Navigation


Genəl İlətişmə: GÜNEY AZƏRBAYCANLI FUTBAL AZARKEŞLƏRİNƏ TUTULAN DİVAN/ TOPLU HÖKÜMLƏR

7 November 2011

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cənəvrə; Lütfən bu raportu Dr Əhməd Şəhidə çatdırınız və eləcə də aşağıdakı qruplara çatdırmanızı təvəqqə edərik:
• Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, irqi ayrı-səçkilik və yadd-ellilərə qarşı qatlaşmazlıq üzrə Özəl Raportər
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raportər
Üzü: Dyke bəy, və Xanım Harrison, Amnesty International, London Habelə İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu, BMT Habitat, başqa qurumlar
Mehsa Mehdili

Mehsa Mehdili
an intended victim of personality assassination

Genəl İltişmə 1-i hüzurlarınıza suuruq ki, İran yetkililəri tərəfindən 28 nəfər Güney Azərbaycan futbal azarkeşlərinin üzərinə kəsilən öz-xoşuna gülünc bir toplu hökmü icmal edir. Bu azarkeşlər Güney Azərbaycan milli taxımı Tiraxturun dəstəkçiləridir və futbala müsbət imaj verməkdə dünya şöhrəti qazanmaqdadırlar. Onlara layiq hərəkətlərdən birisi budur ki, taxımları uda ya uduza, bunların müsbət əhval-ruhiyyələrinə təfavüt etməz. Cədvəl 1-də hüzurlarınıza sunulan bəlgə, toplu hökmün birbaşa tərcüməsidir, lakin onun yazı üslubu o qədər əcayibdir ki, biz onu sizə özətləmək zorundayıq. Qazı, Kianuş Şukuh tək başına 28 nəfərə bir yerdə hökm kəsmiş . Demək, İnqilab Məhkəməsi, Şöbə 104 (Təbrizdə) bu azarkeşlərin üzərinə hökm kəsmiş, hamısına bir yerdə və bir nəfəsə. Qeydə alınmış suçlamalara bu kimi iddialar aiddir: polis ilə toqquşma, ara qatma, polis malına xəsarət yürütmə - siyahı qat-qat açılır və hamısı quraşdırma yalanlar ilə. Cəzalar rəng-bə-rəng və cəzalara örnək bunlar: futbal yarışmalarında iştiraka qadağa qoymaq, toplam 186 aylıq asılqan edilmiş həbs, toplam 26 illik çəkilməli həbs, qamçı və toplam 16 milyon tümən nağd cərmə. Hökmdən bəlli olur ki, hələ uşaqları da məhkəməyə sürütləyib gətirmişdilər, güya məyus olmuşdular ki, səğir olduqlarına görə , bunların işini uşaq məhkəməsinə buraxmağa məcbur olmuşlar. Cədvəl 1-də hökmün öz-xoşuna olduğuna bu əlamətlər var:

  • “Başdan Sovma Məhkəmə”: Hökm başdan sovma bir işə bənzir və belə təəssür yaradır ki, qazı qəzavətdənsə, qaravul kimi öz nizamlarını qorumaq qeydində idi.
  • İstehsal Xətti kimi Ədalət: İran yetkililərin burada qurduğu məhkəmə fabrikalarda istehsal xəttinə bənzəyir ki, bir başdan xammal əvəzinə suçlanmışlar ötürülür və ortada onlar istər-istəməz suçluya çevirilir, və xəttin sonunda məhkumlar istehsal olunur, iştə başdan sovma məhkəməsi elə bu.
  • Vəkilsiz Mühakimə: Bizə məlum olası, suçlanmışların yalnız bir neçəsinin vəkili var idi.
  • Quraşdırma: Azarkeşlərə qarşı suçlamalar hamısı fabrikdən çıxmış tipik quraşdırma suçlardır.
  • Şüarlar: Suçlamaların birisi də qeyri-idman şüar səsləndirmək idi. Axı İran yetkililəri hətta ən ibtidai haq olan ana dilində təhsil haqqına qəddarca qıyanda, bundan başqa nə gözlənilir? > Suçlamaların hamısı saxtadır, axı yalanı səvab bilən İran yetkilisindən nə ummaq olar.
Biz burada masanı çevirib və bir neçə sual etmək istəyirik:
  1. . Arxaplan: Cədvəl 2-də verilmiş şüarlar etnikcə fars olan futbal dələduzlarının tərəfindən ləkələndirici irzə-irzə çığırtılardır. Hələ bunlar günün qızğın vaxtında İran milli radyo və televiziyadan da yayımlandı. Sual: Biz bunu soruşuruq: niyə bu çirkin güstaxlığa yol verildi?
  2. Arxaplan: Urmu Gölü Güney Azərbaycanın ürəyi sayılır lakin İran yetkililəri bu sulağı bilərəkdən qurudub və duzlaqlaşdırmaq istəyirlər. İran demokratiya olmadığı ucbatdan, Güney Azərbaycanlılar hər fürsətdən istifadə edib öz etirazlarını bu tutuma qarşı bildirərlər və keçmiş üç ildə durum elə belədir və bu etirazçılara Tiraxturun azarkeşləri önçüdürlər. Sual: Bilərəkdən yanlış siyasətə etiraz bir cinayətmı?
Qarşınızda qoyduqlarımız bəlgələr İran yetkililərin tərəfindən Güney Azərbaycanda yürütdükləri öz-xoşuna və irqçi siyasəti göstərir. Biz göstəririk ki, İran yetkililəri yetkili diye vəzifə yerinə yetirmirlər. Onlar BMT-nin kəsdiyi “Qoruma Məsuliyyəti” konvensiyalarını Güney Azərnbaycanda pozurlar. Bu əsasda biz Dr Əhməd Şəhidə, BMT-nin İran üzərə Özəl Raporterinə, sual veririk ki, niyə öz raportunun ilk nüsxəsində Güney Azərbaycan Durumunu ifadə etməkdən qaçındı? Biz onu bilgiləndirməkdən ötəri verdiyimiz çoxlu adlar var idi: İpək (Fəranək) xanım Fərid, Səid Nəimi, Səid Mətinpur, Abbas Leysanlı və yüzlər başqa vicdan dustaqları. Onun raportunda bu adların olmaması bizi şaşırtdı, baxmayaraq ki, çoxlarının tamass üçün detaylarını, ona özəl olaraq yetirmişdik. Əlbəttə, eyni sualı bütün başqa beynəlxalq qurumlara da irəli qoyuruq. Nə yaxşı ki, İpək xanım uğrunda aparılan beynəlxalq kampaniya (ki, bunda sizin raportun da rolu var idi) nəticəsində o indilik buraxılmış, lakin bəs o biri vicdan dustaqları haqda siz nə etdiniz? Ap-açıq olmaq istəyirik ki, Güney Azərbaycanın vicdan dustaqlarının sayı İranda başqa bütün siyasi vicdan dustaqlarının sayından iki qat daha artıqdır. Bir halda ki, Güney Azərbaycan uğrunda gedən beynəlxalq kampaniya milli hərəkətin məruz qaldığı basqıya heç də mütənasib deyil. Özlərini alternativ adlandıran qurumlar və onların insan haqları qoruyucularının diqqəetsizliyi , çirkin şovinist təfəkkürün nəticəsi olsa gərək. Ama , beynalxalq insan haqlari qorumacıları və demokrat insanlarından soruşuruq: siz niyə?

Bizə belə gəlir ki, sizlərin İranda gedən irqçiliyi və İran yetkililərinin Güney Azərbaycana qarşı qəddarlıqlarını qavramağınız üçün daha çox açıqlamağa ehtiyacınız var. Bizcə,sayın Ahmed bəy Şahid İrana görə raportunda “irqçi siyasət”-dənsə “irqi siyasət” yazmaqla irqçiliyi İranda yola vermişsiniz. Başqa deyim ilə, sizlərin bu sükutunuz onların arbitrar olmaq ehtiraslarına odun qalamaq deməkdir.
İran yetkililərinin çirkin oyunlarını ifşa etməyə çoxlu dosyelər var. Çirkinliklər oraya çatıb ki, gənclərimizin namus məsələsinə şantajlarda rəva qılınır. Nümunə olaraq Məhsa xanım Mehdilinin dosyesinə kifayətlənə kifayətlənərək insanlığı haraya çağırırıq . Azərbaycan mənliyini irəli sürməkdən ötəri, o universitet təhsilatından qovulandan sonra, Ankarada bir universitetdə ali təhsilatını davam etmək zorunda qalır. Yay tətillərində ailəsinin Urmuda görüşünə qayıtdıqda, o təhlükəsizlik məmurları tərəfindən öz-xoşuna tutuqlanır. 15 gün dindirməyə qatlaşandan sonra, ağır zəmanət qarşılığında buraxılır. Üstəlik, İran yetkililəri bu xanımdan başqa Azərbaycan mənliyini savunanlara qarşı casusluq etməyi tələb edirlər. Bu xanıma ixtar olunur ki, dövlətin tələbatına boyun əyməzsə, onun şəxsiyyət toxunulmazlığına və namus toxunulmazlığına qarşı qəsd (terror) olunacaq. Bu dosye “buzdağının bir ucudur” və göstərir ki, İranda Fars əgəmənliyini qoruumaq üçün İran yetkililəri vicdansızlıqdan heç də çəkinmirlər. Güney Azərbaycanın qarşılaşdığı bu dözülməz durumu siz nə vaxt İran yetkililərinə səslənəcəksiniz? Yoxsa, ixtiyarınızda olan mandatlardan istifadə etmək istəmirsinizmi?

Güney Azərbaycan sizin dəstəklərinizi arzılayır, yoxsa İranda irqçi ünsürlər və terrorçular fürsətdən istifadə edib faciə yaratmaq üzərədirlər. Eləcə də bizim futbalçılarımızın savunması yalnız sizin öhdənizdə olan mandatlar ilə sağlana bilər. Ümid edirik ki, mandatlarınıza görə gərəkən addımları atacaqsınız və İran yetkililərinə gərəkən təmsilçiliyi edəcəksiniz. Bunun tək göstəricisi, sizin tərəfinizdən İranda gedən irqçiliyi ifşa etməkdir, yoxsa, İran irqçiliyini dəstələnmə mahiyəti daşıyacaqdır.
Qayğınız üçün minnətdarıq
Hörmətlə
Boyuk Resuloglu
Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin Sədri

İngilizcəsi

---PDF---


Vicdan məhbusları

Mr. ABBAS LISANI

MRS. SIMA DIDAR

MR. SEID MOGHANLI MR. SEID MOGHANLI

MR. SEID METINPUR

MR. RZA ABBASI

MR. SALEH KAMRANI

MRS. SHEHNAZ GHOLAMI

MR. HESEN ARK

MR. HESEN DEMIRCHI

MR. HEMID VALAYI

MR. ELIRZA SERRAFI

MR. CHINGIZ BEKHTAVER

MR EKBER AZAD

MR QOLAMRZA EMANI

ILQAR MERENDLI

MR YUNIS AGHAYAN

MR. AND MRS. SEFERI

MR. HEMID VALAYI

MR. RZA ABBASI

MR.ALIRZA FERSHI

MR. ELIRZA METINPUR

MR. HADI MUSEVI

MR. HESEN ESEDI

MR. HUSEYN HUSEYNI

MR. HUSEYN HUSEYNI

MR. OXTAY BABAI

MR. VEDUD ESEDI


Arxiv


Links