidir.
Şaşdırıcıdır ki, demokratik ölkələrin qurumları İranın bilgi qıtlığı yaradaraq çirkin siyasətlərinə görə heç bir kritika göstərmir, bu da İranda gedən qəddar irqçiliyin barınmasına gətirib çıxarır. İranda fars hakimiyətlərinin irqçilik qəddarlığı aydındır, ancaq demokratik ölkələrin ilgisizliyi də bu canavara meydan verir. Bu qurumlar yanlış olaraq İranı bulaşdıran irqçilik siyasətini milli siyasət kimi görməkdədirlər. Biz ap-açıq bildiririk ki, İrandakı irqçilik qəddarlığı insaflı beynəlxalq qurumları saymamazlıqdan gəlir və onların zəkavətinə ağız büzür. Bu yol ilə onlar əvrənsəl İnsan Haqları Bildirgəsini puçluğa çıxardırlar.
İran yetkililəri sürüşkən dağ döşlərində büdrəməkdə, lakin onlar olduqları durumu anlamaqdan acizdirlər. Sizə müraciət edərək Qaradağ qurbanlıqlarının durumlarını yüngüllətmək üçün kampaniya etməyinizi xahiş ederdik. Özəlliklə, Güney Azərbaycanda yaxınlaşan ağır qışı nəzərdə alaraq Tehran hakimiyətinin əhalini köçürtmə siyatsətinin qarşısını almaq üçün təcili evlərin tikilməsinə yardımcı olmanızı ciddən xahiş edirik.Üstəlik, İranda gedən irqçiliyə qarşı yalnız sizin təmsilçilik etməyə mandatınız var və bu mandatlarınızı işlətmək üçün onlara ap-açıq bildirməniz gərəkməkdədir. Yoxsa, o ölkədə Fars irqçiliyin çirkin sifəti bundan da bətər qatılaşacaqdır. Bu sizə bir daha fürsətdır ki, Güney Azərbaycanda insani və milli haqların dirçəlişini müdafiə edəsiniz. Əyər sükutunuza davam etsəniz İranda müəssisələnmiş irqçilik barınacaq və sizə minnətdar olacaq. Hər halda, Güney Azərbaycandakı fəlakət uğrunda aparacağınız kampaniya üçün qabaqcadan minnətdarlığımızı bildiririk.
Hörmət ilə
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi

İngilizcəsi

---PDF---


Vicdan məhbusları

Mr. ABBAS LISANI

MRS. SIMA DIDAR

MR. SEID MOGHANLI MR. SEID MOGHANLI

MR. SEID METINPUR

MR. RZA ABBASI

MR. SALEH KAMRANI

MRS. SHEHNAZ GHOLAMI

MR. HESEN ARK

MR. HESEN DEMIRCHI

MR. HEMID VALAYI

MR. ELIRZA SERRAFI

MR. CHINGIZ BEKHTAVER

MR EKBER AZAD

MR QOLAMRZA EMANI

ILQAR MERENDLI

MR YUNIS AGHAYAN

MR. AND MRS. SEFERI

MR. HEMID VALAYI

MR. RZA ABBASI

MR.ALIRZA FERSHI

MR. ELIRZA METINPUR

MR. HADI MUSEVI

MR. HESEN ESEDI

MR. HUSEYN HUSEYNI

MR. HUSEYN HUSEYNI

MR. OXTAY BABAI

MR. VEDUD ESEDI


Arxiv


Links